Allen Ginzberq
(Amerika)
Günəşlə doğuluruq və
gecəyə
düşürük biz
Soyulmuş portağala oxşayan
qürub çevrəsi
səmanı bəzəyir,
çılpaq qamışlar
bitir bataqlıqlardan -
Nyu-Cersi,
atam maşın sürür
Şosse
ilə Nyuark hava limanına - Empayr Steyt gümbəzi...
Itiuclu binalar, Manhetten ucalır
U.S.Uilyamsın gözlərində ucaldığı
kimi,
elektrik naqillərinin
üstündə -
Altıtəkərli yük maşınları yanımızdan
keçir,
Nyu-Yorkun
yaxınlığındakı keçidlə - mən burdayam,
sonsuz ağ səmadakı balaca günəşin altında,
təzə binaların
karkaslarına baxıram,
və oyanıram əlimdə karandaş...
11 dekabr 1974
29 fevral 1958
Keçən gecə yuxuda T.S.Eliotu gördüm
o məni arzular krallığına çağırırdı.
İngiltərənin üstündə
çarpayılar, divanlar
duman
onun evində çay Çelsidə göy qurşağı
Pəncərələrdə pərdələr,
tüstü çıxır
bacadan yuxarı, sakit və isti
evdə isə
inanılmaz dərəcədə
şirin fındıqburun
Eliot məni sevirdi, mənə ev
vermişdi
mənə divanda uzanıb yatmağı təklif elədi,
incə idi və diqqətlə qulaq asırdı.
Mayakovski haqqında fikrimi soruşdu,
mən ona Korsonu, Krili, Keruakanı oxudum.
Berrouzu Olsonu, Xankeni məsləhət gördüm
saqqallı ledi heyvanxanada
müdrik puma Mexiko
Sitidə
xordan altı uşaq Zanzibarda
kədərli səslə
oxuyurdular müxtəlif
dillərdə
nəbzvari ritmlə
Ma Reyni və Reyçel Lindsey.
Kral adasında
biz gecə xeyli söhbət etdik
sonra o məni yatızdırdı
qırmızı ev tumanında uzanmışdım
kaminin yanındakı divanda
yumşaq yun ədyalla
çəkib qurtarmadığı
qəlyanı mənə
verdi
və kədərli halda yatağa getdi
ah Ginzberq o qədər şadam ki,
Sizin kimi möhtəşəm
gəncə rast gəldiyimə görə
deyərək
sonra mən ayıldım öz yerimə utanaraq
O bu qədər mehriban və yaxşıdırmı?
Mən bu qədər böyüyəmmi?
nə üçün
birdən-birə səmavi
mannı istəyirəm?
əsl peyğəmbər
olmaq üçün
nəyi düz eləmədim?
T.S.Eliota
elədiyim yaxşılıqlar
yuxuma girir
axı mən tarixin bir hissəsi
olmaq istəyirəm
və onun ağlının bir hissəsinə sahiblənmək
-
ekssentrik uşağın
ambisiyalı arzusu.
Tanrım, kaş qəddar arzularım həyata keçməsin.
keçən gecə
yuxuda gördüm
Allen Ginzberqi.
T.S.Eliot mənim yerimə utanmazdı.
Payız yarpaqları
Altmış altı yaşındayam,
bədənimə qulluq
etməyi indi-indi öyrənirəm,
Səhər saat səkkizdə
yuxudan dururam, dəftərə yazıram,
çılpaq uşağı
yata-yata qoyub çarpayıdan lüt dururam,
sıyığa ət, göbələk, soğan
və qış tökürəm - səhər
yeməyi,
şəkərimi yoxlayıram,
dişlərimi səliqəylə
yuyuram,
fırça, diş
çöpü, sap, ağız
boşluğu üçün
su,
ayaqlarımı ovxalıyıram,
ağ köynək,
tuman və
corab geyinirəm,
ayaqyolunda təkbaşına
otururam,
saçlarımı daramamışdan
xoşbəxtəm ki,
hələ meyit deyiləm.
1992
Tərcümə etdi: Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.14.