ƏDƏBİYYAT ÜZRƏ 1974-CÜ İLİN NOBEL MÜKAFATÇISI: Eyvind YUNSON

 

İsveç

 

İçveç yazıçısı. 29 iyul 1990-cü ildə Buden şəhəri yaxınlığındakı Svartbyornsbyun kəndində doğulub. Ailədə altı uşaq olublar. Daşyonan işləyən atası silikoz xəstəliyindən əziyyət çəkib və 4 yaşlı Eyvind 14 yaşına qədər sonsuz dayısının himayəsində böyüyüb. 1915-1919-cu illər arasında bir neçə dəfə sənətini dəyişib. Stokholma gələrək "Eriksson" zavodunda işə düzəlib. İlk qələm təcrübəsini 1920-ci ildə baş verən tətillə bağlı məqalə yazmaqla sınayıb.

1921-ci ildə Berlində Parisdə olub. 1924-cü ildə "Dörd yadelli" adlı ilk hekayələr kitabı çap olunub. İlk üç romanı "Timanlar ədalət" (1925), "Zülmətdəki şəhər" (1927) "Aydılıqdakı şəhər" (1928)  ona uğur gətirib.

Bütün yaradıcılığı boyu 30-dan çox roman, xeyli hekayə məqalə yazan yazıçı hər zaman İsveç ədəbiyyatının ən parlaq siması kimi xatırlanır. Eyvind Yunson 1974-cü ilə başqa bir İsveç şairi Harri Martinsonla birlikdə ədəbiyyat üzrə "Nobel" mükafatına layiq görülüb. Mükafat yazıçıya "azadlığı əks etdirən zaman-məkan anlayışını dəf edən yaradıcılığına görə" verilib. E.Yunson 1976-cı ildə Stokholmda vəfat edib.

"Ədəbiyyat qəzeti"nin oxucularına Eyvind Yunsonun "Axın sahil" romanından bir parçanı təqdim edirik.

 

Axın sahil

 

Romandan parça

 

Birinci hissə

V fəsil. Başqa

 

- Bu, əmrdir, əzizim, - lovğalanaraq özünü Dəmirin Hamisi adı ilə təqdim edən  Elçi dedi. - Bu, tanrıların Kralının əmridir

Kalipsonun son cavabını gözləyərək diqqətlə ona baxdı. Özündənrazı şən görünürdü - əsl diplomat görkəmi vardı. Kim olsa, ona baxıb: "35-40, bəlkə 40-45 yaşı var", - düşünərdi. Gözləri qaraydı, onların altında həyat təcrübəsinin nişanəsi olan qırışlar əmələ gəlmişdi, masaj etdirib itirmək fikri yox idi. Qarasaçlı, gözəgəlimli qadın -  uzaq cənubun yamyaşıl oazislərindəki qadın tipi: qarayanız, girdəsifət, qədər Heliosdan gizlətməyə çalışsa da, ağarmağa macal tapmayan qısa, qaraşın əllər; lap düzünü desək, şokolad rəngli. Boyu çox da hündür deyildi. Lap yumşaq oyuncağa, gəlinciyə oxşayırdı; ətrafı çoxlu qadınla dolu orta yaşı ağaların ağlını alan gözəlçə: ideal məşuqə.

Amma o, məlikə idi - bunu ilk baxışdan sezmək olurdu. Elçi bunu sezsə , hisslərini təkəbbürlü təbəssümlə gizlətməyə çalışdı. Uzaq qohumluqları da çatırdı onun bu təbəssümünü "Biz alimənsəbik, kökümüz, dünyanı idarə edənlərə, tanrıların dərgahına gedib çıxır, səninlə bağlı müəyyən şeyləri bilirik. Çox şeyi. Qəribə yanlışlarından, inadkarlığından, sürgün olunmağının təfərrüatından xəbərimiz var. Lakin sənə iltifat göstəririk, əsirliyin sərt qadağalarla keçmir, əsl məlikə kimi davranırlar səninlə qarşında böyük tələblər qoymuruq. Sənə anlaşıqla münasibət göstəririk". 

Sarayın zalında əyləşmişdilər. Elçi yelpikçi qarvaşın məxsusi olaraq seçildiyini hiss etdi: yaşlı, sifəti heç ifadə etməyən zənci qadın, saçlı, ətrafı qıpqırmızı, şar kimi domba gözlər, sanki bənövşə rəngli şəraba bulaşmış dodaqlar. Heç bir kişi ondan ləzzət ala bilməzdi.

Elçi ayağını ayağı üstə aşırdı, dirsəyini üst dizi üstə qoyub yumruqlarını çənəsinə dayadı. Onun oturuşu laqeydlik ifadə edirdi, səsi isə sirli riyakar idi:

- Məsələ belədir, xanım.

