Əhməd Yəsəvi mərifətində
təsəvvüf və irfan
Təsəvvüf
ədəbiyyatı tarixinin səciyyəvi inkişaf mərhələlərindən
biri olmaqla Əhməd Yəsəvi poeziyası, əslində,
özünün mərifət, dil və üslubi poetizim səciyyəsi
baxımından ən çox maraq doğuran ədəbi
nümunələrdən olmaqla, tədqiqatçı elm
adamları və mütəxəssislər tərəfindən
nəzəri prinsiplər baxımından daha çox müraciət
edilmiş mənbə funksionallığı ilə təsəvvüfün
elmi fikr tarixində geniş mövzu əhatəsinə görə
diqqəti cəlb edə bilir.
Belə ki, Əhməd Yəsəvi yaradıcılığı qədim türk elmi dünyagörüşündə və eləcə də poeziyası tarixində böyük bir ədəbi məktəbin həm mərhələ və həm də irfani əxlaq prinsiplərinin tarixi elmi səciyyə prisiplərinə görə və eləcə də ideya estetik istiqamətlərinin təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yazılı türk təkkə poeziyasının ilk nümayəndələrinən olmaqla Əhməd Yəsəvi öz dövrünün işlək türkcəsində mükəmməl və sistemli heca şeirinin tarixi təqdimatına rəvac verməklə ədəbi əxlaqımızın milli poetik düşüncə ənənəsinin memarı olaraq öz imzasının tarixi təsdiqini təmin etmiş oldu.
Nəzərə almaq lazımdır farsdilli poeziyanın hakim nüfuz dairəsində ictimai mündəricə ilə bu nüfuzun hələ ki, yaşarı olan ənənə meydanında bu tarixi ədəbi-fəlsəfi hadisə özünün milli avanqardizmi ilə riskli və ictimai səciyyəsi baxımından böyük bir tarixi hadisə olmaqla qədim şərqin mədəniyyət ənənələrində yeni bir ədəbi əxlaqın baş qapısı olmaqla, böyük əhəmiyyətə malik idi. Və bu əhəmiyyət qədim türk ərən əxlaqının bədii-poetik tarixi vəsiqəsini təsdiq etmiş oldu. Bu təsdiqin zəmin mərhələləri ilə türkdilli Şərq poeziyasının tarixi mərhələlərində ənənə prinsiplərini izləmək elə də çətin deyildir. Hətta, bu "təsdiqin" poetik təcəssümünü Əhməd Yəsəvi təbirində məhz elə ərən mərifətinin tərənnüm mündəricəsi ilə izlənə bilməsi də aydın və sadə ifadə tərzinə görə yaddaqalandır:
Kul Xacə Əhməd, candan keçib yolqa kirqil,
Andin sonra ərənlərin
yolun sorqil.
Nəzərə almaq lazımdır təsəvvüfün irfan
mündəricəsi özünün
tələblər sisteminin
konpleksində həm nəzəri - elmi, həm də təriqi praktizmi ilə mürəkkəb konstruktiv səciyyəsi baxımından irfanşünaslıq
tarixində və eləcə də təsəvvüf mətnşünaslığında
ən çox tədqiqi araşdırmalar
eyni zamanda, problematik polemika tarixi ilə diqqəti cəlb edir. Məhz bu mənada akademik Nizami Cəfərovun araşdırmalarında gəldiyi
elmi - analitik nəticələr Piri - Türküstan Əhməd
Yəsəvi yaradıcılığına
dair elmi arqumentallığı baxımından
xüsusi əhəmiyyət
kəsb edə bilir: "Mütəfəkkir
sənətkarın müxtəlif
vaxtlarda söylədiyi
təsəvvüf məzmunlu
şeirləri onun müridləri bütün
Türküstanı dolaşaraq
oxumuş, həmin şeirlərə zaman - zaman" müəyyən
əlavələr etmiş...
"Divan"ı daha da zənginləşdirmişlər".
Yəsəvişünaslığa dair araşdırmaların
problem mürəkkəbliyi həm də özünün təriqət
olaraq tarixən keçdiyi yolda uğradığı müəyyən
fərqli və ezoterik əxlaq prinsiplərinin elmi-irfani mündəricəsinə görə
də diqqəti cəlb edə bilir. Əlbəttə, bu səciyyəvilik
divan ədəbiyyatı tarixində
əksər hallarda özünü büruzə
verə bilən xüsusiyyətlərdən olmaqla
divanşünaslq epoxasının
tarixən bəlli bilinən cəhətlərindən
hesab olunur. Belə ki, fikrimizin
mündəricə zəminləri
ilə bu baxımdan diqqəti cəlb edən Piri - Türkistanın, yəni, Əhməd Yəsəvinin öz qələminə məxsus misralarında da bu səciyyəni
əhatəli olaraq açıq - aydın izləmək mümkündür:
Saçu
sakal xub akardı, könğlüm
kara,
Ruzi - məhşər rəhm etməsənq, halım təbah,
Sanqa ayan, əməlsiz min, köptür günah,
Cümlə mələk yazuklarım bildi, dostlar.
