Yuvadan düşər kimi düşdüm zamandan,

Qidam xatirə qırıntıları.

Yanımda kim vardısa  qeyb olub getdi,

sonra heç yerə varmayan bir yola çıxdım

Biz olmadığımız zaman həyat

                        ağlasığmaz ölçüdə uzun,

Monotonluğun da  öz ritmləri.

Gecəni səhərə bağlayan körpü çökmüş,

Bizə  keçid verməz qaranlıq.

Görünməzik, bir-birimizi

                        səsimizdən tanırıq

Narahat etməz bizi boşluğu sonsuzluğun...

 

***

 

Hara tələsir, gözləyəni yoxsa

Ordakı hər tərəfi ayrılıq kəsib,

Ordakı gurlayır dəqiqə dalğaları

Bütün xışıltı səs-küy

Yay  uçurumundan yüksəlir.

Hüznlü bağ xatirələri,

Son baharın  kaprizi, unudulmaq

Tanınmayan sığınacaq,

Soyuq yad kölgələri

Ürəyə keçid verməz

İçində belə bir üzüntü gizlənən.

Göy üzü yurdsuz buludlar içində

böyük bir qəlbin aynasında

günbatımı ümidsizcə  yanır.

Günəş işığının ətəklərində,

quş sürüsünün qarıltıları altında,

yazdan  geri qayıdırıq

cansıxıcı, amma  tanış cənnətimizə.

 

***

 

Bəlkə, heç kəsə gərək deyil bunlar

Bəlkə, başqasının sərinliyindən

                        daha yaxşıdır bu istilər.

Bəlli deyil kimə üçün bağırıram:

                                   gözləyin!

məhkum payız yarpaqları

                 yağışları nədən rahatsız?

Köləlikdəki kimi,

            yaydan həyatımızı alıb götürür

Bu  payızdır hüznlü yaşam işarəti.

Qürubda gün batışı içəridən qanıyır.

Payız-ayrılıq məbədi. Tənha müdhiş.

Siyahı anlamaq için bağışlama özünü

Ulduzlardı bu yanan.

            Yaydan qalan onlardı ancaq.

 

***

 

Keşikçi peşəsi yoxsul,

Ölü qəfəsdə yaşayır papuqaylar,

Təbəssümlə içərəm dibinə qədər

Mənim gündəlik tüpürülmüş cənnətimi.

Pəncərəmin arxasında murdar bir hava,

məni harayasa çəkmədə.

Qırılmış qədəhin dibindən

Kənara  axıb tökülür boşluq..

 

***

 

Tanınmaz ol. Qamçılayan yollar

Kim geri dönmür - bir ayrı ömür.

Gözləmə zalı həyat-insan  sıxlığı.

Erkən düşmədə ulduzu yazın

Bilinməz bir yerə yol gözləyirsən

Səbirlə, səbirlə özünü sına.

Külək vərəqləyər not dəftərini

Kiçik çocuk kimi quşlar ötüşər.

Bütün vağzallarda vida baxışı,

Atəşböcəyinə dönüb yenidən

Bir mükafat üçün irəli uçmaq.

 

Aleksandr Korotko

 

Tərcümə etdi:

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.15.