Deyimlər...Duyumlar...
Bir bülbül ömrünü
vursam da başa,
Bir bülbül nəğməsi
oxumamışam!
***
"Eşq"
sözündə səhv
elədi makinaçı,
- Sən birinci deyilsən ki, - dedim - bacı!
***
Kəndimizə yollanardım quş
qanadında,
Vardı çəkən həsrətimi
ana adında.
Ana
Başını qaldırıb üzümə
baxdı,
Gözümü gizlədim... ağlayacaqdı.
***
Gecələr yuxuda görürəm
yarı,
Mənsiz də ötüşmür
yar yuxuları.
***
Bu çöllərin yaraşığı
- yam-yaşıl oba...
Bir də qoyun, bir də
quzu, bir də xan çoban.
Ana gözləri
Üzüldü qaldı -
Bir cüt xəyaldı...
***
Qadın
- əllərindən... qız
- ürəyindən...
Qocalıq deyil ki, saçındakı dən!
***
Arı yuvası -
Xəyal
dünyası...
***
- Çalış-çarpış, nə fayda, ömür qalır yarıda!..
- Kəpənək də fırlanır gül başına, arı da!..
Rəsul Rzanın xatirəsinə
Söz-söz, misra-misra yanıb
töküldü,
Çay kimi kükrədi, gül kimi öldü.
***
Bacım Kifayətin xatirəsinə
O qəlbi saf, eşqi dərin bir gözəldi,
Gözəlliyi bədr olmamış, gözə gəldi.
***
İki sözlə bir lövhə çək -
Bənövşədə belədi ləçək.
***
Ürək olub bir gözəlin əsiri,
Nə dostu var, nə həmdəmi,
nə sirri.
***
Çalışsam da görməyirəm xeyrin-barın,
Səməd Vurğun olmaq olmur, balalarım!
***
Qoymayır məni gözündən
yana,
Yardımı bu qız, yoxsa
ki, ana?!
***
Kəhərimin iz saldığı
yollar uyuyur,
Hayandasa xatirəmi göz yaşı yuyur.
***
Misralarım qəlbimin oğlu-qızıdı,
Şeirlərim arzumun yaş kağızıdı.
***
Özündən müştəbeh adam görəndə,
Bir rəğbət oyanır
özümə məndə!
***
Ağacın böhranı - çiçək,
çiçəyin böhranı
- bardı,
Eşqim qəlbimin böhranı, barını illər apardı.
***
Bir az ötkəm
oldun, qeylü-qalın
var,
Bir az yazıq
oldun, sataşacaqlar.
***
Astaca sancdılar, yandı... bağırdı...
Dedilər: - Məlumdu, günahı
vardır!
***
Bu balaca yanğılar xislətindi,
Bu yanğıyla şair
olmaq çətindi.
Oğlum Anara
Yarı
bələkdə -
Bir güldü
ləkdə.
Professor
Rizvan Piriyevin xatirəsinə
Bir tikə çörəyi
beş yerə
bölər,
Bir tikə
sevincə sevinə bilər.
***
Açılan səhər - bar-bəhərindi,
Tale - əllərin, bəxt
- hünərindi.
Məhəbbət
O ağac deyil ki, qala barından,
Asıla qış boyu budaqlarından.
Ustadım Məmməd İsmayıla
Taleyi ömrünə qəmmi arıdıb,
Gülüşü elə bil göz yaşlarıdı!
***
Yaza bilməyəndə sığındım
qəmə,
Yazdım...
sığınmadım elə-aləmə!
***
- Yaman günlərin ömrü az...
- Ömürdən ki, uzun olmaz!
***
Sözünə qul olub dünyanı gəzdi,
Canına getsəydin, əsirgəməzdi.
Hicran
Bir ay da getdi -
"Ax-vay"da getdi.
Vüsal
Günlərin ömrü qardandı,
Arzularım bahardandı.
***
Budağa
sığına bir bala sərçə,
Ötə... dinləyəsən sübh-səhərəcən.
***
Bir zəmi də bir dəndi,
Bir gün də ömürdəndi.
***
Zaman -
An...
***
Qar yağıb qaşa, bax!
Yaşa
bax, başa bax!
***
Yol ver yoldaşa,
Yol tut, yollaşaq.
Müəllimim
Budaq Budaqova
Könlü-gözü arzuma, eşqimə açılan
dan,
Yeridiyi yer belə inciməyibdir ondan.
İlk kitabını görməyən
Məşədi İsmayılın xatirəsinə
O arzuydu, o taledi ömrün qaynağı,
Kimsə şirin təsəlliydi, kimsə göz dağı.
***
Qucağa
öyrətmə oğulu,
Qarışıqdır ömür yolu.
***
Dərələrdə sel daranır, təpələrdə
al günəş,
Ömür - payız, payız
-həzin,
həzinlik - xəyal günəş...
***
Bu yellər bir yel deyil, son baharın payıdır,
Bu günlər bir gün deyil,
qəmə dönüb
qayıdır.
Qardaşım Tofiqin xatirəsinə
Sən məndən böyükdün
boyda-buxunda,
Mən kiçik
qardaşdım sənə
baxanda.
Avtoportret
Oğlum
oldu - təkrarım var,
ömrüm artdı dünyada;
Ölüm nədi, itim nədi -
düşməyəcək day yada!
Oğluma
Tale gün sınıb adına;
Ata sığınıb adına.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.15.