Məhəmmədhüseyn ŞƏHRİYAR
Azərbaycan
İxtisarla
Könlüm quşu qanad çalmaz sənsiz bir an,
Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan,
Azərbaycan.
Səndən uzaq düşsəm
də mən
eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran
Azərbaycan.
Bütün dünya bilir -
sənin qüdrətinlə,
dövlətinlə
Abad olub, azad olub
mülki-İran,
Azərbaycan.
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib "heçdir
vətənsiz can",
Azərbaycan.
Övladların nə vaxtadək
tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan,
Azərbaycan!
Bəsdir
fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya
tamam yan,
Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman,
Azərbaycan!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.16.