Hərəmiz bir Mələk
olaq...
Evimin damı qocalıb
Damımdan göz yaşı damır.
Gözlərimdən ürəyimə
Bir payız
yağışı damır.
Nəqarət:
Nə qədər ki, vaxt var hələ
Hamımız verək əl-ələ
Bu dünyaya kömək
olaq.
Hərəmiz bir Mələk olaq.
Qaçqın-köçkün, ağlar-sızlar.
At oynadır Allahsızlar.
Əriyir
göydə ulduzlar
Yerə göyün daşı damır.
Nəqarət:
Nə qədər ki, vaxt var hələ
Hamımız verək əl-ələ
Bu dünyaya kömək
olaq.
Hərəmiz bir Mələk olaq.
Gül əkmişdi,
biz bitmişik.
Yol azmışıq,
biz itmişik.
Allahı
bərk incitmişik
Qəzəbi-qarğışı damır.
Nəqarət:
Nə qədər ki, vaxt var hələ
Hamımız verək əl-ələ
Bu dünyaya kömək olaq,
Hərəmiz bir Mələk olaq.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.3.