Sabir Bəşirovun xatirəsinə...
İstedadlı alim, müəllim Sabir Bəşirovun ölüm xəbəri məni çox kədərləndirdi.
Sabirlə qiyabi tanış
olmuşduq. Səksəninci illərin sonunda
Yazıçılar İttifaqına
mənim adıma bir paket gəlmişdi.
Tanımadığım bir müəllifin
mənim barəmdə
monoqrafiyasının əlyazması
idi. Oxudum və şit tərifsiz, mübaliğəsiz
sırf peşəkar
təhlilin səviyyəsindən
çox razı qaldım. Müəllifə təşəkkür məktubu yazdım. Bir neçə il sonra
isə Sabirin özüylə tanış
olduq.
1994-cü ildə öz
hesabına "Anar"
adlı monoqrafiyasını
Bakıda nəşr etdirmişdi. Bu nəşr
mənimçün çox
əzizdi bir də ona görə
ki, haqqımda yazılmış və çap olunmuş ilk kitab idi. Şəxsən tanış
olduqdan sonra Sabirin savadı, təvazökarlığı və
təmənnasız ədəbi
fədakarlığı ona
rəğbətimi və
hörmətimi daha da artırdı.
Sabir 1956-cı ildə
Yardımlının Peştəsər
kəndində dünyaya
gəlib. Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində
unudulmaz dostumuz, tənqidçi Arif Əmrahoğluyla bir kursda təhsil alıb. Dissertasiya müdafiə edərək
Filologiya Elmləri namizədi olmuşdu.
Bakıda Sabir Rüstəmxanlı
haqqında, Əlabbas
haqqında monoqrafiyaları,
"60-cı illər nəsrinin
etik problemləri"
adlı kitabı nəşr edilmişdi.
Beynəlxalq Rəsul Rza
mükafatına layiq görülmüşdü və...
ömrünün sonuna
qədər doğulduğu
Peştəsər kəndində
orta məktəb müəllimi kimi işlədi. Halbuki Bakıya
gəlib daha yüksək elmi mənsəblərə çata
bilərdi. Sabirin bu
davranışı mənə
zərdabilərin, mirzə
cəlillərin, böyük
adaşı mirzə ələkbərlərin kiçik
əyalət şəhərlərində,
qəsəbələrdə, ucqar kəndlərdə maarif işığını
yaşatmalarını xatırladırdı.
Sabir bütün
varlığıyla ədəbiyyata
bağlı idi, həyatını həqiqi
ədəbi dəyərlərin
təbliğinə və
təhlilinə həsr
etmişdi və ömrünün sonuna qədər şərəfli
kənd müəllimi
adını layiqlə
daşıyaraq dünyasını
dəyişdi.
Allah Sabir Bəşirova
qəni-qəni rəhmət
eləsin.
ANAR
18 oktyabr 2018
Ədəbiyyat qəzeti.- 2018.-
20 oktyabr.- S.11.