Ali Rza Özdəmir: “Osmanlı və Qızılbaşlar arasında
baş verənlər təbliğat maşınlarının
hazırladığı
psixoloji müharibə vasitələri idi”
Ali Rza Özdəmir
1977-ci ildə
Ərzincanda doğulub.
1998-ci ildə
Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsi
Coğrafiya bölümündən
məzun olub.
Türkiyənin etnik kimlik və tarixi kökləri ilə ilgili araşdırmalar aparır. 15-ə yaxın kitabın müəllifidir.
Son kitabı isə
Türkiyədə çox
maraqla qarşılanan
və cəsarətli
fikirləri ilə diqqət çəkən
"Şah İsmayıl"
kitabıdır.
- İsgəndər Palanın
"Şah və
Sultan" kimi
kitabı rekord satılan bir məkanda tərəddüd
etmədən "Şah
İsmayıl"ı yazdınız.
- Türk toplumu, bütünüylə İsgəndər
Paladan və onun zehniyyətindəki insanlardan ibarət deyildir. Ayrıca, İsgəndər Palanın
kitabını oxuyan hər kəs, onun kimi düşünmür. Onun romanının çox
satılmasına gəlincə,
səbəb fərqlidir. Böyük maliyə dəstəyilə
yapılan reklam və tanıtımlar bunun ən önəmli
nədənlərindən biridir.
O romanla bağlı mən də tənqidi bir yazı yazdım. Təəssüf ki, "Şah
və Sultan" romanı
türk xalqları arasına atılmış
bir fitnədir. Qızılbaşların Quran nüsxələrini yandırdığını yazmaq,
ən xəfif bir deyimlə ifadə etməklə çalışsam, əxlaqi
davranmamaqdır. Keçmişdə uydurulan bu alçaq
iftiraları, toplumun şüuraltına yerləşdirmək
sadəcə türk millətinə pislik etməkdir.
Osmanlı dönəmindəki
təbliğat sisteminin
Qızılbaşlara qarşı
hazırladığı psixoloji müharibə vasitələrini beş yüz il sonra
eyni şəkildə
götürüb istifadə
etmək xeyirxah niyyət və məqsədlərdən xəbər
vermir.
Şah İsmayılı
yazmaq üçün
tərəddüd edəcək
bir səbəbim yoxdur. Biz yapdığımız
çalışmalarda gerçəkləri
arayırıq, qul haqqına girməkdən qorxuruq və türk millətinin birliyini hədəfləyirik. Bunlarda tərəddüd edilərmi!
- Çalışmanızda
Osmanlı mənbələrinə
çox az
yer vermişsiniz. Bunun səbəbi nədir?
- Osmanlı mənbələrini
çox diqqətlə
araşdırdım. Bütünlükdə bəzi qeydlər də aldım. Amma… Təəssüflə deməliyəm ki,
adamlar küfür etməkdən tarix yazmağa vaxt tapa bilməyiblər.
Bu da bayaq
qeyd elədim, türk xalqlarını psixoloji olaraq müharibəyə hazırlamaq
üçün sistemli
bir şəkildə işlənilmiş vasitələr
idi. O qədər
çox yazılacaq şeylər vardı ki… Amma bu məsələ
o qədər incəliklə,
o qədər həssasiyyətlə
işlənilməli, şüuraltı
formalaşdırılmış münasibət elə sistemli bir şəkildə
də oradan silinməlidir. Qaş düzəldən
yerdə göz çıxardaram qorxusu ilə azacıq bir bilgiləri gün üzünə çıxardım.
Və ən acısı da odur ki, bu
sistem hər iki tərəfdə mükəmməl bir mexanizm ilə çalışıb. Osmanlıda rastlaşdıqlarıma
Səfəvidə də
rastlaşdım. Türkə,
türkmənə bir
yabançılıq və yuxarıdan-aşağı
baxmaq. Səbəbi çox sadədir.
Həm Osmanlı, həm də Səfəvi tarixlərini yazanların çox böyük bir qismi (ən
azından o dönəm
üçün) başqa,
həm də türk xalqlarının birliyinə düşmən
xalqlara məxsus idilər. Üstəlik, sistemli çalışırdılar,
yəni təsadüf
və ya kiçik qüvvələr
deyil, əsrlərdir mükəmməl bir şəkildə işlənmiş,
hədəfi bəlli
olan bir uyğulama idi. Hətta Osmanlı ilə Qızılbaş dövlətlərinin
idarələrində qohum
olaraq çalışanlar
vardı. Və mən
düşünürəm ki, bunlar heç
də təsadüfi deyildir. Yazdığı kitabında Qızılbaşlara
həqarət etməkdən
başqa bir şey yapmayan Hoca Sadəddin Əfəndinin babası Şah İsmayılın
yanında savaşan bir əsgərdi. Yəni Qızılbaşdı.
O da dolaylı şəkildə əfəndi
dədəsinə söyməkdən
başqa bir şey etmədi. Təbii olaraq sadəcə Osmanlı
deyil, Səfəvi mənbələrini də
araşdırarkən çox
diqqət etməli, ən dərin qatlara enməli və hər nüansa diqqət edilməlidir.
- Siz yüzillərin şüuraltı
qənaətini dəyişməyə
çalışmısınız. Bu kitabdan sonra
nələr yaşandı?
- Önəmli olan gerçəkləri bulmaq
və toplumun birliyi ilə çalışmaq. Türkiyədəki
türk toplumu, əsas olaraq uzaqdan göründüyü
kimi, bir-birindən sərt cizgilərlə ayrılmış deyil. Əlbəttə bir
çox sorunumuz var. Bir çox əskiklərimiz var. Türk
milli birliyinin düşməni olan çox sayda alçaq var. Ancaq bizim kimi aydınlar
da var olan
çatlaqları bərpa
etməyə çalışırıq. Türk Xaqanı Şah İsmayıl kitabı nəşr olunduqdan sonra ən çox türkçü,
türk milliyyətçisi
kəsimdən ilgi gördü. Amma bir məqam
var ki, Osmanlı
da, Qızılbaş
dövləti də günahıyla savabıyla
bizimdir. Türk millətinindir.
Şah ilə Sultan arasındakı qovğa tarixin bir məsələsi olaraq görülüb bu şəkildə dəyərləndirilməlidir.
Tarix, duyğulardan daha artıq təcrübələrin
alanıdır.
Şah İsmayıl,
Azərbaycan dövlətinin
qurucu atasıdır. Hətta İranı
Azərbaycan mərkəzli
bir türk dövləti olaraq yapılandıran da odur. Ötən əsrin başına
qədər İrandakı
türk hakimiyyətinin
memarı da odur. Türkiyədə isə
Ələvi kəsimlər
arasında Şah İsmayıl güclü
bir şəkildə yaşayır. Bu bağlamda
Şah İsmayıl,
tarixin alt qatında qalan bir fiqur
deyildir. Bu gün
də yaşayan, diri bir şəxsiyyətdir. Tarixin
alt qatlarında qalması
gərəkən, Sultan Səlim
ilə aralarındakı qovğadır.
O məsələ tarixə
gömülməlidir.
Söhbətləşdi: Kəbutər Haqverdi
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.31.