Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun 85 illiyi qeyd olunub

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

İştirakçılar əvvəlcə foyedə Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr edilmiş kitablarla tanış olublar.

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun 85 ildə keçdiyi şərəfli yola nəzər salıb, görkəmli alimlərin Azərbaycan ədəbiyyatşünaslıq elminə töhfələrindən, instituta rəhbərlik etmiş elm xadimlərindən söhbət açıb. Bildirib ki, Ədəbiyyat İnstitutu AMEA-nın Humanitar Elmlər bölməsinin aparıcı elmi tədqiqat müəssisələrindən biridir. Bu institut ədəbiyyatın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb.

Akademik Akif Əlizadə zamanın tələbləri ədəbiyyatın əsas vəzifələri haqqında danışaraq, bu istiqamətdə Ədəbiyyat İnstitutunun əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın elm adamlarına diqqət qayğısını xatırladan Akif Əlizadə hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun ölkəmizin elm tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, institut 1933-cü ilin martından SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin bazasında Ədəbiyyat sektoru kimi fəaliyyət göstərib. 1935-ci ildə həmin sektorun bazasında Dil Ədəbiyyat İnstitutu təşkil olunub. Azərbaycan SSR Elmlər Akademiyası 1945-ci ildə yaradılanda Dil Ədəbiyyat İnstitutu İctimai Elmlər bölməsinin tərkibində fəaliyyətini davam etdirib, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutuna çevrilib.

Akademik İ.Həbibbəyli qeyd edib ki, ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığın da özünəməxsus xidmətlərini önə çəkən alim azərbaycanşünaslıq elmləri sistemində Azərbaycan ədəbiyyatşünaslığının xüsusi çəkiyə malik olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti bildirib ki, institut ötən 85 il ərzində Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib, milli-mənəvi mədəniyyətin, folklorun, klassik müasir ədəbiyyatın, xarici ədəbiyyatın öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri təbliği sahəsində genişmiqyaslı tarixi işlər görüb.

Diqqətə çatdırılıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda formalaşaraq inkişaf edib. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

İsa Həbibbəyli bildirib ki, müstəqillik dövründə institutun fəaliyyətinin yeni mərhələsi başlanıb. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, fundamental tədqiqatlar Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Burada aparılan yeniləşmə dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən əsaslı şəkildə, ölkənin milli maraqlarına dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Rusiya EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru, professor İvan Saverçenko, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Yelka Traykova, Özbəkistan EA-nın həqiqi üzvi Naim Kərimov, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov İdarəetmə, Biznes Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tatarıstan EA Dil Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Kim Minnullin, Muxtar Auezov adına Qazaxıstan Ədəbiyyat İncəsənət İnstitutunun direktor müavini Almira Kaliyeva, Qırğızıstan EA Çingiz Aytmatov adına Qırğız Dil Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina İysayeva digərləri çıxış edərək 85 illik yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırıblar. Xarici qonaqlar, həmçinin Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın perspektivlərindən danışıblar.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ədəbiyyat İnstitutunun fəxri ad medallarla təltif olunmuş əməkdaşlarına mükafatlar təqdim edilib. Həmçinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonskiyə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianiyə Ədəbiyyat İnstitutunun fəxri doktoru adı verilib.

 

***

 

Eləcə yubiley tədbirləri çərçivəsində "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana, AYB Moskva bölməsinin sədri Abuzər Bağırova, Belarus EA Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru, professor İvan Saverçenkoya, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadambaya başqalarına ədəbiyyatşünaslıq elminin inkişafına göstərdiyi ardıcıl dəstəyə ədəbiyyat sahəsindəki xidmətlərinə görə "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Dostu" mükafatları təqdim edilib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.9.