Firuzə Məmmədlinin “Seçilmiş

əsərləri”nin IX cildi çapdan çıxıb

 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Firuzə Məmmədlinin külliyyatının “Seçilmiş əsərləri” seriyasından növbəti, IX cildi çapdan çıxıb.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, şairin son illərdə yazdığı şeirlərlə yanaşı, sovet ədəbi senzurası tərəfindən, daha sonralar isə müxtəlif səbəblərdən nəşr olunmayan poetik nümunələri də nəşrə daxil edilib.

Kitabda insan, zaman, kainatla bağlı maraqlı fikirlər tərənnüm olunur. Şairin oxunaqlı dili, rəvan təbi və ədəbi poetik nəfəsi həmişə olduğu kimi yenə də oxucunu cəlb edir. Bundan əvvəlki cildlərdə olduğu kimi nəşrdə insan və mühit, zahir və batin, maddiyyat və mənəviyyat, poeziyanın estetik qatlarında fikrin yüksək bədii ifadə tərzi öz əksini tapır.

Kitabda müəllifin yeni şeirlərinin böyük bir qismi ilk dəfə çap olunur.

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.7.