XX əsr yəhudi uşaq

ədəbiyyatının ən məşhur şairi

Lev Kvitko

 

Bir təsadüfdən şeirlərilə ilk dəfə 1982-ci ildə tanış olub, dilimizə çevirməyə başladığım Lev Kvitko 1890-cı ildə Ukraynada doğulmuş və erkən yaşlarından yetim qalıb, nənəsinin himayəsində böyümüşdür. Uşaqlığın qayğısız illərini yaşamaq əvəzinə ehtiyac üzündən işləməyə məcbur olan, 12 yaşından şeir yazmağa başlayıb (ilk şeiri 1917-ci ildə çap olunub, ilk kitabı 1917-ci ildə yəhudi dilində (idiş) Kiyevdə nəşr edilib), xoşbəxt uşaqların obrazını yaratmaqla onları özünə həmsöbət edən şairin sonrakı həyatı da çətinliklər və sıxıntılar içində keçmişdir. 1921-ci ildə Berlin və Hamburq şəhərlərində Sovet nümayəndəliyində işləyən şairin şeirləri Qərb mətbuatına da ayaq açmışdır. 1939-cu ildə Sovet dövlətinin Qırmızı Əmək Bayrağı Ordeniylə təltif etdiyi, 11 ilə (1937-1948) 37 kitabı nəşr olunmuş, müharibə vaxtı YAK-ın (Yəhudi Antifaşist Komitəsi) fəal üzvi olmuş böyük şair  Lev Kvitko məhz sovetlərin əliylə "vətən xaini" damğasıyla 1949-cu ildə həbs edilib, 1952-ci ildə Moskvada güllələnmişdir. 3 il sonra isə -1955-ci ildə ona bəraət verilmişdir.

Yaradıcılığı nəinki oxucularımız, hətta ədəbi-ictimaiyyətimiz tərəfindən tanınmayan Lev Kvitkonun şeirlərini rus dilinə A.Axmatova, S.Marşak, S.Mixalkov və M.Svetlov kimi nəhənk simaların tərcümə etməsinin özü onun böyük istedadından xəbər verir. Azərbaycan yazıçı və oxucularının fərqli poetik nümunələrlə tanışlığını nəzərə alıb öz tərcümələrimi onların mühakiməsinə verməyi qərara aldım.

 

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.24.