Ədəbiyyat məbədi

 

Təbiət insanlara sənət kimi dəyərli bir nəsnə bəxş edib. Əslində, insan təbiətdən ayrılandan sonra ilkinliyə, qayıdışa can atdığı üçün ədəbiyyatı kəşf edib.  İlk naturanı, təbiiliyi yenidən doğmaq üçün ədəbiyyat ən yaxşı vasitədir. Dünyanın, ananın təbiətin bədənindən sürgün edilən insanların, xüsusilə şair yazıçıların bədii əsərləri ədəbi cərəyanlar, manifestlər, estetik ideal bəyanatlar həmişə qadın cinsində olub. Ona görə belə düşünürəm ki, ədəbiyyat qadın kimi zəriflik gözəlliyi ifadə edir bu da çoxalır, artır. Mənim nəzərimdə ədəbiyyat üçün ən gözəl təşbeh qadındır.

Ədəbiyyat adamları isə kəşf edilən gözəl yenilikləri tədqiq təqdim etməklə  ciddi vəzifələri öz üzərlərinə götürüblər. Həmin qadıntək zərif çoxalma prosesi öz idrak formasını ədəbiyyatşünasların yaradıcılığında davam etdirir... Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatın məbədi missiyasını yerinə yetirir. Tarix zaman qədər zövqsüz amansız olsa da, ədəbiyyat adamları mərkəzdən qaçmayıblar. Ədəbiyyat İnstitutu 85 yaşındadır. Səksən beş il iki fərqli dövrə şahid olub. Ancaq ədəbiyyat adamları hər iki dövrdə fədakarcasına çalışıblar. Çağdaş ədəbiyyatşünaslıq tariximiz bu ədəbiyyat məbədinin üzvləri tərəfindən yaradılıb vahid, sistemli konsepsiya təşkil edib.

Sovet dövrü bu günə gəlib çıxmaq indiki anı dərk etmək  üçün mərhələdir.  O dövrə məxsus kütləvi, kollektiv şüur əqidədən ayrılan ədəbiyyat adamları isə filoloji məktəb yaradıblar. Hətta ən ritorik patetik üslublu alimlər belə hazırkı dövr üçün bir istinad, mənbə nəzəri-metodoloji baza rolunu oynayır. Müstəqillik illərində Ədəbiyyat İnstitutu daha konseptual sistemli çalışıb. İnstitutun fəaliyyət nəşrlərini kənardan izləyən bir şəxs kimi deyə bilərəm ki, orda çalışanlar, bölgülər, paralellər, şöbələr, mərkəzlər bütöv struktur mənim üçün məxsusi dəyər ifadə edir. Ona görə ki, yüksək texnologiya, istehlak, pul daha çox  gəlir vəd edən karyeranın aparıcı olduğu dövrdə  bütün qayğılara rəğmən ədəbiyyat fədailəri çalışır orda. Bu baxımdan həmin şəxslərə sayğı sevgi çoxdur. Hər hansı bir şəxsin adını qabartmaq bu yazı üçün mümkün deyil. Çünki ədəbi proses onun davamı institutun gənc yaşlı nəsil alimlərinin səy zəhməti ilə dəyər miqyas qazanır.

Mərkəzdənqaçma qanunu ədəbiyyatda aparıcıdır. Birincisi, ədəbiyyat adamı bir çox qayğılar məngənəsində ilişib qalır. İkincisi, ədəbiyyatı duymayan bilməyən adamlar ardıcıllıq konsepsiyanı pozur. Ədəbiyyat İnstitutu hər iki məsələnin həll olunmasında vacib zəruri əhəmiyyətə malikdir. Məişət qayğıları sosial-mədəni əlaqə ünsiyyət modeli ilə həll edilməyə çalışılır. Qeyri-dəqiqlik naşılıq isə professional təcrübəli ədəbiyyatçılar sayəsində azalır. Yaradıcı potensiallar üzə çıxır. Beləcə, mərkəzə qayıdış baş tutur.

İndi dünya ədəbiyyatı çağıdır. Artıq müqayisəli dünyanı maraqlandıran tədqiqatların zamanıdır. Ədəbiyyat İnstitutu bu missiya vizyonla maraqlı cazibə mərkəzinə çevrilir. Belə olduqda ədəbiyyatın ən zəruri sosial-kulturoloji fakt olması təkcə ədəbiyyatçılar tərəfindən dərk edilmir. Hər yaş baş qrupunun ehtiyacı kimi mənalanır. Milli ədəbiyyat öz qapalı çevrəsində hərəkət etmir. Daha geniş ünsiyyət inteqrasiya  imkanı əldə edir. Emosional intellekt ilə elmi-nəzəri metodlar birləşir. Ədəbiyyat təkcə ədəbiyyatçıların müqəddəs məbədi funksiyasını daşımaqdan çıxır. Oxucu, yazıçı ədəbiyyatşünaslar arasındakı ciddi əlaqə bədii mətnə olan maraq dairəsini artırır.

Ədəbiyyat İnstitutu 85 il əvvəl yaransa da, məbədin modern üslub dizaynı Mirzə Fətəlinin qələmi ilə formalaşdı. Xalq Cumhuriyyəti dövründə milli demokratik maya ilə yoğruldu. Həmin sağlam təməl Sovet dövründə öz saflığını qorumaq üçün mübarizə apardı. İtkilərə baxmayaraq, məbədin mahiyyət həqiqəti ədəbiyyatşünaslıq tariximizi yaratdı. Müstəqillik isə daxili xarici struktur estetikanı genişləndirdi. Hər kəs üçün meydan verdi. Bir əsrlik ədəbiyyatşünaslıq tarixinə nəzər salaraq yeni, faydalı gözəl olanı kəşf etmək imkanı yaratdı.

Ədəbiyyat məbədinin sakinlərinə sevgi sayğılarla...

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.23.