"Səmərqənd Poeziya
Axşamları"
Türkdilli Gənclər
Konfransı başa çatdı
Özbəkistanın
tarixi və qədim mədəniyyət mərkəzlərindən
olan Səmərqənd şəhərində "Səmərqənd
Poeziya Axşamları" Türkdilli Gənclər
Konfransı baş tutub.
Azərbaycanı
tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və
Azərbaycan Yazıçılar Birliyinin üzvləri-
İntiqam Yaşar və Tural Turan təmsil edib.
İştirakçılar
üç gün ərzində qardaş ölkənin ədəbiyyat
sahəsində son bir ildə gördüyü işlərlə
tanış olublar.Özbəkistan Yazıçılar
Birliyində konfrans iştirakçıları və Özbəkistanın
gənc şairləri ilə görüş təşkil
edilib.
İştirakçılar
Səmərqəndlə yanaşı, paytaxt Daşkəndin gəzməli-görməli
yerlərini, tarixi abidələrini ziyarət etmək
imkanı əldə ediblər.Konfrans nümayəndələri
İmam Buxari türbəsi, Əmir Teymurun Məqbərəsi,
Registan kompleksi ilə tanışlığın onların
yaradıcılığında yeni Özbəkistan səhifəsi
açdığını söyləyiblər
“Səmərqənd
Poeziya Axşamları” Türkdilli Gənclər Konfransı
özbək memarlığının incisi sayılan Registanda
baş tutub.
Tədbirdən
sonra Daşkənddə Özbəkistan Yazıçılar
Birliyini ziyarət edən konfrans nümayəndələri
burada bir il ərzində görülən işlərlə
tanış olublar.
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.29.