“DÜNYA ƏDƏBIYYATINA ƏN ÇOX TƏSIR
EDƏN ÜÇ ŞEIR” LAYIHƏSINDƏN
ÜÇÜNCÜ - AXIRINCI ŞEIR
Allen Ginzberq
Məşhur Amerika şairi
Allen Ginzberq 1949-cu ildə maşın oğurluğunda günahlandırılmışdı. Həbsxanadan yayınmaq üçün
Roklend-Steyt-Hospitala müalicə almağa gedən şair,
burda sonralar çox yaxın dost olduğu Karl Solomonla
(Ginzberqin təbiriylə desək - Müqəddəs Lunatik) tanış olmuşdu və nəticədə
ən məşhur əsərini - Fəryad` poemasını
ona həsr etmişdi. "Fəryad"
müasir poeziyanın dönüş nöqtəsi hesab
olunur.
Fəryad
Karl Solomon üçün
I
Gördüm
nəsildaşlarımdan ən parlaq beyinlərin dəli olub
yıxıldığını,
isterik çılpaqlıqla
acından öldüyünü,
Zənci
küçələrinin sübh alatoranlığında
gördüm onları,
bir
az mal axtararmaq ümidiylə gəzəndə,
Gecənin
maşınında ulduzlu dinamo ilə köhnə cənnət
həzzi üçün
yanıb-alışan mələk
başlı hipsterləri,
Kasıblıq
və cır-cındır içində və həzzdən
yumulan gözlərlə şəhərlərin üstündə
üzən
isti
suyu olmayan ucuz otaqların gözçıxartan
qaranlığında
yuxarı boylanıb siqaret çəkə-çəkə
caza qulaq asanları,
Ağlını
Göyüzünə etibar edib hündürmərtəbəli
binaların
işıqlandırılmış
damlarında fırlanan ərəb mələklərini
görənləri,
Bleykə
layiq hallüsinasiyadan qıpqırmızı qızaran
gözlərlə və faciə haqda
fikirlərlə
çoxsaylı təhsil müəssisəsindən,
müharibə
sənəti alimlərinin arasından keçənləri,
Qadağan
olunmuş kağızları yaydıqları
üçün akademiyadan qovulanları,
Marixuananın
təsiriylə Laderodan qaçmaq və
Nyu-Yorka pənah
gətirmək fikrinə düşənləri,
Rəng
iyi verən mehmanxanalarda alov yeyənləri, Paradayz Alleydə
ölümlə
qarışdırılmış
içki içənləri, gündüz də, gecə də
xəyallarla, narkotiklərlə,
dəhşətli
gözəgörünmələrlə və alkoqolla bədənlərini
ərafa göndərənləri,
İzaholunmaz
kor küçələrin üstündə, hardasa
ağılda fırlanan buludların və Kanada və
Patersonun üstündə
parıldayan şimşəklərin aradakı zamanda
dünyanın
hərəkətsizliyini aydınlatdığı vaxt, küləkli
şəhərciklərin
neon işıqforları üstündə
başgicəlləndirici səyahətə
çıxanları,
Bruklinin
qulaqbatırıcı alatoranlığında titrəyən
günəşin, ayın,
ağacların altında zibil qabları haqda
mülahizə yürüdənləri,
Qatar
çarxlarının səsi və uşaqların
hıçqırıqları onları yer altından
zooparkdan
gün
işığına axan sözsüz və soyuq şüur
axınına qaytarana qədər
Batteridən müqəddəs
Bronksa qədər həzz gətirən həblərlə
özlərini metropolitenin zəncirlərinə
bağlayanları,
Bütün
gecəni Bikfordun sualtı işığında batandan sonra
üzüb günü Fuqazidə
pivə
içə-içə keçirdib musiqi qutusunun zəhərli
səsinə qulaq asanları,
Fasiləsiz
yetmiş saat kontordan pivəxanayla, Bellevyü ilə, muzeylə,
Bruklin körpüsüylə danışanları,
Dayanacaqlara
ehtiyat çıxışının pilləkanlarından, pəncərədən,
Empayr Steytdən, aydan tullananları,
Çərənləyənləri,
qışqıranları, faktları və xəstəxana, həbsxana,
müharibə
xatirələrini və lətifələri
pıçıldayanları,
Yeddi
gün yeddi gecə domba gözlərlə xatirələrə
dalanları,
körpü altına sinaqoq
üçün atılmış ətlə dolananları,
Arxalarında
Atlantik Sitinin şəkilləri olan açıqcalardan
başqa heç nə qoymayaraq
