Ruhlarınız şad
olsun...
O alovlu
dövrandan
yüz
il, bir əsr keçir.
Müstəqil
Azərbaycan
özü
öz yolun seçir.
Azadlığı
qazandıq
al qanlar
bahasına,
qoymarıq
bu yollarda
yeni
ömürlər sına!
İstiqlal
zühr elədi
millətimə
inanıb,
beşiyinin
başında
qüdrətlilər
dayanıb.
Bu yol
çətin və uzun,
qət edənlər
- ərənlər,
ruhlarınız
şad olsun -
Azadlığı
becərib
barını
görməyənlər…
22.05.2018
Yüz belə yüzlər
yaşa...
Bir daha bu
işıqlı
fürsəti
itirmərik,
azadlıq
məktəbini
yarımçıq
bitirmərik.
Bir daha əlimizdən
bu
İstiqlal alınmaz,
can
sıxan boyunduruq
boynumuza
salınmaz.
Nəhayət
ki, yurdumda
istək
qələbə çaldı,
endirilmiş
Bayrağı
zühr
eləyib ucaldı.
Ucaldı,
çünki Bayraq
əbədi
enməmişdi,
qəlblərdəki
alovu,
atəşi
sönməmişdi!
Yüz
belə Yüzlər yaşa -
İstiqlalın
mübarək,
Azərbaycan,
həmişə
səni
çıraqban görək…
26.05.2018
Sən Şərqin İstiqlal
günəşi oldun...
İşığın,
qüdrətin gözlərimdədir,
insan
yollarınla inamla gedir.
Dünyanı
gəzsəm də - fikrim səndədir,
var ol, Azərbaycan,
sabahın xeyir!
Yerişdə
təpərli, uçuşda qıvraq,
sabahlar
nurundan yapışdı bərk-bərk.
Vətən
göylərində üçrəngli bayraq
inamla
çırpınır quş qanadıtək.
Sayqılı
yerin var geniş cahanda,
taxtından
endirdi "şərləri" - "xeyir".
Cavan da,
qoca da, körpə fidan da,
gülür:
Azərbaycan, sabahın xeyir!
Bəzən
gözü səni götürməyənlər
böhtanlar
çaldırar köhnə valında.
Vətən,
mübarəkdir hər gələn səhər,
mübarək
Yüz illik İstiqlalın da!
Daha bir
döyüş var - qılınc sivrilib,
bizim
olanları geri alarıq.
Hər kəsin
qanında oda çevrilib
qanlar
bahasına gələn azadlıq.
Atam - Azərbaycan,
sabahın xeyir,
adını
ucaldır hər qızın, oğlun.
Arxanca
millətlər, ellər yeriyir -
sən
Şərqin İstiqlal Günəşi oldun…
24.05.2018
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.12