Karnaval
Geniş
dünya, böyük
həyat,
Ey kainat!
Sənin
yaşıl bir səhnəndi
Yer kürəsi.
Orda bəlkə eşidilir
İnsan səsi.
Burda hələ
karnavaldı.
Bu gün dünya
maskalanıb.
Üzü - özgə, içi laldı.
Bura qaynar bir bazardı,
Sathasatdı, alhaaldı.
Bu bazarda
Düzgün olmaq,
Üzgün olmaq
Bizə qaldı.
Yaradan yaxşı bilir ki,
Bizə bu ömür halaldı.
02.11.2018
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2018.-
3 noyabr.- S.3.