Rəsul Rza
(poemadan
parçalar)
Otuzuncu illərin Bakısı
...on
beşinci ilin
qətliamından gələn,
on səkkizdə
müstəqillik bayrağı yüksələn,
iyirminci
ildən
Kremlin
diktəsiylə ağlayan, gülən
küçələri yoxsul,
cahil,
nadan, qudurğan
yazıq
insanlarla dolan şəhər...
düşmənin gizli fitnəsi,
aşkar
təbəssümü,
yüksəliş şüarları,
savadsızlıq kursları...
qızğın bir yarış...
tale ilə
barış...
proletariat
hökmü,
komsomol
marşı...
...üçrəngli,
Ay-ulduzlu bayraq altında
"Vətən",
"Müstəqillik", "Ədalət" yolunda
ölümə gedənlərin
qırılıb, öləziyib səsi...
xaraba
küçələr, gizlənməyə yer axtaran
dindarlar,
bolluq
ümidi, çörək müjdəsi...
otuzuncu illər...
...otuzuncu illərin əvvəlində
diziüstə çökdürülmüş,
igidləri öldürülmüş elin
bir gənc
şairiydi Rəsul...
qəlbində qanlar, ağrılar içində
dan
üzü sökülürdü,
mavi səmalar
dillənirdi...
mələklər haqq dünyasının
tellərinə bağlayırdı
qəlbinin
tellərini...
...ümidlə
qalxırdı
proletar
gənclərin
yıxmaq,
dağıtmaq
yaratmaq
coşqusu.
yetişir, yetişdirilirdi
yeni
yazarlar ordusu...
Vətən
ikiyə bölünmüşdü -
bir
üzü qara,
bir
üzü qırmızı geyinmişdi...
otuzuncu
illərdə Bakı
qaynayan
qazan idi...
vay o
adamın halına ki,
duyduğunu, inandığını
yazan
idi...
...öz
çarını arvad-uşaqlı
bıçaqdan keçirən, doğrayan,
diri-diri
yandıran
kilsələri uçurub,
keçmişi yamanlayan,
min-min
işıqlı zəkanı
məhv
eyləyən, damlayan bolşeviklər
dərs
verirdi, dərs deyirdi
Rusiyaya,
Azərbaycana, cahana...
otuzuncu
illərin cavanları,
beyni
qanları
qəlbləri yaratmaq,
yüksəlmək eşqiylə dolu -
"bu aşın harda bişdiyini" bilmirdi,
çoxusu
"mənəm-mənəm" deyirdi.
"Lenin" , "Stalin", "Kreml",
"Oktyabr",
"oraq-çəkic",
"proletar", "bolşevik",
"komsomol" sözü olan
hər
cürə cızma-qara
müharibə açmışdı
taledən, zəmanədən,
sevgidən yazan
bayatı,
qəzəl, qoşmalara...
bir
andaca,
bir
andaca çox çevik
Adəmdən
Həvvaya qədər tarixin
üstündən xətt çəkirdi
nadan
bolşevik.
sərsəm bir dünyadaydı
hələ gənc Rəsul...
bu
oyundan baş çıxarammazdı
hər
oğul.
otuza, otuza getdikcə
yaş
sinəsində yer eləyirdi
yeni-yeni
suallar
yavaş-yavaş.
Rəsulun
bu uğultu içində yaranırdı
kövrək, ürkək misraları,
hər
birində
vətənin, anası Məryəmin,
Natəvanın,
Sabirin ruhunun
parıltıları...
qəlblə, qanla, beyinlə
təbliğat maşınının çarpışmaları.
belə
bir çarpışmada yarandı Rəsula
ilk
şöhrət gətirən
vətən məhəbbəti ilə,
dövrün uğultusu qarışıq
uğurlu
yazı -
"Bolşevik
yazı".
Neispravimıy
...gəlib
Moskvadan
SSRİ-nin
ünlü yazarları...
bəzilərinin Siyasi Büroyla, Stalinlə
var
dostluğu, salamları...
adları
sovetlər ölkəsində məşhur.
əyalət bildikləri şəhərdə
hamısı qürurlu, hamısı məğrur...
onları
razı salmaq üçün
əldən gedir xeyli
dövlət
məmurları.
bir
"molodes" almaqdı onlardan
hamısının
arzuları.
yeri gəldi-gəlmədi
irişirlər,
o
yazarlarla kəlmə kəsməyə girişirlər.
onlarsa hərdən
ədayla
özlərini
çəkərək
atmaca
atırlar məmurlara.
məmurlarsa məmnun-məmnun
yenə
də irişirlər, gülüşürlər.
hamısının az qala
təzimlə gedir, gəlir nəfəsi,
yada
düşür burda
"xan məni danışdırdı" lətifəsi...
