Dünya miqyaslı ziyalı

 

Moskvada "Literaturnaya qazeta"da Anarın yubileyi ilə bağlı yazı çıxıb. Yazını oxucularımıza təqdim edirik.

 

GÖRKƏMLİ YAZIÇI VƏ İCTİMAİ XADİM ANARIN 80 YAŞI TAMAM OLUR

Bu gün doğrudan da yalnız Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının böyük bayramı deyil, həm dünyanın ziyalı zümrəsinin, bədii-elmi elitasının bayramıdır.

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan, Şərq, Avropa dünya mədəniyyətinin dərin bilicisi, ədəbi təxəllüsü Anar olan Anar Rəsul oğlu Rzayev 80 yaşını qeyd edir.

Səmimi qəlbdən inanıram ki, bu gün Azərbaycan xalqıyla bərabər Anarın valideynlərinin - böyük, unudulmaz Xalq şairləri Rəsul Rzanın (1910-1981) Nigar xanım Rəfibəylinin (1913-1981) ruhları da dünyaca tanınan oğulları üçün şad olur.

Anar hərtərfəli, əsaslı, humanitar-mədəni təhsil almışdır. Üzeyir Hacıbəyov adına Konservatoriyanın nəzdində musiqi məktəbini (1945-1955) Gümüş medalla bitirmişdir. Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsində (1955-1960) rus dili müəllimi diplomu almışdır. Moskvada Ali Ssenari kurslarında (1962-1964) İosif Olşanskinin sinfində Leonid Trauberqin rəhbərlik etdiyi rejissor emalatxanasında (1974-1976) oxumuşdur.

Anar üç yaradıcılıq İttifaqının üzvüdür. Jurnalistlər İttifaqının (1962), Yazıçılar İttifaqının (1964), Kinematoqrafçılar İttifaqının (1966).  O, Azərbaycan Yazıçılar Birliyinin sədridir. Azərbaycan, rus başqa 40-dan çox dildə nəşr olunmuş 200-ə yaxın kitabın müəllifidir. Bakıda Azərbaycan dilində Anarın 10 cildliyi, rus dilində 5 cildiyi çap olunmuşdur. 2016-cı ildə mötəbər "Xudojestvennaya literatura" nəşriyyatında iki cildliyi çıxdı. Bu iki cildliyə Anarın geniş şöhrət qazanmış şedevrlərindən başqa yeni nəsr əsərləri " qoç, qara qoç" (2004) "Göz muncuğu" (2014) povestləri daxildir.

Yubilyarın Azərbaycan mədəniyyətinə xidmətləri o qədər böyük çoxtərəflidir ki, onları elə sadalamaqla iri bir "bələdçi kitabı" tərtib etmək olar. Amma onun iki xidmətini unutmaq olmaz. Birincisi, Azərbaycan eposu "Kitabi-Dədəm Qorqud"un 1300 illiyi onun təşəbbüsüylə keçirildi Anarın baş redaktor olduğu iki cildlik, elmi cəhətdən sanballı "Dədə Qorqud ensiklopediyası" nəşr olundu. İkinci xidməti 1990-cı illərin hərc mərcliyində Azərbaycan Yazıçılar Birliyinin, onun əmlakının, mətbu orqanlarının qoruyub saxlanması Birliyin dövlət tərəfindən daimi dəstək alması.

Sonda öz adımdan yubilyarı təbrik edirəm, ona dostcasına möhkəm cansağlığı, fiziki yaradıcılıq uzunömürlüyü, sevgi, xoşbəxtlik çoxlu bədii uğurlar arzulayıram.

Abuzər Bağırov

 

P.S. "LQ" bu təbriklərə qoşulur yaxın nömrələrinin birində oxuculara Anarın yeni yazısını təqdim edəcək.

 

"Literaturnaya qazeta"

14-20 mart 2018

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.7.