Dzen Nyu-Cersidən xəbərsiz
yoxa çıxanları,
Nyuaranın
qaranlıq mehmanxanalarında oturub Şərq istisini,
Tanjirdə
qazandığı sümük ağrılarını və
Çin miqrenini xatırlayanları,
Gecə
yarısı vağzallarda avaralanıb getməyə yer
axtaranları və yer tapıb gedəndə
hər şeyi olduğu kimi
buraxanları,
Ölüm
kimi qara gecələrdə qar yığınının
yanından az adamlı fermalara gedən
yük
qatarlarında, yük qatarlarında, yük qatarlarında
siqaret çəkənləri,
Kainat
Kanzasda ayaqlarının altında titrədiyi
üçün Platonu, Ponu,
Müqəddəs
İoannı oxuyanları, telepatiya və bob-kabala oynamaq
öyrənənləri,
Özləri
xəyali mələk olduqları halda Oydahonun tənha
küçələrində
xəyali mələk axtaranları,
Baltimor
ekstazdan parıldayanda sadəcə dəli olduqlarını
fikirləşənləri,
Qış
yağışları yağan vaxt balaca şəhərciyin
küçələrindəki küçə fənərinin
işığında
Oklahomalı çinlilərin limuzinlərinə
tullananları,
Ac və
səfil halda Hyustonda caz, seks və ya yemək axtaranları,
Amerikadan və Əbədiyyətdən
danışa-danışa yaraşıqlı ispanın
dalınca
düşənləri və ümidsizliyə qapılıb
Afrikaya gedən gəmiyə minənləri,
Özlərindən
sonra Çikaqoda kaminə səpələnmiş poeziya
külündən başqa
heç nə qoymayıb Meksika vulkanlarında
məhv olanları,
Sonra
üzü tüklü halda, şortiklə Qərb sahillərində
peyda olub FBI ilə
mübarizə
aparanları, kağız paylayanları, Kapitalizmin
tütün ixracına
qarşı çıxmaq üçün
siqaretlə əllərini deşənləri,
Çılpaq
bədənlə bəyaz gimnaziyalarda ağlaya-ağlaya
yad skeletlərin alətləri qabağında
düşüb qalanları,
Xəfiyyələrin
boğazını dişləyəndən sonra
uşaqbazlığı və əyyaşlığı
saymasaq,
etmədikləri
cinayətlərə görə polis maşınında şən
halda qışqıranları,
Zirzəmilərdə
diz çöküb qışqıranları və damdan
çıxartılanları,
Motosiklçilər
tərəfindən zorlanmağa imkan verib həzzdən
qışqıranları,
Səhər-axşam
yol qıraqlarında, park çəmənlərində və
qəbiristanlıqlarda
masturbasiya edənləri,
İçindəki
sevimli uşağı üç təkgöz cadugər
qarının ucbatından məhv edənləri,
Butulkayla,
sevgiliylə, siqaret qutusuyla, şamla cinsi əlaqəyə
girib
həzz
içində çarpayıdan yerə yıxılanları,
dəhlizdə rahatlaşıb özünə gələnləri,
Gecələr
oğurlanmış maşınlarda özünü sata-sata
Koloradodan keçənləri,
bu
şeirlərin gizli qəhrəmanını - saysız
qurbanlarıyla boş maşın meydançalarında,
xəlvət
həyətlərdə, kinoteatrların damlarında, dağ
başındakı mağaralarda
və ya ətəyini dartışdıran
arıq ofisiant qızlarla unudulmuş
yanacaqdoldurma məntəqələrində və
əlbəttə ki,
doğma şəhərin
küçələrində əlaqəyə girən Nil
Kessedini,
İyrənc
filmlərdə əriyib gedənləri, yuxuya gedib Manhettendə
oyananları,
şərabın
təsirində olan bədənlərini zirzəmilərdən
sürüdənləri,
Past-Riverdəki
isti otağın qapıları açılana qədər
bütün gecəni sərgərdan dolaşanları,
Qoyun
beyini yeyənləri, Boveridə dəniz xərçəngi
sovuranları,
Küçələrin
romantikasına və pis musiqiyə görə
ağlayanları,
Körpü
altında karton qutularda gecələyənləri,
çardaqlara sığınanları,
Gecələri
əfsunlar tərtib edib, ancaq səhər açılandan
sonra
heç nəyə yaramayan sayıqlama
yazdığını başa düşənləri,
Ağ ciyərlərdən,