...zəhmətkeşlərlə
neçə-neçə
ideoloji
tərtəmiz,
doğma,
mehriban, əziz
qayğılı görüşdən sonra
rəsmi
məclis düzəlir
qonaqların şərəfinə...
Azərbaycanın
ağası
"yoldaş Bağırov"
təbii
ki, keçib
süfrənin baş tərəfinə...
baxır
süfrə başında oturanlara
amiranə,
Moskvadan gələnlərə
təbəssümlə,
yerli
yazarlara hökmlə, biganə.
Azərbaycan
yazarları sanki
əlləri qapı arasında qalmış
uşaq
kimi,
qorxa-qorxa
danışırdılar,
söhbətə qarışırdılar...
məclis
bir az məst idi,
Rəsulsa
sərbəst idi...
çəkinmədən nə intellekt,
nə
ədəbiyyat yarışından,
nə də
ağanın
zəhmli
oturuşundan.
bir az da
ağayana danışırdı,
hətta
moskvalı yazarlara hərdən
dost
təki sataşırdı...
Rəsul
da, hamı kimi
bilirdi məclisin
nizamını, qaydasını,
hörmətlə, nəzakətlə
dinləyirdi ölkənin ağasını...
təsdiq
edirdi çoxu
onun hər
sözünü,
vergülünü, nöqtəsini, nidasını...
Amma
xoş gəlmirdi ağaya
Rəsulun
dilli-dilavərliyi,
o
olduğu məclisdə
belə
sərbəstliyi,
hərdən moskvalı yazarlara qoşulub,
ürəkdən
gülməyi...
tez-tez
söz atırdı Rəsula,
sanki: -
mən olan yerdə sən,
heç
kimsən!
müti
görünməlisən deyirdi...
duran-duran
moskvalı yazarlarsa
tərslikdən
Rəsulu
tərifləyirdi...
ağa
saxlaya bilməyib özünü,
heç
özü də bilmədən mızıldadı:
- sənin bunların yanında
hörmətin varımış ki!
Rəsulsa
pərt, gizli qəzəblə:
- qoyursan ki, dedi...
bu
cavabı gözləməyən ağa,
baxıb
sola, sağa,
əsəbindən qaralıb,
qəzəblə: - "ax tı!
kakoy
nespravimıy", - dedi...
çoxları elə bildi,
Rəsulun
qanı getdi...
sonu
yetdi...
Rəsulsa,
qırmadan
vüqarını, təmkinini
sakitcə dönüb getdi...
o zaman
bu hərəkət
qanla
qurtarırdı mütləq...
Rəsulun
qəlbindəki nur
təpər verirdi ona,
hünər verirdi ona...
onun tərəfindəydisə
ədalət,
qorxmazdı, susmazdı
qəlbindəki nura
etməzdi xəyanət...
ölümdən şərəfliydi
ləyaqət.
o vaxt
ağa onu
zindanlara
atmadı, amma
yada
salıb başqa belə işlərini,
düzəlməz tərs olduğunu da
hiddətlə
unutmadı...
gözəgörünməz, zəhərli
çəpərlər düzdü
dörd
tərəfinə...
ona
görə tez-tez
"təsadüfi" əngəllər
çıxdı
Rəsulun
can atdığı,
layiq
olduğu zəfərlərinə...
bütün ömrü boyu
Rəsul
hər vaxt
məmurlarla danışanda,
nəsə tələb edəndə
sözlərinə diqqət verdi,
özlərinə yox...
haqq
söz eşidən vədə
üzü gülərdi,
o
sözün yerinə yetməsi üçün
əlindən gələni edərdi.
nahaq
sözə, tələbəsə
çəkinmədən
qəzəbini
göstərərdi...
Ensiklopediya
Rəsulun
qəlbində bir ağrı vardı,
Azərbaycan
adını, Azərbaycan odunu
bütün yer üzünə
yaymaq
yolunda mübarizəyə
çağrı
vardı.
Azərbaycan
haqqında
ortada
olan, dünyaya yayılan
bilgilər...
gizlədib doğma tarixi,
bələnmişdi boş hay-küyə
dolaşıq, bulaşıq yalanlar
sığmırdı
yerə, göyə...
