"Günümüzün
Güney Azərbaycan ədəbiyyatı
- Poeziya"
Fəranək Fərid
İPƏK
Fəranək xanım 1961-ci ildə Təbrizdə dünyaya göz açıb. İbtidai və
orta məktəbi Təbrizdə bitirib.
Ali təhsilini iki ixtisas üzrə
- laboratoriya elmləri
və ingilis dili dilmanclığı bölməsində başa
çatdırıb. 1985-ci
ildən etibarən ictimai-mədəni və qadın hüquqları sahələrində aktiv fəaliyyətə qoşulub.
Ədəbiyyatda şeir, nəsr,
tərcümə və
tənqid sahələrində
əsərləri ilə
öz parlaq səhifəsini yazıb.
1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında
"Ana" adlı şeiri
ilə birinci yeri tutub. 2004-cü ildən dərc olunmağa başlayan "Dilmanc"
jurnalında qadınlarla
bağlı özəl
sayların baş redaktoru vəzifəsində
işləyib. 2011-ci ilin sentyabrında Urmu gölünün qurudulması, nadir bir təbiət möcüzəsinin
məhv olmasına qarşı təşkil olunan nümayişdə iştiraka görə 42 gün zindanda qalıb. Daha sonra 100 milyon
tümən kəfil ödəyərək azadlığa
buraxılıb. İnqilab məhkəməsində
nizama qarşı əks təbliğat aparmaq ittihamı ilə məhkum edilib. Üç ay bir gün həbs,
bir milyon tümən nağd pul cəriməsi kəsilib… Bu günədək
qələmə aldığı
əsərlərdən oluşan
"Yuxuda ayılmaq"
və "Cızıq"
adlı iki şeir toplusu çap edilib.
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.32.