ürəkdən, ayaqlardan, quyruqlardan səhər yeməyi
hazırlayanları,
Heç
olmasa yumurta tapmaq ümidiylə ət
maşınlarının altına girənləri,
Üç
dəfə damarlarını kəsib üçündə də
uğursuzluğa düçar olandan sonra kədər
içində
aktikvar dükanı açanları və
özünü qoca hesab edib ağlayanları,
Bruklin
körpüsündən tullanıb Çayna-taunda, şorba
qazanlarının buxarı içində,
yanğınsöndürən maşınlar
arasında itənləri, əbədi unudulanları,
Qəmli
halda pəncərədən oxuyanları, metro vaqonunun pəncərəsindən
tullananları,
zəncilərin
üstünə hücum edənləri, küçədə
qışqıranları,
otuzuncu
illərin darıxdırıcı alman cazının
vallarına qulaq asanları,
viski qurtumlayanları, unitaza qusanları,
Səndə,
məndə, onda Əbədiyyət öncəgörmələrinin
baş verib-vermədiyini
öyrənmək üçün dörd
sutka dalbadal axtarışa çıxanları,
Denverə
gedənləri, Denverdə ölənləri, Denverdən
qayıdanları və əbəs yerə
Denverə baxanları
gözləyənləri, Denverdə əzab çəkməyinə
baxmayaraq
yaxşı
ki ora getdiyini, Vaxtı qazandığını fikirləşənləri,
Kar kilsələrdə
diz çöküb bəşəriyyətin xilası
üçün yalvaranları,
Həbsxana
divarlarını başını çırpıb Altakrasa
blüz həsr edənləri,
Meksikaya
gedib iynəyə oturanları, Dağa gedib Buddaya,
Tanjirdə uşaqlara pənah
gətirənləri, Vudlonda geylərə və qəbirlərə
qışqıranları,
Radionun
hamını zombiləşdirdiyini deyənləri, hökm
oxunandan sonra əfv olunanları,
Dadaizmdən
mühazirə oxuyan professorlara kartof püresi atanları,
sonra
qırxılmış başıyla dəlixananın pilləkanlarında
dayanıb
intiharın
məziyyətlərindən danışanları, lobotomiya tələb
etsə də,
sonsuz insulin, metrazol, elektroşok, hidroterapiya,
psixoterapiya,
ağır terapiya, pinqponq və amneziya dalğasına tuş
gələnləri,
Katatoniyada
olanda həqiqətən etiraz edərək yeganə simvolik
tennis stolunu
inkar edənləri
və bir neçə ildən sonra, həqiqətən daz
olandan sonra
qayıdıb,
şərq dəlixanasında keçirtdiyi mənasız həyatının
qalanını yaşayanları,
Roklendin
iyrənc dəhlizlərini, evsiz ruhun əks-sədasını,
dəhşətli həyatı,
ay kimi
ağır, daşlaşmış bədəni,
zorlanmış ananı, pəncərədən küçəyə
atılmış
axırıncı
cildi, saat dörddə bağlanan axırıncı
qapını,
telefona
gələn axırıncı zəngi, mənzildən
çıxartılan
axırıncı
mebeli, tualetdən asılan çəhrayı rəngli
kağız qızılgülü,
qeyri-real ümidin mikroskopik
hallüsinasiyasını,
Karl, Karl,
nə qədər ki, sən dərddəsən, mən də
dərdliyəm,
və sən indi doğrudan da zamanın
bütün pislikləri içindəsən.
II
Sementdən
və aliminiumdan hazırlanan nə sfinksdir o, kəllələri
deşib beyinləri içir?
Molox! Tənhalıq!
İyrənclik! Çirkinlik! Zibil yeşikləri! Pilləkan
altından çıxan uşaqlar!
Orduda
çürüyən oğlanlar! Parklarda inildəyən
qocalar!
Molox!
Molox! Dəhşət! Moloxun dəhşəti! Sevgisiz Molox!
Mental Molox!
İnsanlara rəhmsizliklə
hökm oxuyan Molox!
Ələkeçməz
zindan Molox! Kəllələrdən və sümüklərdən
qala və dərd Konqressi Molox!
Müharibə allahı Molox! Vəhşiləşmiş
hakim Molox!
Xeyir
güdən ağıllar Molox! Damarlarında pul axanlar Molox!
Barmaqları ordu
olanlar Molox! Sinəsi insan yeyən maşın Molox!
Qulağı tüstülənən qəbiristanlıq
Molox!
