Gecə gecdir, şair,
səhərlər çox
erkən.
Getmək
deyərkən
qapıları sorğulamağa
gəlməz!
Bu divarları köçürə
bilməzsən,
özünü keçirə
bilməzsən
darvazanın darısqallığından.
Düşüncə üçün
bir isti yataq sal,
Gecə
gecdir, şair!
Gecəyə gücü mçatmır…
Hər insan sərinləmək üçün ciblərində
bir azca ağac kölgəsi,
bir azca da qadın barmaqlarını
gəzdirir.
Gözləməyin vaxtı deyil,
qadın yağışı
yağmayınca küçələrə
Bu saatda kişilər evə dönməzlər…
Yuxuların qapısını bağla,
O qadın çıxa bilməsin yuxularımdan.
Şeirim
şüar olmadan
Gözlərini götür qarşımdan!
Yazığın gəlsin tabut adamlara,
yazıqdır məzarlardaki
qara daşlar.
Arxamca bir piyalə əllərini səp,
darıxacam səndən
sonra…
Götür get bu Bakıdan
gözlərini!
İçərişəhər içimi
yeyir gündən-günə,
Dışarı şəhərdə kimsəm yox
qağayılardan başqa.
Anam, Təbrizi sənə tapşırmışam!
Səni
isə...
Bağışla, Allah tətildədir gecələr...
Əlvida
sözündən bir
küçə yuxarı,
getmək sözündən
bir pillə aşağı
Ölməkdən öncə öp
ki, günümüz
qırmızı olsun!
Mən həyatın
senzurasıyam.
Hər gün bir söz
azalır köksümdə,
Hər gün bir ağac azalır
saçlarımda.
Otağıma
qışlar gəlmədən
üşüyər quşların
səsi.
Qırışar alnımda bir uşaq taleyi.
Bizim fəsillər bahara şər atır,
baharı işdən
qovur.
Bizim fəsillər şairi yorur,
Mənə bir fincan gözlərini süz, qadın!
Qaranlığım çoxalmasın
deyə
Mənə bir çaynik səsini dəmlə.
Danışmaq istərəm əllərimi,
Gecələri yatmamağım
Qanadlarımın yoxluğundandır.
Papağınızı qaldırın,
Çadralarınızı soyunun
Və
Rəngli
paltarlarınızı utanmadan
yandırın!
Bəlkə bir uşağın
əlləri isindi…
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2018.-
6 may.- S.9.