Ölümün qohumu
Artıq
nə yaşayıram,
nə də öldüm
otun diliylə öyrənirəm
qarşı çıxmağı.
iki dəfə öləcəyəm kaş
ki ölüm də
mənimlə ölsə
-
Ən uzun röyam mənim.
Qohumu olmaq ölümün dünyada
hələ tezdi, sevgilim.
Qorxunc oyun
Düşüncələrin onları ən qaba
qüvvətlə qavradıqları
dönən güclü
duyğuların
yüksəklərə fırlatdığı
daha sonra sirli dərinliklərdə
onları əzdikləri
yerdə
bu qorxunc oyunda ortaya çıxar
şeir.
Sonsuz gözləyiş
Döşəməli yanlızlığımda
bir nəğmə
kimi doğularam
qaralmış aynanı
buxarla örtər səs
Surətim çıxar ortaya
- baxaram
Aya
işıq ağlımı
acıtıncaya qədər...
Kölgələrimiz böyümədiyi zaman
Qədəm basmalısan eşqə
Günəş kimi: geri dönmədən
oxşamalısan
titrəyən kövrək
bədənini
dalğaları kimi dənizin
bir divar hörər qərarsızlığın
qəlblərimiz arasında
sevə bilirəm səni
yalnızca ağlayan
göyün altında
kölgələrimiz böyümədiyi
zaman...
Sizif xəyanət etdi
Alnımda tər damlaları
tumurcuq verir inadçılıq
başdan başlamağı
neçə dəfə
dilədim
tumurcuqlanan atəşli
bir əllə
qovğa edəcəyəm
daşla
dərimin altında
işıq axır
Əzilməm önəmli deyil
bu axmaq şöhrətdən qurtarmaq
üçün
harda o qaya,
o dağ harada?
Şair öldü
Şeytani dairəsi xurafənin
dalğın nəzəriyyəsi
çox uzun zaman öncə öldü şair
ölümündən öncə
etibarlı və şifrəli
tək-tək hər sözcüyü
yalnızca qəlbləri
zəhərlədi
önünü kəsdi
mesajın
yüksəldərək bir heykəli
bədbəxt xoşbəxtliyə.
On bir
Heçlik
oturur masamızda
gözlər məni
gözlər səni
Gözləmərik biz əsla
Bir-birimizi.
İyirmi
Qaralmış
göydə
yalnızca dəliklərdir
sözcüklər
işarətlər mənalarını
itirər
bir başlanğıc
olacaq sonda...
İyirmi doqquz
Çöl öyrətdi mənə
Səbrilə yağışı gözləməyi
altında qumu
ayrıtmağa başlar
səssizcə.
Otuz üç
Aldatmaq istədin
özünü
döndüyündə
ayna belə tanımadı səni..
Qırx səkkiz
Şəhər çalır
gəcənin zəngini
sıxışdırılmış quşlar
beton qəfəslərdə
umidsizcə çırpırlar
qanadlarını
pəncərə kənarında
yığılan
hisi süpürmək
için...
Qordion düyümü
Lənət
olsun tələsikliyə
gec
qaldım hər yerə
Müşahidə
edirəm sirləri
Mən
özüm Qordi düyünü
izn verirəm
qafamın yerə düşüb açılmasına
hər
kim baxarsa məni görsün deyə
Əgər
Tanrı sevirsə məni
nədən məni
bağışlamalı?
Atilla Balaj
Tərcümə etdi: Məmməd
İSMAYIL
Ədəbiyyat qəzeti.- 2018.- 13
oktyabr.- S.25.