Gözləri
min qara pəncərə Molox! Uzun küçələrin
axırındakı göydələnlər Molox!
Yuxu
görüb tüstü buraxan fabriklər - Molox!
Şəhərlərin bacaları və antenaları -
Molox!
Sonsuz
sevgisi neft və daş olanlar - Molox!
Ruhu elektrik enerjisi və bank
olanlar - Molox! Gücü ağıl olanlar - Molox!
Tənha
oturduğum yer - Molox! Mələkləri fikirləşdiyim
yer - Molox!
Ağılsız olduğum
yer - Molox! Dəli - Molox! Sevgisiz və kişiliksiz - Molox!
Ruhuma belə
tez girən - Molox! Bədənsiz şüur olduğum yer -
Molox!
Məni vəhşiləşdirən
və tənhalığa çəkilməyə məcbur edən
- Molox!
Qorxum - Molox! Moloxda
oyanın! İşıq düz göyüzündən
düşür!
Molox!
Molox! Atılmış mənzillər! Qaranlıq
künc-bucaq! Qəbiristanlıq xəzinəsi!
Kor meqapolislər!
Şeytani əməllər! Xəyali xalqlar! Dəlixanalar!
Daş orqanlar! Dəhşətli bombalar!
Onlar
Moloxu Göyüzünə qaldıranda kürəklərini
sındırdılar! Körpülər, ağaclar,
radiodalğalar,
kütlələr! Ətrafımızda mövcud olduğuna
baxmayaraq
şəhərləri göyə
qaldıranlar!
İllüziya!
Peyğəmbərlik! Hallüsinasiyalar! Möcüzələr!
Anlar! - hamısı Amerika çayında batdı!
Arzular! Həzzlər!
Dinlər! - sentimental zir-zibillə dolu
qayıq!
Axıntılar!
Qorxular və əzablar! Sürüşənlər!
Yoxuşlar! Kədər!
Onillik heyvan qışqırıb özünə əl
qaldırır!
Şüurlar!
Təzə aşiq olanlar! Ağıslız nəsillər!
Zaman qayalarından üzü aşağı düşmək!
Çay
üstündə səmimi müqəddəs
gülüş! Onlar hər şeyi gördülər! Vəhşi
baxışlar!
Müqəddəs
qışqırıqlar! Onlar əfv olundular! Onlar damdan
tullandılar!
Tənhalığa!
Əllərində gül dəstəsiylə! Çaydan
üzü aşağı! Küçələrə!
III
Karl
Solomon! Səninləyəm Roklenddə,
Məndən
daha ağılsız olduğun yerdə
Səninləyəm
Roklenddə,
Anamın
ruhuna oxşadığın yerdə
Səninləyəm
Roklenddə,
On iki tibb
bacısını öldürdüyün yerdə
Səninləyəm
Roklenddə,
Bu
anlaşılmaz zarafatlara güldüyün yerdə
Səninləyəm
Roklenddə,
Bircə
dənə makinaları olan iki böyük yazıçı
olduğumuz yerdə
Səninləyəm
Roklenddə,
Sənin
vəziyyətinin ağırlaşdığı və
haqqında radioda danışıldığı yerdə
Səninləyəm
Roklenddə,
Başın
vəziyyətinin həşəratları inkar etdiyi yerdə
Səninləyəm
Roklenddə,
Yutikalı
qarımız qızın sinəsindən çay
içdiyin yerdə
Səninləyəm
Roklenddə,
Baxıcıların
haqda satiralar yazdığın yerdə
Səninləyəm
Roklenddə,
Uçurumun
dibində real pinq-ponqda uduzduğun üçün
dəli köynəyinin içində
qışqırdığın yerdə
Səninləyəm
Roklenddə,
Katatoniya
royalını çaldığın yerdə,
Ruh
günahsızdır, o heç vaxt heç bir halda
ağır tipli dəlixanada ölməli deyil
Səninləyəm
Roklenddə,
Çarmıxa
çəkilmiş bədənindən çıxan ruhunu əlli
elektroşokun da
qaytara bilməyəcəyi yerdə
Səninləyəm
Roklenddə,
Həkimlərini
ağılsızlıqda ittiham etdiyin və milliyyətçi-faşist
Qolqofaya qarşı
yəhudi sosialist inqilabını
fikirləşdiyin yerdə
Səninləyəm
Roklenddə,
Göyüzünü
aralayıb yarımtanrı qəbirindən əsil Məsihi
çıxartacağın yerdə
Səninləyəm
Roklenddə,
İyirmi
beş min ağılsız yoldaşın
internasionalın axırıncı misralarını xorla
oxuduğu yerdə
Səninləyəm
Roklenddə,
Birləşmiş
Ştatları ədyalın altında qucaqlayıb
öpdüyümüz yerdə -
Birləşmiş
Ştatlar bütün gecəni öskürüb bizi
yatmağa qoymur
Səninləyəm
Roklenddə
Şəxsi
ruhi təyyarələrimizin damdan
qışqırdığı üçün komadan
ayıldığımız yerdə:
Onlar səmavi
bombaları atmaq üçün gəliblər, xəstəxana
partlayır, sökülür xəyali divarlar
Arıq
kütlələr, uzağa qaçın
Ah, qələbə,
tüpürüm alt paltarlarına - biz azadıq!
