Paylaşmaq mədəniyyəti
Hər bir millətin genetik kodunda konkret dəyərlər mövcuddur. Almanlarda mənitiqi təfəkkür
aparıcıdır. Yaponlar dəqiqdirlər.
Ermənilər saxta, yalan bir şeyi
həqiqət kimi təqdim etmə məharətinə malikdirlər.
Azərbaycan xalqı isə
ən çox fədakarlığı ilə
seçilir.
Filip Rotun
"Arzu professoru"
romanının qəhrəmanı
Kepeş keçmişlə
indi arasında çapalayır. O, ənənəni
də, müasirliyi də
yaşaya bilmir. Keçmişlə bağlar qopub.
Nə o yanlıqdır, nə də bu yanlıq.
Qaçılmaz bir
durumdadır. Kepeşin ekzistensial
uyumsuzluğu daha çox fərdin düşüncə dünyası
ilə bağlıdır.
Azərbyacan Xalq Cümhuriyyətinə
qədər isə yaddaşın bütün
formaları dağınıq
idi. Qərarsızdı. Hüriyyətlə bərpa
olundu. Bütövləşdi. Az imkanlarla çox işlər görüldü. Fərdi, ictimai və
kollektiv fikirlər vahid amala xidmət
etdi. Həqiqətə. Millətin və dövlətin
mövcudluq gerçəkliyinə.
Fərd və xalq birləşdi. Bu kütləvi hadisə deyildi. Elitardı. Ziyalılıq, həqiqi bəylik
və xanımlıq meyarı əsas idi. Ənənə və müasir
həyat arasında əlaqə quruldu. Cümhuriyyət qurucuları qısa
müddətdə sürətli
və məhsuldar tarix yaratdılar. Ancaq Sovet rejimi
həmin tarixi yaddaşı pozmağa reaksiya olaraq yarandı. Arzulanan, xəyal edilən fərd,
millət və dövlət üçbucağı
formalaşmışdı. Zərurət həqiqətə çevrilmişdi. Hamısı alt-üst edildi. Bəs bunun əsas səbəbi nə idi? Tarixi şərait? Niyə uzun müddət özünəqayıdış mümkün olmadı?
Çünki əqidə və
sağlam düşüncə
əldən alınmışdı.
Aradan götürülmüşdü. Hürr fikir və şəxsiyyət
yox idi. Bu o demək deyil ki, sovet
dövründə heç
bir dəyər mövcud deyildi. Ancaq şüur və təfəkkür dəyişdirildi.
Repressiyalar şəxsiyyət və dəyərlərin
məhvinə yönəldi.
Hər bir millətin genetik kodunda konkret dəyərlər mövcuddur. Almanlarda mənitiqi
təfəkkür aparıcıdır.
Yaponlar dəqiqdirlər. Ermənilər saxta, yalan bir
şeyi həqiqət
kimi təqdim etmə məharətinə
malikdirlər. Azərbaycan xalqı
isə ən çox fədakarlığı
ilə seçilir.
Genetik səviyyədə fədakarlıq
var millətin əqidəsində. Ancaq ənənənin
kökü kəsilməyə
çalışıldı sovet dövründə.
Fədakarlıq müasir və
modern tarixdə cümhuriyyəti
yaradanların adı ilə bağlıdır.
Fədakarlıq geniş mənalar
ehtiva edir. Ailə daxilində fədakarlıq.
Öz işini vicdanla görmək və başqa əməllər,
amallar. Paylaşmaq mədəniyyətinə sahib olmaq isə hamıda olmur. Özündə olanı başqasına vermək duyğusu geniş və böyük ürək tələb
edir. Bilik və maarif
paylaşılanda çoxalır.
Ətrafı gözəlləşdirir.
Ancaq maddi gəliri paylaşmaq daha nadir bir duyğudur. Çətindir axı. Cümhuriyyəti yaradanlar bu keyfiyyətləri
ilə də fərqlənirdi. Hər birində
məxsusi dəyərlər
mövcud idi. Onlardan birini yada salmaq
bəs edir ki, özümüzlə söhbət edə bilək. O dəyərli
hisslərdəm bizdə
nə qədər qaldığını aydınlaşdıraq.
Özümüzü, ancaq və
ancaq özümüzü
sorğu-sual edək.
Daha sonra başqa şəxslər və problemlər barədə danışmaq və sorğulamaq haqqı yarana bilər.
Nəsib bəy Yusifbəyli Cümhuriyyyət dönəmində
maarif, maliyyə, dini etiqad və
daxili işlər naziri vəzifələrində
çalışır. Dördüncü hökumətin isə baş naziri olur. Atasına yazdığı məktub hər kəsə məlumdur.
Ancaq bunu bilmək nəyisə dəyişdirirmi?
Tarixin
nadir səhifələrindən biridir. Baş nazir atasından
pul istəyir. Çünki müəllimlərə
maaş verə bilmək üçün nazirlər
əmək haqqı almır. Ata isə
oğluna deyir ki, uşaqlıqdan bütün ehtiyaclarını
qarşıladım. Xaricdə təhsil
aldın yenə məndən asılı oldun. İndi isə bir ölkənin baş nazirisən və yenə mən? Ata öz növbəsində
haqlıdır. Ancaq
düşünmək lazımdır:
Repressiya təkcə fiziki məhv etmə prosesi deyildi. Əqidənin məhvinə yönəlmişdi.
Fədakarlığın, paylaşma mədəniyyətinin
yerini şəxsi mənafe aldı. Şəxsi gəlir millətin mənafeyindən üstün
tutuldu. Nəsib bəylər hər
dövr üçün
nümunəyə çevrildi.
Onlara baxmaqla öz kimlik və mahiyyətimizi sözün
hər mənasında
görmək imkanı
yarandı. Nəsib bəy
fərdi, şəxsi
məsələlərdə də fədakar idi. O, Bakının işğalı zamanı
keçmiş həyat
yoldaşı Şəfiqə
xanımın yanına
gedir. Cibində olan son pulu masanın üstünə
qoyur. Şəfiqə xanımdan xahiş
edir ki, övladlarını qorusun.
Ancaq özü faciəvi şəkildə həyatla
vidalaşır. İndi, hürriyyətin
yüzüncü ilində
belə bir sual verirəm özümə. Əslində, bu sual tarix
və zamanın özündən doğur.
Bu əxlaq və
əqidədə olan
insanlar qalsa idi necə olardı?
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.29.