İstiqlal və İstiqbal
şeirləri
Almas İLDIRIM
Mən kiməm?
Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,
Asiyanın qucağında atəş
yaxan mənmiyəm?
Göy xaqanından salam
gətirib dənizlərə,
Qərbə coşğun bir
sel kimi
axan mənmiyəm?
Mənmiyəm qırbaclayan qərbin üfüqlərini?
Harda qırbacım
mənim, göstər
mana yerini?
Mən kiməm, kimlərdənəm,
harda mənim el-obam?
Bu doğrumu, deyirlər Oğuzmuş igid babam,
Sarılmış oymaqlara vermək
üçün bir nizam,
Minərək şimşəklərə göydə çıxan
mənmiyəm,
Anlat mənə Mete kim,
Cebe
kim, Sabutay
kim,
Çingiz, Teymur varmıymış,
Gurşad
kim, Cığatay
kim?
Söylə, mənmiyəm quran
ilk birlik əsasını,
Söylə, mənmiyəm yazan
türkün tək yasasını,
Mənmiyəm indi tutan tariximin
yaşını?
Şimdi
həsrətlə böylə
dünə baxan mənmiyəm?
Mənmiyəm ölü, durğun
bir dəniz kimi böylə,
Söylə, ey Bozqurdların
yaşıl diyarı,
söylə!
Əsir Azərbaycanım
Harda məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla
yoğuran,
Beşiyimdə "layla balam!"
çağıran
Azərbaycan, mənim baxtsız
anam oy!…
Neçə ildir həsrətində
yannam oy!..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə
ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini
qırsa oy!..
Hökm
etsə, bu sərsəm gediş dursa oy!..
Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı
Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən?!
Azərbaycan, mənim eşsiz
yurdum oy!…
Ölməz eşqim, içimdəki
dərdim oy!..
Könlümə tək Kəbə
yapdım səni mən,
Sənsiz
neylim qürbət eldə günü mən,
Sənsiz
neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım,
taxtım oy!…
Oyanmazmı kor olası baxtım oy?!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.16.