Səninləyəm
Roklenddə,
Xəyallarımda
sən dəniz səyahətindən sonra yaş olan Amerika
yolları boyunca
Qərb gecəsindəki evimin
qapılarına doğru gedirsən.
San-Fransisko 1955-1956
"Fəryad"a sözardı
Müqəddəs!
Müqəddəs! Müqəddəs! Müqəddəs!
Müqəddəs!
Müqəddəs!
Müqəddəs! Müqəddəs!
Müqəddəs!
Müqəddəs! Müqəddəs! Müqəddəs!
Müqəddəs!
Dünya
müqəddəsdir! Ruh müqəddəsdir! Dəri müqəddəsdir!
Burun müqəddəsdir!
Dil, kişilik orqanı, əl, arxa - müqəddəsdir!
Hər
şey müqəddəsdir! Hamı müqəddəsdir! Hər
yer müqəddəsdir!
Hər gün əbədidir! Hamı mələkdir!
Axmaq da
müqəddəsdir, mənim ruhum kimi müqəddəs!
Yazı
maşını müqəddəsdir! Şeir müqəddəsdir!
Səs müqəddəsdir!
Dinləyicilər müqəddəsdir! Ekstaz müqəddəsdir!
Müqəddəs
Piter! Müqəddəs Allen! Müqəddəs Solomon! Müqəddəs
Lüsen!
Müqəddəs Keruak!
Müqəddəs Hanke! Müqəddəs Berrouz!
Müqəddəs Kessedi! Xəbərsiz
yoxa çıxanlar və əzabkeş
bədbəxtlər müqəddəsdir!
İnsanabənzər mələklər müqəddəsdir!
Dəlixanadakı
anam müqəddəsdir! Kanzasdakı babalarım müqəddəs!
İnildəyən
saksafon müqəddəsdir! Oynayan apokalipsis müqəddəsdir!
Cazmenlər, marixuana çəkən
hipsterlər, dünya və həzz və barabanlar müqəddəsdir!
Göydələnlərin
və səkilərin tənhalığı müqəddəsdir!
Milyonlarla dolub-daşan
yeməkxanalar
müqəddəsdir!
Trotuarların altından axan gözyaşı
çayları müqəddəsdir!
Tənha
ideya müqəddəsdir! Orta yaşlı yağlı qoyun
müqəddəsdir!
İnqilabın axmaq
çobanı müqəddəsdir!
Los Ancelesi Los
Anceles edən müqəddəsdir!
Nyu-York
müqəddəsdir! San-Fransisko müqəddəsdir!
Paris müqəddəsdir! Tanjir müqəddəsdir!
Moskva
müqəddəsdir! İstanbul müqəddəsdir!
Əbədiyyətin
vaxtı müqəddəsdir! Vaxtın əbədiyyəti
müqəddəsdir!
Kosmosdakı saatlar
müqəddəsdir! Beşinci İnternasional müqəddəsdir!
Moloxdakı
mələk müqəddəsdir!
Müqəddəs
dəniz! Müqəddəs səhra! Müqəddəs relslər!
Müqəddəs qatar!
Müqəddəs
öncəgörmələr! Müqəddəs
hallüsinasiyalar!
Müqəddəs
möcüzələr! Müqəddəs gözlər!
Müqəddəs Uçurum!
Müqəddəs
bağışlanma! Əzabkeşlik! Açıqürəklik!
İnam! Müqəddəslər!
Bizim! Bədənlərimiz! Əzabkeş!
Bağışlayan!
Müqəddəs
ruhumuzun inanılmaz mehribanlığı!..
Berkli 1955
Tərcümə etdi: Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.26-27.