“Mahmud və
Məryəm”in
Almaniyada yeni nəşri
Xalq yazıçısı
Elçinin məşhur
“Mahmud və Məryəm”
romanı bir çox xarici dillərdə nəşr
edilib, ekranlaşdırılıb
və müxtəlif teatrlarda dəfələrlə
səhnələşdirilib.
Bu günlərdə Berlinin
nüfuzlu “E Vintervork”
nəşriyyatı Xalq
yazıçısı Elçinin
“Mahmud və Məryəm”
romanını alman dilində nəfis şəkildə nəşr
edib.
Bundan başqa,
ədibin “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda
işıq üzü
görüb.
“Mahmud və Məryəm”in
sonuncu nəşri həmin romanın Almaniyada üçüncü
nəşri, ümumilikdə
isə Xalq Yazıçısının bu
ölkədə çapdan
çıxmış beşinci
kitabıdır.
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.12.