Açıq qapıdan baxanda oturduqları yerdən həyətlərin ikisi görünürdü, arxalarında isə şimal-şərq tərəfdəki buxta uzanırdı. Hava qaralmaq üzrəydi, vadidəki kölgələr yavaş-yavaş boy verirdi. Sağ tərəfdəki qayalıqda adamlar hərəkət edirdi. Sol tərəfdəki sahil qayaları üstə isə hərəkətsiz bir fiqur qaralırdı.

- Bura onun ürəyincə idi, - özünü ələ almağa çalışaraq dedi.

Elçi ayaqlarını yellətməyə başladı:

- Necə yəni ürəyincə idi? Baxır kim necə fikirləşir. Məni bağışlayın, hörmətsizlik eləmək istəmirəm. Amma uzun illər oldu onun evindən ayrı düşməyi.

Üzünə baxıb yaltaqlıqla gülümsədi.

- Başa düşürəm, - qadın dedi. - Amma hər halda

- Az qala on ilini döyüşlərdə keçirib. Bura düşənə qədər üç ili yollarda, səyahətlərdə ötüb. Bəs burda olmağından neçə il kedi? 7-8 il?

Cavab verməyə tələsmədi. Sanki səhnədə, hansısa tamaşada oynayırdı, bu səbəbdən acı, qəhərli monoloq deməyə hazırlaşırmış kimi:

- Əlahəzrət, orada sizin gəmiçiləri görürəm, - dedi. - Onların göyərtəyə qalxmaq fikri yoxdur? Məgər nə qədər gec deyil, onu aparmaq üçün əlinizdən gələni etməyəcəksiz? Ola bilsin, axşam düşəndən sonra fikrindən daşındı, bələdəm ona.

Qadın qalxdı. Uzun, mavi donunun ətəyi sürüşüb ayağındakı səndəllərin üstünə düşdü. Ayaq üstə duranda daha zərif  qaraşın görünürdü. Ona təbəssümlə baxan qadına gülümsəyərək qarşılıq verdi. Qadın isə rolunu oynamağa davam edirdi:

- Siz, özünü tanrılara tay tutan qonaq, paxıl adama oxşayırsız! Siz, macəra axtaranlar, Böyük torpaqda yaşayanlar, heç nə başa düşmürsüz, anlayın nəhayət, yox, yox, bir də yox! Nə deyirəm, aparın onu! Özü də indi, vaxt itirmədən, tez olun, onu gəmiyə götürün! Bir baxın, dayanıb, gözləyir. Dayanıb və tərəddüd içindədir. Nə qədər tərəddüd keçirir, tələsin! Zat aliləri, axşam düşsə, onu aldatmaq asan olmayacaq!

Qadın öz təsirli səhnəsini oynadığı müddətdə, elçi növbəti replikasını fikirləşirdi. Elə ki, da araya sükut çökdü və qadın dərindən nəfəs aldı, elçi dedi:

- Dedim axı, biz onu özümüzlə götürməyəcəyik.

- Bu da bir siyasi oyundur, - qadın əlüstü etiraz etdi.

Onun qıyqacı təbəssümü adamı heyran edirdi, o, susmağı bacaran əsl diplomat idi, yüksək səviyyəli diplomat və elçi onun qarşısında idiot təsiri bağışlayırdı.

- Bizim onun adasının daxili işlərinə qarışmağa heç bir səbəbimiz yoxdur, - elçi bildirdi. - Sadəcə, ona evə qayıtmağı üçün şərait yaratmaq istəyirik. Lakin qiyamı dəstəkləmək fikrində deyilik. Əgər onun geri qayıtmağı İtakada hakimiyyətin böyük hissəsinə sahib  partiyanın əleyhinə qiyam kimi qəbul ediləcəksə, heç istəmirik.

- Bəs sonra? - qadın xəbər aldı. Hələ də tərpənmədən dayanmışdı, baxanda elə bilərdin, ayağının birini gözəgörünməz pilləkən üstə qoyub baxır.

- Hərəkətə keçməklə bağlı özü qərar qəbul etmək istəyir və belə bir imkanı ona vermək lazımdır. Biz sadəcə ona dəstək vermişik.

