İstiqlal və İstiqbal
şeirləri
Xəlil Rza ULUTÜRK
Mən yenə dönəcəm Azərbaycana
Mən yenə dönəcəm Azərbaycana,
Burda havam çatmır...hava istərəm.
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,səma istərəm -
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı
kürəklərimdən.
Gecələr bürünüb soyuq
yorğana,
Yatmıram, dalıram Azərbaycana!
Yalnız
anam - bacım,qardaşım deyil,
Vətənim - əbədi səadətimdir.
Min-min övladının biridir Xəlil
Vətənsiz iki qat,üç
qat yetimdir,
Vətənim - əbədi səadətimdir.
Hər çayı-çeşməsi səsim,nəfəsim,
Hər daşı bənzəyir
ləli-mərcana,
Doğrayın, kəsin də
lap kəsim-kəsim
Təki
qovuşdurun Azərbaycana!
Hər daşı
bənzəyir ləli-mərcana.
Mütləq dönməliyəm doğma
məkana.
Bir az da qüdrətli, bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam, bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm, bir az da mətin.
Sökün zindanları,barmaqlıqları,
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram bu gecə yarı
Üzümdən nur düşür Milə, Muğana.
Hər gün qayıdıram Azərbaycana.
Saqqalım ağsa da gənc anamdır o,
Ana uşağına dönürəm
hər gün.
Ayna Göy gölümdə, Maral gölümdə
Bir Ay işığına
dönürəm hər
gün.
Ana uşağına dönürəm
hər gün.
Əgər gələ bilsəm
Azərbaycana,
Mənim
gəlişimlə o yüksələcək
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət, ləyaqət, qüdrət
gələcək
Mənim gəlişimlə o yüksələcək.
Zümrüd yağışına, ağ dumanına
Bürünə-bürünə gələsiyəm mən.
İşdir ayaq üstə
gələ bilməsəm,
Sürünə-sürünə gələsiyəm mən.
Nəfəsim kəsilsə...sürtüb
üzümü,
Dağından-daşından qüvvət alacam.
Üzülsə qollarım, dişimlə
tutub
Uğrunda bir daha qılınc
çalacam.
Dağından-daşından qüvvət alacam.
Yoluma neçə min Əzrayıl
çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm, ölə
bilmərəm.
Mən yenə gələcəm Azərbaycana,
Şəninə şərqilər deyəcəyəm
mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm
mən.
Şəninə şərqilər deyəcəyəm
mən.
Qanadı yaralı bir qartalammı?
Tay qanadımla
da uçaram inan.
Dərbənddən, Salyana, Zəncana qədər
Onu yetmiş qolla qucaram, inan!
Tay qanadımla
da uçaram, inan.
Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən su səpin bu yanar
cana.
Bəlkə eraların başı
üstündən
Mən bir də gələcəm
Azərbaycana!
Göy göldən su səpin bu yanar
cana.
Haray,ey nəfəsim, ey qardaslarım
Məlul - məlul baxan arxadaşlarım.
Yandırır aləmi bu göz yaşlarım,
Siz məni qaytarın Azərbaycana!
Səni
qucasıyam, ey doğma elim,
Məni vüsal günü - o gün yaşadır.
Gözümdən bir damla yaş axsa, bilin:
Məni
vüsal günü -
o gün yaşadır!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.16-17.