"Nəsimi - şeir, sənət və mənəviyyat festivalı" çərçivəsində
keçirilən "Söz"
ədəbi layihəsinin
diplomantlarının və
Bakı Book Centerdə
keçirilən Poeziya
gecəsində iştirak
edən gənc şairlərin Nəsimiyə
həsr olunmuş şeirlərindən bəzi
nümunələri təqdim
edirik...
Mehman Rəsulov
Mən dərimdən uçmuşam,
Soxulcan vücudundan,
Uçan kəpənək kimi.
Qəzəl doğub qanayan
Hamilə ürək kimi.
Məkan
yox sığacağım
Gecə qəhət yatmağa.
Bir Nəsimi gərəkdir
Tənhalıq dağıtmağa.
Bir Nəsimi əsməli
Kəlmələr arasından.
Gecəyə yas tutmalı
Şair göz qarasından.
Bir Nəsimi əsməli
Ağrımaz bədənimə.
Mən bəşərə gərəyəm
Bəşərsə dərdlərimə.
Soyduğunuz dərimi
Oda atın,
alışsın.
Zərrələrim tüstüylə
Küləklərə qarışsın.
Nəsimi
çağa səsi
Nəsimi son nəfəsdi.
Günahkar ruhumuza
Vücudumuz qəfəsdi...
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.3.