Şair dostlarıma
"Sükut
nəğmələri"silsiləsindən
Niyə suya dönüb məhəbbətiniz?
Yolunuz, iziniz səsimə gəlmir.
Bir atım barıtmış
o son vədiniz,
Doğma ürəyiniz üstümə
gəlmir.
Daha yuxunuz da cin
olmur yəqin,
Sinəni isitmir isti salamlar.
Vaxtınız olanda bir söz göndərin,
Ətriynən yaşasın sevən adamlar.
Günlər üfürülmüş sabun köpüyü,
Axşamdan sabaha yollar bir
əlçim.
Bir xəbər eləyin:
"bizi qarşıla!,"
Həsrət baxışların üstündən
keçim.
Bu ömür, bu tale dəvə boynudu,
Yolnuz, düşəndə
bir dəyin bizə.
Bu günki, günümüz
lal oyunudu,
Bir bayram sabahı göndərin bizə!
Bərdədən Bakıya yollar nə uzun,
Yolları çırpıram, toz eləyirəm,
Ötən günümüzün şirin qoxusun,
Hər gecə
yuxumda təzələyirəm.
Ölüm - adamın boş
vaxtı
Hamı
yolun ortasında....
Bir adam qırağa
cıxmaz.
İçimizin qaranlığı
Bir işim
çırağa çıxmaz.
Baş deyil, candı, əridi,
Yaş keçir,
ürək diridi.
Bu eşqin yönü bəridi,
Həsrətdən uzağa çıxmaz.
Göydən gələn sözdü,
səsdi,
İçimi bir haray kəsdi.
Xəyalımda bir əl gəzdi.
İstisi varağa çıxmaz.
Göylər səsimin üstüdü,
Qəlb
arzulu, can istidi,
Hər gün bir dözüm
dərsidi,
Gün ayrı
marağa çıxmaz.
O daş,
bu dərddən yumşaqdı,
Səsini udan uşaqdı.
Ölüm- adamın boş
vaxtı,
Qapıya, yolağa çıxmaz.
Hardasan...
Bir cana nə
qədər duyğu yerləşir,
Sevinc öləziyir,
qəm dərinləşir.
Adını çəkəndə dil şirinləşir,-
Hardasan, dilimin şirin adamı?
Heykələm, ötənlər baxıb
şellənir,
Canı neyləmisən, harda küllənir.
Hardasa bir acı tale dillənir:
"Hardasan, dilimin şirin adamı?".
Qonur tərəziyə yaxşı
da, pis də,
Dərdin qəlpəsi var, hər güllən üzdə.
Bir şirin söz çatmir təsəllimizdə,
Hardasan,
dilimin şirin adamı,
Daşa
da doğmayam, qərib quşa da
Üzümü görməyən, görüb
oxşada...
Məni
çatmadığım sevgi
yaşadar,
Hardasan, dilimin şirin adamı?
Gözümdən nə düşdü,
nə keçdi başa
Yol uçruma çıxdı,
həvəsim daşa,
Özümü tapmadım, girəm
savaşa,
Hardasan, dilimin çirin adamı.
Bu yuva mənimki, o ev səninki,
Bu ağrı mənimki, o
kef səninki,
Bu ömür qənd kimi qəm yeyəndi
ki...
Hardasan, dilimin şirini adamı.
Səsimi
gizlədim,çoxu lal bilib
Yazımı, pozumu bir xəyal bilib,
Dün gecə yuxuma bir sual girib:
"Hardasan, dilimin
şirin adamı?"
Rizvan Nəsiboğlu
Ədəbiyyat qəzeti.- 2018.-
12 may.- S.32.