İstiqlal və İstiqbal
şeirləri
Abbas SƏHHƏT
Vətən
Könlümün sevgili məhbubu
mənim
Vətənimdir, vətənimdir, vətənim.
Məni
xəlq eyləmiş
əvvəlcə Xuda,
Sonra vermiş
vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq nə demək?!
Saxlaram gözlərim üstə
onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan
olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.16.