"Nəsimi - şeir,
sənət və mənəviyyat festivalı"
çərçivəsində keçirilən "Söz"
ədəbi layihəsinin
diplomantlarının və
Bakı Book Centerdə
keçirilən Poeziya
gecəsində iştirak
edən gənc şairlərin Nəsimiyə
həsr olunmuş şeirlərindən bəzi
nümunələri təqdim
edirik...
Kamal Hüseynzadə
Nəsimiyə nəzirə
Bağrımnı dəlür navəki-hicrani-filani,
Qanımı tökər sehr ilə çeşmani-filani.
Nəsimi
Ürkək baxışın odlasa
da canı, filanı,
Bənzətmərəm əsla sənə ceyranı, filanı.
Səndən söz açan
kəs sənə təşbeh tapa bilməz,
Şer aləminin
olsa da sultanı,
filanı.
Mən düz baxıram, sən necə varsan, elə görsən,
Görsəm kor olum səndəki
nöqsanı, filanı.
Sən qeyri-müsəlman belə
olsan mənə xoşdur,
Eşq hərləmir
onsuz da müsəlmanı, filanı.
Sevdim səni, eşqim mənə Allahı tanıtdı,
Vallah, oxumaqla
deyil irfanı, filanı.
Sənsən səbəbi göz
yaşımın, ey gözü yaşlım,
Mən yoxsa yaxın qoymaram hicranı, filanı.
Pis-yaxşı, Kamal, qəlb evim abad olub,
amma,
Zövqümcə deyil, təmiri, səhmanı, filanı.
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.3.