- Bəs sonra? - bu dəfə daha kəskin soruşdu. - Siz onu yeni bir müharibəyə sürükləmək istəyirsiz? O, belə şeylərə yarayır, belə şüylər üçün pis deyil. Amma özünüzü təhlükəyə atmağa ürək eləmirsiz, - deyərək, rolunu oynamağa davam etdi. - Siz məni hər şeydən məhrum edirsiz. Mənsə, mən - Atlant qızı - dünyanın o biri başında, bu köhnə malikanədə qalmağa məhkum olunmuşam. Burada, bu malikanədə, heç bir gəlir verməyən bu miskin torpaqlarda yaşamağa və dolanışıq dərdi çəkməyə. Mən - öz məmləkətində sürgün həyatı yaşayan qadın. Amma siz məni öz siyasi oyunlarınıza alət eləmək istəyirsiz. Unudulmuş, amma lazım olanda xatırlanan və siyasi məqsədlər üçün istifadə edilməyə yarayan hakim. Mənim halım xəlvət nişançını xatırladır, yanından ötüb keçirsən, amma bilirsən ki, o səni görür. Çoxdan idi məni narahat eləmirdiz. Yaxşı hüzur tapmışdım! Mən öz hüzuruma rahatlığımı qurban verərək, sevincimi, səadətimi unudaraq, tanrılar kimi qeybə çəkilərək qovuşmuşdum. Amma o, peyda oldu və mənimlə qaldı. Biz çox xoşbəxt idik - bunu təsdiq edə bilərəm. O, həyatından razı idi. Getmək barədə düşünmürdü. Hər şeyi unutmuşdu, bəli-bəli hər şeyi, sizi də, tanrıların Kralını da. Başqa heç bir arzusu yox idi.

- Ona görə bu vəziyyət bizi qane etmədi, - kobudluqla söylədi.

Qadın oynamağa davam edirdi:

- İndi isə o getməlidir, siz onu məcbur edirsiz, yola çıxmağını əmr etmisiz, amma onu aparacaq gəmi yoxdur. Bu boyda okeanda, Paseydonun bu yekəlikdə məmləkətində bir dənə gəmi tapılmır! Çünki gəmi barədə mən düşünməliyəm! Mən sizə səyahət bələdçisi, losman, gəmiçi kimi xidmət göstərməliyəm. Qasidlə xəbər göndərin, biz burada əmrə müntəzir dayanıb gözləyirik… Belə götürsək…

- Əzizim, nəzərinizə çatdırım ki, sadaladığınız bütün xidmətlərdən yararlanmalı olacağam, - elçi dedi.

Qadın bu səhnəni zərif ifası ilə başa çatdırdı: ev sahibəsinə məxsus soyuq təbəssümlə ona baxdı, həyəcanla qaraşın barmaqlarını oynadıb başını buladı.

- Səfərin bütün xərcini öz üzərimə götürürəm. Bu kiçik xidməti sizə və Alimənsəbə göstərməkdən məmnun olaram. Xahiş edirəm, tanrıların Kralına mənim salamımı çatdırın və deyin ki, öz sədaqətimi heç vaxt ondan əsirgəməyəcəyəm.

- Sizin iltifatınızdan məmnunuq, - elçi yerindən qalxıb dedi. - Bu, necə deyərlər, ona evə qayıtmaq üçün ən münasib vasitə olar. Biz özündən asılı olmadan axmaq siyasi vəsiyyətə düşənlərə yardım etmək prinsipinə sadiqik, amma birbaşa müdaxilə edə bilmərik. Troya müharibəsini xatırlayın, onda hər şey sizə aydın olar. Yəqin bizim neytral mövqe tutduğumuzu başa düşürsüz.  

- Sizi gözəl başa düşürəm, əlahəzrət, - qadın əlini uzadıb dedi. - Xahiş edirəm, salamımı çatdırmağı unutmayın.

- Siz onun vaxt itirmədən yola düşməsi üçün əlinizdən gələni edəcəksiz? - Elçi xəbər aldı. - Nə isə, burada öz adamalrımdan bir-ikisini saxlayacağam. Necə deyərlər, hər ehtimala qarşı. Onların ardınca iki həftə sonra gələcəyik. Yəqin, etiraz etməzsiz?

- Qətiyyən, - qadın cavab verdi. - Necə etiraz edə bilərəm?

İç tərəfdəki həyətə girəndə elçini müşayiət edənlərdən dördü asta addımlarla onun ardınca Şərqdəki buxtaya doğru getdi. Gündüz onun gəmisi orada lövbər atmışdı. Hər biri nizə, qalxan, oxla silahlanmışdı. Yolun yarısına çatanda elçi əmr etdi və onlar bir-birinin ardınca sol tərəfdəki qayalığa, hələ də tərpənmədən qalan qaraltıya doğru yüyürdülər.

Qapı açıldı. Qadın hələ otağın ortasında arxası ocağa tərəf dayanmışdı, amma elə bil büzüşmüşdü, boyu balacalaşmışdı. Əlləri ilə üzünü tutdu.

- Cəhənnəm ol, - ona tovuz quşu lələkləri ilə yelpik vurmağa gələn qaravaşa pıçıltı ilə dedi. Birdən Kalipso ayağını yerə vurdu, əllərini yaşarmış qara gözlərindən çəkib çığırdı:

- Cəhənnəm ol, qara meymunça! Cəhənnəm ol deyirəm sənə, rədd ol!

 

Tərcümə edən: Əyyub Qiyas

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.29.