İstiqlal İstiqbal şeirləri

 

Heç şübhəsiz ki, Allah-taalanın insana bəxş etdiyi ən böyük töhfə istiqlal istiqbaldır.

Əgər, istiqlal istiqbalın varsa, deməli, Vətənin var, Vətənin varsa, Dövlətin var, Dövlətin varsa, Bayrağın, Gerbin, Himnin var, yəni, bir Millət kimi, İmzan var imzalar içində...

Yazağzı cücərən toxum öz torpaq payı, öz su payı, öz işıq payı, öz hava payı uğrunda mübarizə apardığı kimi, Azərbaycan xalqı da həmişə öz İstiqlalı İstiqbalı uğrunda mübarizə aparıb.

Bu çətin şərəfli mübarizə bəzən əsrlərlə sürüb, amma nəsil-nəsil Tarix palatasında - reanimasiyada qalan xalqımız İstiqlalına İstiqbalına olan ümidini, inamını, mübarizə əzmini zərrə qədər itirməyib, Şəhidlərinə söykənə-söykənə ayağa qalxıb, dikəlib, Sibir Lefortovo zindanlarından keçməyi bacarıb!

Maraqlıdır ki, böyük şairimiz Bəxtiyar Vahabzadənin nəşri qadağan olunmuş "Gülüstan" poeması bir-birindən dəyərli digər poemalarından - "Şəbi-hicran" dan, "Yollar oğullar"dan çox oxunub, həm əl altından, gizli!

Yenə böyük şairimiz Xəlil Rza Ulutürk oğlunun - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin dəfn mərasimində tabutun altı əlini göynətsə , içində dağlar uçsa da, özünü şax tutub - tək toxtaqlığı, heç şübhəsiz ki, əldə etdiyimiz istiqbal istiqlal olub!

Bizim İstiqlal İstiqbalımız, hər şeydən əvvəl, şeirlərimizdə öz əksini tapıb - bəzən dalğa-dalğa kükrəyib, bəzən damla-damla, həzin-həzin çağlayıb.

Bu gün - Cümhuriyyət bayramı ərəfəsində şeirlərini sizə təqdim etdiyimiz İstiqlal İstiqbal şairlərimizi şükranla anırıq.

Allah İstiqlal İstiqbalımızı qorusun!

 

Əhməd CAVAD

 

 

Milli marş

 

Azərbaycan Xalq Cümhuriyyətinin himni

 

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın

Şanlı Vətəni!

Səndən ötrü can verməyə

Cümlə hazırız!

Səndən ötrü qan tökməyə

Cümlə qadiriz!

Üç rəngli bayrağınla

Məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

 

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.16.