Füzulinin qəbirüstü abidəsi
Divan şeirində zirvələrə
yüksələn Füzuli,
türk ədəbiyyatı
tarixində müstəsna
bir yer tutur. Türkcəsinin gözəlliyi sayəsində
dildən-dilə, eldən
elə dolaşan şeirləri dönəmin
coğrafi məkanında
böyük ad, əks-səda
çıxarmışdı. Divanlarının əlyazmalarının üzü ən çox köçürülən
və yayılan şairlərin başında
Füzuli durmuşdur.
Keçən 20-ci yüzilliyə
qədər Füzulinin
divanını əzbər
bilən və onu bir hikmət
kitabı sayan yüzlərcə heyranı
və maraqlısı
görülmüşdür. Bütün bu özəllikdən dolayı Füzuli bütün dövrlərdə
Türklüyün yetişdirdiyi
ən böyük şairlərdən biri kimi qəbul edilmişdir.
Türkcənin ən lirik şairi
olan Füzuli Ərəb İraqında
doğulub, burada boya-başa çatmış,
ömrü boyunca İraq dışına çıxmamışdır. Doğum tarixi
bəlli olmayan Füzulinin Əhdiyə görə, Hicri 963
(M.1556) ilində taun xəstəliyindən vəfat
etdiyi qeyd edilmişdir. Süleyman Faik
Əfəndi məcmuəsində
verilən bilgilərə
görə şair Kərbəlada dəfn olunmuşdur.
Füzulinin məzarı Peyğəmbərimizin
nəvəsi Həzrət
Hüseynin türbəsinin
Qiblə qapısının
yaxınlığındakı türbədə idi. 1960-1970-ci illərdə Türkiyə
və İraq arasında imzalanan mədəni anlaşmaya görə, Türkiyə
Füzuliyə yaraşan
bir türbə tikəcək, İraq hökuməti isə bunun müqabilində ərəb şairi İmreül Kaysın Ankaradakı məzarını
qaydaya salacaqdı.
İmzalanmış protokola uyğun
olaraq 1970-ci ilin sentyabr ayında texniki məsələləri
dəqiqləşdirmək və proyekti hazırlamaq üçün
nümayəndə heyəti
Bağdada getmiş və görüşlər
keçirmiş. Ancaq daha
sonra deyilənləri
həyata keçirməyə
qəti addımlar atılmamışdır. Beləcə,
neçə-neçə illər
keçmiş məzar
proyekti barədə kimsənin xəbəri olmamışdır.
Füzulinin İmam Hüseyn məscidinin Qiblə qapısının yaxınlığındakı
türbəsi isə
1984-cü ilin payızında
"yol genişləndirmə"
səbəbindən bir
neçə dəqiqə
içində yerlə-yeksan
edilmişdi. Türbəni dağıtmazdan bir gün əvvəl
Füzulinin məzarı
açılmış, nəşi
(sümükləri) bir
qutuya yığılaraq
Sultaniyə Məscidinə
aparılmışdır. Daha sonra bu məscid
də sökülmüş
və Füzulinin qutu içindəki nəşini məscid idarəsinin gözətçisinin
yataq otağına qoymuşdular. Bu işlər
səssiz-sədasız cərəyan
edərkən bəzi
qəzetçilər Füzulinin
məzarının üzərində
salınan maşın
yolunun şəkillərini
yaydılar və ictimaiyyət buna ciddi reaksiya verdi.
Füzuliyə Sovetlər sahib çıxmaq
istədi. Sovetlər Birliyinin bir
cümhuriyyəti olan
Azərbaycanın milli
şairi qəbul edilən Füzulinin nəşinin Bakıya göndərilməsini istədi.
Bu səfər İraq hökuməti yanında Füzuli qiymətə mindi və ərəb şairi olmasa belə, Füzulinin iraqlı bir şair olmasından dolayı nəşinin dışarıya verilməyəcəyi
bildirildi. Beləcə, İraq bu tələbləri
qəbul etmədi.
Sovetlər Birliyi dağıldıqdan
sonra müstəqil bir dövlət olan Azərbaycan bu işi başlı-başına
buraxmadı. Bir neçə dəfə
İraqa heyətlər
göndərdi. Azərbaycanlıların istəyi ilə 17 sentyabr 1994-cü ildə Bağdadda "Füzuli Konqresi" toplandı.
