Nəsimi festivalı

Zamandan yüksəkdə...  

 

Yaxın bir neçə ili Azərbaycan mədəni mühiti Nəsimi ab-havasında yaşayayır, desək, yanılmarıq. Çünki bu illər Nəsimiylə bağlı iki əlamətdar tarixi özündə birləşdirir. 2017-ci il Nəsiminin vəfatının 600 illiyi ilə bağlı həm ölkədə, həm beynalxalq miqyasda çoxsaylı tədbirlər həyata keçirildi, 2016-cı il YUNESKO səviyyəində Nəsimi ili elan olundu... İndi şairin dünyaya gəlməsinin 650 illiyi ilə bağlı tədbirlərə start verilib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı Mədəniyyət Nazirliyinin dəstəyi ilə 27-30 sentyabrda keçirilən beynalxalq "Nəsimi - şeir, sənət mənəviyyat festivalı" bu böyük tədbirlərin ilk mərhələsi idi...

Əlbəttə, Sovet dövründən qalma bir yubiley ənənəsi var ki, XX əsrin sonlarında, XXI əsrin əvvəllərində keçirilən bir çox böyük yubiley tədbirləri məhz bu model üzərində təşkil olunurdu... Yubilyarın yaradıcılığına həsr olunmuş elmi konfrans, yubiley kitabı,  təntənəli rəsmi tədbir, konsert sonda banket... Nadir hallarda bu modelə hansısa başqa elementlər əlavə olunurdu. Hamı bu modelə adət etmişdi düşünürdük ki, yubiley elə belə olmalıdır, bundan artıq ola bilər ki?    

Lakin Nəsimi festivalının hazırlanmasını keirilməsini müşahidə edəndə gözümüzün qarşısında artıq tamam fərqli mənzərə canlanır. Çünki bu, artıq bizim onilliklər boyu adət etdiyimiz yubileylər modeli deyildi, tam fərqli, kreativ, rəngarəng çoxplanlı bir tədbir idi... Ümumiyyətlə festivalın konsepsiyası tam fərqli idi. Burda məqsəd sadəcə sıradan bir "növbətçi yubiley" tədbiri keçirmək yox, şairin yaradıcılığının bir çox sənət sahələrində əks olunduğunu göstərmək Nəsimini məhz bu cür təbliğ etmək idi. məhz buna görə , festivalın demək olar ki, bütün tədbirlərində Heydər Əliyev Fondunun da, Mədəniyyət Nazirliyinin rəhbərliyi tam heyətlə iştirak edirdi.

"Zərrə mənəm-günəş mənəm" deyən şairin yaradıcılığı bu festivalda bütün incəsənət mədəniyyət sahələrinə, çoxsaylı yaradıcı insanların ruhuna işıq salan yeni-yeni maraqlı sənət nümunələrinin yaranmasına təkan verən bir Günəş timsalında təqdim olunurdu. Festival çərçivəsində dörd gün ərzində şairə həsr olunmuş bir neçə musiqili kompazisiya, muğam konsertləri, maraqlı təsviri sənət sərgiləri, elmi mühazilərələr, poeziya gecələri, kitab təqdimatları, sənədli filmlərin teatral kompazisiyaların nümayişi həyata keçirildi.

Festivala dəvət edilən çoxsaylı xarici qonaqlar Nəsimini həqiqətən Şərq mədəniyyətinin bir günəşi kimi tanıdılar.  Nəsimi poeziyasının bütün dinlərə, bütün əqidələrə ünvanlanması, hətta belə demək olarsa, bütün dünyavi əqidələrdən, fikir ayrılıqlarından yuxarıda dayanan bir "İnsan Eşq" idealını təbliğ etməsi onun müxtəlif xalqların nümayəndələri tərəfindən eyni dərəcədə sevilib qəbul edilməsinin başlıca amillərindəndir. Layihə çərçivəsində Azərbaycana dəvət olunan Qərb şərqşünaslarının mühazirələrində Nəsimi təfəkkürünün məhz bu aspektinin bu gün dünya üçün çox maraqlı olması faktı önə çəkilirdi...

Festival çərçivəsində Nəsimiyə həsr olunan "Söz" ədəbi müsabiqəsini , məncə, xüsusi qeyd etmək lazımdır. Çünki müsabiqənin rəhbəri Nigar Həsənzadənin səyləri nəticəsində müsabiqə çərçivəsində onlarla gənc şair Nəsimi yaradıcılığı yenidən gözdən keçirtdi, şairi yenidən tanımağa cəhd etdi   İmadəddin Nəsimiyə həsr olunmuş müxtəlif forma üslublu onlarla yeni şeirlər təqdim etdilər. Müsabiqənin təqdimatı Şamaxıda, mükafatlandırma mərasimi isə festivalın bağlanışında həyata keçirildi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qaliblərə mükafatları təqdim etdi.    

"Nəsimi - şeir, sənət mənəviyyat festivalı"  layihəsində keçirilən maraqlı tədbirlərindən biri Günel Rzayevanın təşkilatçılığı ilə Bakı Book Centerdə baş tutdu. Rafael Hüseynov, Səadət Şıxıyeva kimi böyük alimlərimizin mühazirələrindən sonra Poeziya gecəsi keçirildi ki, burada gənc şairlər Nəsimiyə həsr olunmuş şeirlərini təqdim etdilər. Poeziya gecəsinin ən maraqlı məqamı isə bu oldu ki, yeni çıxan şeirlər kitabının təqdimatıyla bağlı Bakı Book Centerə gələn Leyla Əliyeva da böyük həvəslə gənc şairlərin Poeziya gecəsinə qoşuldu Nəsimiyə həsr etdiyi yeni şeirlərini oxudu...   

Ümumiyyətlə, festivalın bütün maraqlı fərqli tərəfləri haqqında yazmaq, bütün məziyyətlərini bir yazıya sığışdırmaq çox çətin olar. Lakin bir məqam çox önəmlidir - bu cür tədbirlər müasir dövrümüzdə artıq klassik ədəbiyyatımıza tam yeni kreativ baxışın formalaşdığını göstərir. öz klassik milli mədəniyyətimizi müasir insanlara, ələlxüsus da gənc nəsillərə daha yaxşı tanıtdırmaq, ən əsas da sevdirməyin ən düzgün yolu budur. Zənnimcə, bu festivalın strukturu, modeli gələcəkdə bu cür tədbirlərin keçirilməsi üçün bir etalon rolunu oynaya bilər. Əlbəttə ki, hər dəfə bu tipli yeni layihədə daha hansısa yeni elementlər əlavə olunacaq, hansısa yeni tapıntılar meydana çıxacaq...

Ən əsası isə budur -  minilliklər tarixi olan klassik milli mədəniyyətimizi müasir dövrdə müasir vastiələr üsullarla təbliğ etmək, milli mədəniyyəti göz bəbəyi kimi qoruyub saxlamaq şərtiylə dünyaya inteqrasiya eləmək, müasir dünya mədəniyyətinin içinə daxil olmaq, dünya mədəniyyətilə vəhdətə nail olmaq. Amma başqası kimi yox, məhz özümüz kimi, özümüz olmaq şərtiylə... Çünki qloballaşma dövründə xalqların milli varlığını, bütövlüyünü qoruyub saxlamaq üçün əldə ən əsas ən vacib silah milli mədəniyyətdir.

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.2.