Çingiz xanın buludu

İranda nəşr olunub

 

İran İslam Respublikasında Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” povesti Azərbaycan dilində nəşr edilib.“Parlaq qələm” nəşriyyatı tətrəfindən 1000 tirajla nəşr edilmiş kitabı ərəb əlifbası ilə çapa hazırlayan Bəhram Sürgündür.

Əsərin tərcüməçisi Məti Osmanoğlu bildirib ki, bundan əvvəl İranda Çingiz Aytmatovun “Cəmilə”, “Ana tarla” və “Dəniz kənarıyla qaçan alabaş” əsərləri nəşr edilib: “Çingiz Aytmatovun mənim tərcümə etdiyim “Çingiz xanın ağ buludu” povestinin də İranda nəşr edilərək Güney Azərbaycandakı oxuculara təqdim olunması xoş bir hadisə oldu. Son vaxtlar Bəhram Sürgün tərəfindən Azərbaycan Respublikasında nəşr edilmiş populyar kitabların, xüsusilə tərcümə əsərlərinin ərəb əlifbasında güneyli soydaşlarımıza çatdırılması çox mühüm hadisədir. Bu, Azərbaycan ədəbi dilinin bütövləşməsi baxımından çox faydalıdır və inanıram ki, gələcəkdə daha geniş vüsət qazanacaq”.

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.17.