C. Dağıstaninin
“Yövmi-təqdir”i
İşbu oktyabr ayının
on ikisinde, “Nicat” maarif cəmiyyəti tərəfindən “Kaspi”
mühərriri [yazıçısı]
C. Dağıstaninin on sənə
mühərrirliyi münasibəti
ilə bir “yövmi-təqdir” [təqdir
günü] icra edilmiş.
Məzkur “yövmi-təqdir”də kəşidə edilən [verilən] ziyafəti hazirun tərəfindən intixab edilən [seçilən] Mehdi bəy Hacınski idarə ediyormuş. O gün hazirun tərəfindən bir çox nitqlər irad edilmiş və bunların arasında Mehdi bəy Hacıbababəyovun nitqi şayanı-diqqət bir mövqe ehraz eylemişdir. Zira müşarünileyh demiş ki, bizim mühərrirlərimizin çoxu millətimizə əlverişli ən böyük məsələləri bir tərəfdə qoyub yolsuz, səmərəsiz məqalələrin təhriri ilə iştiqal ediyorlar! Daha yaxşı olardı ki, mühərrirlərimiz, dərtlərimizi bir doktor kimi anlayıb ona görə çarə edəydilər. Məsələn bu gün birinci, ikinci gimnaziyalar müsəlmanlar tərəfində olduğu halda, nə səbəbə görə oralarda müsəlman mütəəllimləri [tələbələri] azdır? Şübhəsiz ki, buna böyük bir səbəb vardır. İştə, bu səbəbləri arayıb yazmalı! Bu məclisin sonunda “yövmi-təqdir” sahibi C. Dağıstani, “Nicat” maarif cəmiyyətindən və haziruni-kiramdan [hörmətli qonaqlardan] razılıq edərək məclisə xitam verilmişdir.
“Sovqat”
qezeti, ¹ 25, 30 sentyabr
1916.
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.3.