Sovqat  Ceyhun Hacıbəyli

yaradıcılığının 10 illiyi

 

1916-ci ildə Bakıda  Ağa Həsən Mirzəzadənin müdir imtiyaz sahibi kimiSiyasi, ədəbi, ictimai iqtisadi gündəlik türk qəzetəsikimi nəşrə başlayanSovqat”ın ömrü qısa olsa da, Azərbaycan mətbuat tarixində müəyyən iz buraxmışdır. İlk nömrəsi 1916-cı il sentyabrın 1-də, sonuncusu 1917-ci il mayın 27-də (cəmi 210 nömrə) çıxmışdır. Qəzetdə Abbas Səhhət, M. Hadi, M. Sidqi digər tərəqqipərvər ziyalılarımızın  maarif mədəniyyət məsələlərinə dair yazıları da verilmişdir.

Oxuculara təqdim etdyimiz “C. Dağıstanininyövmi-təqdir”iadlı məqalədə göstərilir ki, “Kaspiqəzetinin mühərriri Ceyhun bəyin yaradıcılığa başlamasının 10 illiyi münasibəti iləNicatmaarif cəmiyyəti tərəfindən   Mehdi bəy Hacınskinin aparıcılığı ilə  tədbir keçirmişdir.  Mehdi bəy Hacınski  (Mehdi bəy Süleyman oğlu Hacınski (1879-1941) xalqımızın ictimai-siyasi həyatında silinməz iz buraxmış partiya dövlət xadimi, aktyor, publisistdir. O, 1917-ci ildən  Zaqafqaziya Seyminin, “Müsəlman fraksiyası”nın üzvü olmuş, Milli Şuranın Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Görkəmli ictimai-siyasi dövlət xadimi, teatr tənqidçisi sənətşünas Camo bəy Hacınski (1888-1942) Mehdi bəyin kiçik qardaşıdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü 5-ci hökumət kabinetlərində poçt teleqraf naziri olmuşdur. Camo bəy Hacınskinin adı eyni zamanda  təhsil pedaqoji fikir tariximizdə  Cəmo Cəbrayılbəyli, Mehdi bəy Hacıbababəyov, Teymur bəy Bayraməlibəyov, Əlməmməd Mustafayev başqaları  ilə bir cərgədə çəkilir.

Məqalə müəllifi məclisdə Mehdi bəy Hacıbababəyovun çıxışına xüsusi diqqət yetirir. Natiq bir sıra qələm sahiblərinin millət üçün faydalı, gərəkli məsələlərdən yazmaqdansa, səmərəsiz işlərlə məşğul olduqlarını tənqid edir yazır ki,  daha yaxşı olardı ki, mühərrirlərimiz, dərdlərimizi bir doktor kimi anlayıb ona görə çarə edəydilər. M.Hacıbababəyov çıxışında gimnaziyada  təhsil alan azərbaycanlı tələbələrin azlığına da diqqəti çəkir bunun səbəbini araşdırılmasını, bu qüsurun aradan qaldırılmasının vacibliyini önə çəkir.Yeri gəlmişkən qeyd edək ki, görkəmli  ictimai-siyasi xadim M.Hacıbababəyovun adı Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri kimi tarixə düşmüşdür. O, Zaqafqaziya seyminin  süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının(1918, 27 may) üzvü, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən millət vəkillərindən biri olmuşdur.

“C. Dağıstanininyövmi-təqdir”iməqaləsi həcmcə kiçik olsa da,  böyük maraq doğurur, günümüz üçün aktualdır, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ilk demokratik dünyəvi dövlətimizin gələcək qurucularından Ceyhun Hacıbəylinin, Mehdi bəy Hacınskinin, Mehdi bəy Hacıbababəyovun fəaliyyətini, dövrün mətbuatını, onun mövzu problemlərini öyrənmək cəhətindən, ziyalıları qayğılandıran, düşündürən məsələlər barəsində səhih dəqiq məlumat əldə emək nöqteyi- nəzərindən, eyni zamanda Ceyhun Hacıbəylinin yaradıcılıq yoluna daha yaxından bələd olmaq baxımından əhəmiyyətlidir.  

 

Mehdi Gəncəli,

dos.dr.

Mərmərə Universiteti Türkiyyat

Araşdırmaları İnstitutunun müdir müavini

 

Abid Tahirli

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.3.