Elçin bu günlərdə 75 yaşını qeyd edəcək.

İlk hekayəsinin çap olunduğu 1959-cu il tarixini nəzərə alsaq, gələn il onun çap yaşının 60 illik yubileyidir.

Ötüb-keçən bu illər ərzində Elçin hekayələr, romanlar, pyeslər, monoqrafiyalar, tənqidi məqalələr yazdı.

indinin özündə entuziazmla yazmağa davam edir.

Amma istər-istəməz yazıçının özü kimi istər ədəbi ictimaiyyət, istərsə oxucular ötüb-keçən 60 ildə Elçinin ədəbiyyat üçün ifadə etdiyini düşünür.

Elçinlə ədəbiyyatımızda dəyişdi?

Ədəbiyyat panteonumuzda Elçin nəyi simvolizə edir?

Əlbəttə, bu suala bu gün, bu dəqiqə riyazi dəqiqliklə cavab vermək müşkül məsələdir.

Lakin 20 ildən artıqdır ki, mən Elçinin oxucusuyam bu mənada öz şəxsi təəssüratlarımı qeyd etmək istərdim.

Elçini oxumağa hələ məktəb yaşlarımdan, "Ölüm hökmü" "Mahmud Məryəm" romanlarından başlamışam.

Tələbəlik illərində Elçinin ikicildliyini (gərək ki, 80-ci illərin sonunda çap edilmişdi) diqqətlə oxudum.

Ondan sonra da Elçinin çap edilən yazılarını, məqalələrini, eləcə , bədii əsərlərini ardıcıl şəkildə izləmişəm.

Mənim üçün, Elçin yaradıcılığının zirvəsi "Ölüm hökmü" romanıdır.

İlk oxusundan iyirmi ilə qədər zaman keçsə belə, indinin özündə az qala hər il o kitabı yenidən vərəqləyirəm.

"Ölüm hökmü" romanı Azərbaycan ədəbiyyatının ən parlaq siyasi romanıdır.

Qətiyyən məsələ bu janrın Azərbaycan ədəbiyyatında dərin ənənəsinin müasir ədəbi prosesdə gözardı edilməsi deyil.

Elçin bu romanda SSRİ-nin stalinizm durğunluq dövrünün aydın bədii salnaməsini təsvir etmişdir, janrın monumental bir nümunəsini yaratmışdır.

İlk hekayələrindəki lirik-psixoloji üslub, emosional məzmun bu romanda dərin idraki mülahizələrə, rasional perioda keçmişdir. Başqa cür desək, ilk hekayələrində fərdiyyatçi bir xətt cızan Elçin "Ölüm hökmü" romanı ilə dövrün bədii dərkini verməyə, cəmiyyətin dolaşıq ziddiyyətlərini açmağa istiqamətlənmişdir.

Bu mənada Elçin yaradıcılığının çox mühüm mərhələsidir.

şəksiz ki, Azərbaycan ədəbiyyatının da...

Elə bu sözləri yaza-yaza Elçinin rezonans doğuran fikirlərindən birini xatırlayıram: "Son on ildə Azərbaycan ədəbiyyatında içimi titrədən bir roman oxumamışam".

Zənnimcə, Elçinin bu cür qətiyyətli mövqe bildirməsini təhlil etmək gərəkdir.

Əlbəttə ki, ədəbi prosesə verilən bu qiymət bəlkə Elçinin öz yaradıcılıq prizmasına da verilən təvazökar bir qiymətdir.

Zənnimcə, Elçin intellektual nəsrin təmsilçisi kimi, xüsusən müstəqillik dövrlərində fərqli bir istiqamətə meyillənmişdir.

Belə ki, yaradıcılığının əsaslı formada təhlili göstərir ki, Elçin dünya nəsrinin 60-70-ci illər tendensiyası ilə, xüsusən ekzistensionalizmlə çox sıx bağlı idi.

Dərin filoloji intellektual biliklərə malik olan yazıçının bu istiqamət bu nəzəriyyə ilə yazdığı əsərlər böyük maraq doğurmuşdu.

Hətta "Ölüm hökmü" kimi sənədli müəyyən dərəcədə rus nəsrinin etalonlarının yaradıcı şəkildə tətbiq olunduğu romanda belə biz Elçin nəsrinin Paris qoxulu ekzistensionalizmini hiss edə bilirdik.

Elçin yaradıcılığı, özünəməxsus üslub stixiyası, orijinal mövzu seçimi yanaşması, bütün bunlar bir küll-halda Elçini Azərbaycan ədəbiyyatının ən parlaq simalarından birinə çevirmişdir.

Aradan qərinələr, əsrlər keçsə belə, Elçin nəsri, Elçin üslubu onun təkrarsız ədəbi qəhrəmanları daim yaşayacaqdır.

Elçin buna öz yaradıcılığı ilə lap çoxdan nail olmuşdur.

 

Qan TURALI

 

Ədəbiyyat qəzeti.- 2018.- 5 may.- S.31.