Nəzərə
almaq lazımdır ki, divan ədəbiyyatının
səciyyəvi olan prinsiplərinin, yəni,
"Qurani - Kərim"in
əxlaq və mərifət mündəricəsinin
təsəvvüf və
irfan leytimotivi özünün hikmət
və ezoterizminin assosativ olan ərkani prinsiplərinin surə və ayələrdən intişarına
görə həm hədis və eləcə də müvafiq qissə və rəvayət uyarlığı baxımından
müəyyən əhkami
incəlikləri ilə
mərifət tələblərinə
heç şübhəsiz
ki, səciyyə uyğunluğuna görə
təminat səlahiyyətlərinə
malik xüsusiyyətləri
özünün əxlaqi
məna zənginliyində
çevrələyə bilməsinə
rəğmən həmin
xüsusiyyətləri ehtiva
etmək baxımından
müvafiq mətn mündəricəsinə
malik olmalıdır. Və bu baxımdan
onu da qeyd
etmək lazımdır
ki, Piri Türküstan olaraq Əhməd Yəsəvi "Qurani - Kərim" mündəricəsinin assosativ
səciyyə prinsilərinə
müvafiq olaraq ərkani əxlaqa nəzəri - elmi baxışı poetik ricətlərlə də
ifadə etməkdə
ustakarlıqla obrazlar qaleriyasını təqdim
edə bilir:
Kırk
birimdə ixlas kıldım yol tapay dip,
İrənlərdin hər sırkörsəm min yapay
dip,
Piri - muğan izin alıp min öpəy dip,
Zatı uluğ xacəm, sığınıp kildim
sanqa.
Qeyd etmək
lazımdır ki, qədim türk əxlaqının alplıq,
ərənlik və qazilik məqamı, əslində, İslama qədər tarixdə var olan bir
sistemli mədəniyyət
faktorallığına malikdir. Bu mənada ərən və qazilik əxlaqı qədim və islami türk düçüncəsinin
ən şərəfli
qüdsallıq institutlarından
olduğunu söyləsək,
yəqin ki, səhv etmərik. Azərbaycan yəsəvişünaslığında
apardığı elmi
araşdırmaların ümumi
analitik müdəricəsində
bu baxımdan tanınmış tədqiqatçı
alim Füzuli Bayatın gəldiyi nəticələr özünün
kifayət qədər
zəngin əhatə
dairəsi ilə diqqəti cəlb edir: "Yəsəvidə
könül ibadətinə
hazır olanlar ərənlərdir... Hikmət sahibi
ərənlər uca varlıq dedikdə Tanrını nəzərdə
tuturdularsa, onu bilmək üçün
ən uca şey dedikdə isə eşqi başa düşürdülər.
Eşq könüldə olduğundan
sufilərə görə
Tanrı da könüldədir".
Qeyd etmək lazımdır ki, sufi əxlaqının
ritual səciyyəviliyindəki bu mərifət mündəricəsi, əslində,
yəsəviyyənin bir
təriqət olmaqla özündən əvvəlki
təriqətlərin əksəriyyətində
qəbul edildiyi kimi "dərviş könülsüz
gərək" hikmətinin ritual bağlantıları
da məhz bu əxlaqın ümumi ezoterik məntiqindən qeri - bir şey deyildir.
Və bu mərifətin hikmət dərinliyinin ucalığında
Yəsəvi əxlaqının
ənginliyi və əzəməti sözdən
sözə, hikmətdən
hikmətə Merac şifayətiylə elə
bir aydınlıq qazanır ki, bu aydınlıqda zülmətin özü nura təslim olur:
Piri - muğan cur asıdın qətrə tattım,
Yol tapay dip başım birlə tünlər kattım,
Bihəmdullah, lütf eylədi,
nurğa battım,
Könqül kuşı laməkanğa
yitti, dostlar.
Əhməd Yəsəvi mərifət
nöqteyi - nəzərdən
bir sıra özünəməxsus əxlaqi
səciyyə prinsipləri
baxımından - "Qurani - Kərim"ə istinadi hikmətlərlə əqaid
mündəricəsindən bəhrələnə bilməsi,
surə və ayələrdəki ezoterizmin
fiqh və təfsir elminin sistemli baxış müstəvisindən və
eləcə də surə və ayə hikmətlərdəki
məna dərinliyinə
nüfuz edilməsində
təsəvvüf və
irfan üləmasının
elmi yatırındakı
fəlsəfi mahiyyət
dərinliklərinə elmi
- nəzəri baxışda
yürtdüyü özünəməxsusluqla,
bənzərsiz arqumentallığına
görə təkrarsız
deyim tərzi ilə diqqəti cəlb edə bilir:
Kul Xacə Əhməd, nəfs tağıdın çıkıp aştı,
Yürək bağrı cuş
uruban kaynap taştı,
Bihamdillah,
yolun tapıp yavuklaştı,
İç kanıdın öz öziğa kəbab itdi.
Yəsəvişünaslığın istər qədim dövr tədqiqatçıları
və istərsə də davamedici tarixi ardıcıllıqla
bəlli bilinən elmi araşdırmalardakı
imza sahiblərinin gəldiyi nəticələr
kifayət qədər
əhatəli məzmuna
malik olsa da bu istiqamətdən
tədqiq ediləsi xeyli problemlər var olmaqla bərabər,
günümüzün elmi
müasirliyindəki qələm
sahiblərindən bu mövzu daha tutarlı tədqiqat işlərini gözləyir.
Xeyli sayda türkdilli qədim yazılı abidələrimizin
tədqiqi və müxtəlif elmi aspektdən araşdırılması
baxımından səciyyəvi
mənbə istinadları
ilə əhatə nöqteyi - nəzərdən
qədim dövr yazılı ədəbiyyatımızın
daha geniş tədqiqat işlərinə
xüsusi ehtiyac vardır.
Sözümüzün məhz bu məna kontekstinə
uyarlığına istinadən
fikrimizi Əhməd Yəsəvinin bir beyti ilə yekunlaşdırmağı məqsədəmüvafiq
hesab edirik:
Miskin Əhməd Yəsəvi səlam aydı dostlarğa,
Uşbu sozninq mənasın talib bolsa anqlasun.
Şöhrət BƏDƏLOV
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.28.