...bu zaman
ortaya gəldi
yeni bir
ideya
bütün respublikalarda,
Azərbaycanda
yaradılırdı
Milli
Ensiklopediya.
amma nə
qədər gözəl,
mühüm olsaydı da
Milli
Ensiklopediyanın yaranması,
bu
işin var idi həm də
bir
qorxulu əmması.
Baş
İdarənin başında,
daşnakların ilham verən,
1915-də
Bakını
qanına
qəltan edən
Stepan
Şaumyanın
Lev
adlı
doğma
oğlu dururdu...
Lev
türkə nifrət ilə
Ensiklopediya
qururdu...
...ümidini
bağlayıb Allaha,
dostuna,
sirdaşına,
Rəsulun
özü keçdi
bu
işin başına...
toplayıb millətini sevən
savadlı cavanları...
gecəni
qatdılar gündüzə,
düşdülər tarixdəki
ən
doğma, doğru izə
yaratmaq
istədilər
bu
bulaşıq zamanda
nur dolu
bir möcüzə...
...bərk nigaran idi Lev Şaumyan...
Bakıda
planı
pozulmuşdu,
ensiklopediyanın başında
türk
ruhuna köklənən,
Levin dədəsinin,
özünün
murdarlığını bilən
qorxmaz
insan durmuşdu...
Lev
vuruşdu,
hay-küy saldı ki,
mane
olsun, pozsun bu işi...
amma Rəsul
da Rəsul idi...
Levin sındı dişi...
fasiləsiz qalsa da
neçə nəhsin əlində yaxası...
xalqının qanı, ruhu, qəlbi təmiz
bütün övladlarıydı
Rəsulun arxası...
Yeni nəfəslə,
böyük həvəslə
Rəsulun
komandası
qəlbləri arzularla dola-dola
çıxdı müqəddəs yola...
dağıdıldı ideoloji qəfəslər,
araşdırıldı tarixdə olan, bugünkü
millətin fəxri olan
olmuşlar, hadisələr...
ortaya
çıxarılırdı
yeni-yeni
mənbələr
yoxlanılırdı
şübhələr...
kənara
qoyuldu
yalanlar
bulaşığı,
hər
yazıdan boylandı
vətənin doğma işığı...
***
...dözmədi
Lev
danışıb Moskvada
neçəsi ilə alovlu-alovlu,
durub
Bakıya gəldi başılovlu.
...elə
hava limanından
duydu
Şaumyan
Rəsulun
nəfəsini, hikkəsini,
aldı
dərsini.
Sovetlərin
qaydasına görə Rəsul
hava
limanına gəlməliydi,
Levə "xoş gəldin!" - deməliydi,
onu
qucaqlayıb öpməliydi,
fırlanmalıydı başına.
qonaqlıq verməliydi,
onunla
birlikdə
mehmanxanaya getməliydi,
xərcini çəkməliydi...
yüz
cürə
nəvaziş göstərməliydi...
amma Rəsul
Levi vəzifəsinə
yox,
qəlbinə layiq qarşıladı -
pişvazına getmədi,
gəlişi, niyyəti xoş olmayana
"xoş gəlmisən!" - demədi...
Lev
Bakıda ətrafına fırlanan
məmurlarla qəzəblə
danışa-danışa Rəsulun qarasına,
gəldi
Bakıdakı
ensiklopediya binasına.
gözləyirdi ki, məsul
onun
qabağına qaçacaq Rəsul...
... Rəsulsa
otağında
toplantı keçirirdi,
növbəti gündə növbəti işin
nizamını verirdi.
katibəyə dedi ki:
de, Levə,
qoy gözləsin,
toplantı bitsin, sonra gəlsin.
bu, zərbəydi
Şaumyana,
gözlədi qəzəbə, hikkəyə, ağrıya
boyana-boyana.
belə
oldu söhbətin
mənası, nəticəsi:
- qarışmayın hər addım
müqəddəs işimizə,
ağıl verməyin bizə!
Moskvaya
döndü Lev,
xeyli
kinli, pəjmürdə...
döndü daha yırtıcı
bir
düşmənə, namərdə...
min oyun
düzdü-qoşdu
aşkarda, gizlidə
xain-xain
vuruşdu...
...ona
yardım eylədi
orda
havadarları,
Bakıda
ensiklopediyada işlər
qaldı
yarımçıq, yarı...
nalə
çəkdi Rəsulun
vətənini dünyaya
doğru,
dürüst
tanıtmaq arzuları...
Əhməd Qəşəmoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.6-7.