Elçin Əfəndiyevin başçılığı ilə 128 nəfərdən
ibarət Azərbaycan
heyəti 3 gün sürən konqresdən sonra Füzulinin məzarı işini təkrar gündəmə
gətirdi. İraq
Kültür Bakanlığı
İmam Hüseynin türbəsini çevrələyən
Caminin (məscid) Qiblə girişindəki
"Əlyazmalar Odası"nı
uyğun gördü və Füzulinin nəşi orada gömüldü (bax: Murad Bardaqçı. "Hürriyyət" qəzeti, 23 dekabr 2001).
Füzulinin qəbirüstü abidəsi
Türk dünyasının ortaq şairi Füzuliyə məzar abidəsi məsələsi 1960-1970-ci illərdən
gündəmə gəlmişdir. Bu layihənin Türkiyə tərəfindən həyata
keçirilməsi, eyni
zamanda, iki qonşu ölkənin dostluq ilişkilərini daha da möhkəmləndirəcəyi
şübhəsizdir. Bu
düşüncələrlə İraq Türkman millət vəkilləri Füzulinin şanına yaraşan qəbirüstü
abidənin (mavzoley) yapılması barədə
Bağdaddakı səlahiyyətli
şəxslərlə danışıq
aparmışlar. Layihənin həyata
keçirilməsini onlar
da istəmişlər.
Beləliklə, qərar qəbul
edilmişdir ki, Füzulinin qəbirüstü
abidəsinin proyektini Fatih Sultan Mehmet Vakif Universitetinin Memarlıq və Layihə fakültəsi hazırlasın.
Qərara alındı ki, qəbirüstü abidə
Kərbəla şəhərinin
mərkəzində sıxlıq
olan yerdə deyil, açıq və asanlıqla ziyarəti mümkün olan bir yerdə
tikilsin. Səkkiz yüz metrlik
bir sahədə ucaldılacaq abidə üç ana bölümdən ibarət
nəzərdə tutulub.
Birinci bölümdə
Türbə səkkiz
bucaqlı, yarıqapalı
bir məkan olaraq düşünülmüşdür.
İkinci bölüm 20-25 nəfərlik
bir namazgah və bunu tamamlayan
səkkizbucaqlı fontandan
ibarətdir.
Üçüncü bölüm isə türbə, namazgah və fontanı da içində olan yığıncaq meydançasıdır.
Proyektin başlıca ünsürü
(elementi) səkkizbucaqlı
türbənin 5 tərəfinin
qapalı olmasıdır. Qapalı tərəflərdən
Qiblə tərəfdə
olanı pəncərəsiz,
digər 4 tərəf
isə pəncərəlidir.
Yığıncaq meydançasına baxan üç tərəf isə açıq buraxılmışdır. Bu açıqlıq
şairin məşhur
beytində dilə gətirdiyi:
Nə yanar kimsə mənə atəşi-dildən
özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri
yəni "könül
atəşindən başqa
kimsə mənə yanmaz, sabah rüzgarından
başqa da qapımı açan olmaz" sözlərindən
təsirlənərək türbə
qapısız və açıq nəzərdə
tutulmuşdur.
Yuxarıda verilən beyt də türbənin içində Qiblə divarının üzərində
yazılacaqdır.
Türbənin üst örtüsü dairə şəkilli günbəz yerinə səkkizbucaqlı geometrik
günbəz biçimində
planlaşdırılmışdır. Eyni ölçü
biçimi səkkizbucaqlı
fontan üçün
də nəzərdə
tutulmuşdur.
Türbənin tamamı betondan
heykəl kimi layihələndirilmiş, örtüyü,
divar və s. inşası eyni materialla nəzərdə
tutulub.
Türbənin ortasında şairin nəşinin saxlanacağı
simvolik məzar və başdaşı yer alacaq. Başdaşında Füzulinin haqqında məlumat veriləcək.
Türbənin ətrafı yaşıllaşdırılacaq.
Bu sadə abidənin
inşa olunması türkcə danışan
200 milyonluq Türk dünyasının ortaq diləyini əks etdirir. Xeyirlərə vəsilə olması
diləyilə bu abidə, eyni zamanda, barışın və qardaşlığın
simvolu sayılacaq.
Başda İraq və Türkiyə xalqları olmaqla, Füzuli sevgisinin bütün İslam dünyasının da könlünü birləşdirməsi
diləyilə...
Suphi Saatçı
Prof.Dr.
Ədəbiyyat qəzeti.- 2018.-
24 noyabr.- S.5.