Dünya
"SÖZ" gözəlinin nazını
çəkmək" (Füzuli)
yalnız istedadlı adamlara qismət olan bir səadətdir. Həqiqi şeir
bəstələnməmiş nəğmədir. "Söz yaradanın mədhi-sənası, nəğməsidir".
"Sözə xor baxmaq olmaz, hər
söz // Ərşdəndir
gəlib hədiyyə
bizə" (Füzuli).
Mən həmişə demişəm;
ədəbiyyatında Füzuli
olan xalqın şairi olmaq çətindir. Şair
dostum Ramiz Məmmədzadə deyir:
"Bir var şairlər, bir də var şeiryazanlar".
Bizdə
şeir yazan çoxdur, şair isə tək-tük.
Şeiryazanlar SÖZ əzabını yaşamır, dülgər
taxta ilə məşğul olduğu
kimi onlar da sözlə predmet kimi məşğul
olurlar. Mən şair deyiləm,
bəlkə də şeiryazanlardan biriyəm.
Fəqət, hələ böyüməmiş
bu çocuqları
SÖZ işığına, ədəbiyyat ab-havasına
çıxarmağa cəsarət
etdim. SÖZ aşiqlərinə
dərin hörmətlə
Nizaməddin Şəmsizadə...
Dünya
Mən o mən
deyiləm, dinlə, əzizim,
Məni məndən alıb apardı dünya.
Bir zaman bağçamda güllər
əkərdim,
Gülümü köksümdən qopardı
dünya.
Arzular qoşmuşdum,
arzu dalınca,
Şəklimi qoymuşdun sən də balınca.
Dönüb rüzigara,
iti qılınca,
Başımı bədəndən apardı
dünya.
Qoşa çinar
idik, gənclik çağında,
Boy atıb bitmişdik cənnət bağında...
Günəş gülümsərdi
al yanağında,
Ömrü minib sürən çapardı dünya.
Axır ürəyimdə
duyğular seli,
Şöhrətim, nüfuzum
bürüyüb eli.
İllər yavaş-yavaş
qatlayıb beli,
Məni bir də hardan
tapardı dünya?
Gör necə
şahlardan neçə
tac aldı,
Ömrümü günümü
məndən bac aldı.
Məni qocaltdıqca
özü qocaldı
Bir tabuta qoyub apardı
dünya.
İlahi, əlimdən
alma dünyamı
Qoy yansın hələlik ömrümün
şamı.
Bilmədi cavanam, ya qocayammı,
Məni bu dünyadan apardı dünya.
Avqust bayatıları
Dedin: - Söylə bayatı,
Dedim: - Qalıb boyatı,
Əlimi saza atdım,
Kişnədi türkün atı.
Əlimdə sazım
telli,
Sevgilim incə belli.
Bir öpüş almaq üçün
Çıxardım ilan dili.
Saçları sinə
üstə,
Qulacı dəstə-dəstə.
Mənə bir busə verdi,
Dərdindən düşdüm xəstə.
Həsrətim vuruşur
xatirələrdə
Susub telefonun özündən əvvəl,
Çoxdandı əlimə dəyməyib
əlin.
Həsrətim vuruşur
xatirələrdə,
Nağıla bənzəyir ötən
günlərim.
Saçlarına düzə
bilmədiyimdən
Vaxtından çox qabaq solub güllərim.
Söyüdlər yenə
də başını
əyib,
Amma ki, əlinə dəymir əllərim.
Çoxdan unutmuşam
nizim sözünü,
Gülüm də güllərlə bərabər solub.
On birdən on birə çəkən günümüz
İndi intizarla, həsrətlə
dolub.
Xəyallarla yüklü
tənha bir qayıq,
Üzür xatirələr okeanında.
Gecələr yuxuma girirsən yaman,
Yenə danışmırsan
adam yanında.
Qəmli gözlərinə
baxıb susuram
Tez yadıma düşür Leylinin sözü.
Özgə əlindədir
bilirəm məhar,
Həsrətlə qapanır könlümün
gözü.
Bəlkə utanırsan qocalığımdan?
Bəlkə çəkinirsən ucalığımdan?
Sənə ev qurmuşam xatirələrdə,
Mənə boy verməyən bu yad şəhərdə.
Əzəldən tufana düşdü güllərin,
Orda-burda keçdi gözəl günlərin.
Kimlərə qismətdir
bilmirəm nəyin,
Mənə kifayətdir xatirələrin.
Xəyal bağçasında
əkmişəm səni,
Xatirə bağıdır gülün
məskəni.
Allaha əmanət
qoyub gedərəm
Bir gün bu dünyadan
aparsa məni.
Yaman
Yaman udub yaxşını,
Pozub gözəl naxışını
İgidlərin baxışını
Yenə çən-duman
alıb,
Dünyanı yaman alıb.
Ümid yoxdu gümana,
Güman quldu yamana.
Üz tutsan da ha yana
O yan viran olubdu,
Yaman onu udubdu.
Yaxşı-yaman içində
Buğda saman içində
Güllər tikan içində
Təslim olub yamana
Dəyişibdi zamana.
***
Səndən ayrılmağın
çarəsi ölüm,
İzin ver yenidən qoynuna dönüm.
Özünə qaytarım
məhəbbətini,
Yaşayaq ilahi səadətini.
Şəkərə xitab
Dahi filosofların
Qalın kitablarını
Oxumaq istəyirəm
-
Gözüm qoymayır.
Gözümün qarşısında
Əqrəb oynayır.
Göz yaşım
Yanağımla sürüşür,
Kitab əlimdən düşür.
Neçənci kərə
Lənət oxuyuram
Andır şəkərə.
Fikirlərim dağılır
Laxtalanmış qan kimi,
Qüssədən dartılır
Qəlbimin sarı simi.
Oxunur sonuncu
Ömür nəğməsi,
Gedir həyat həvəsi.
Gəlir ölüm
nəfəsi
Bir də ki, Əzrailin
"Gəl gedək" kəlməsi...
Tərsinəmi axır
çayların suyu
Yaman kədərliyəm
yenə bu axşam,
Titrəyir əlimdə ömür adlı şam.
Uçur xəyalımda
ölüm qorxusu,
Gəlir pəncərədən halva qoxusu.
Nə tez dəyişildi sevginin donu?
İlğım tək görünür ömrümün sonu.
Nə tez cılızlaşdı böyük
arzular,
Tərsinəmi axır
çaylarda sular ?!
Ağlayıram
Ayaqlarım şişib,
bir daş,
Üstündə qurmuşam bardaş.
Gözlərimdən axır
qan-yaş
Öz ömrümə ağlayıram.
Günlər keçib
gedir hədər,
Can sirdaşım
olub kədər.
Dua edib axam-səhər
Allaha bel bağlayıram.
Adamların üzü
bir daş
Xain çıxıbdı
dost, sirdaş
Qapımı döyməyir
qardaş
Dünyaya kin saxlayıram.
Daha qalmayıb səbrim,
Harada qazılıb
qəbrim?
Yerini nişan ver, Allah!
Tez gedib içinə girim.
İsrafil sur çalanda
Avazla oxunan
"Yasin"in hər kəlməsi
Süzülür sevgilinin
Nəmli kirpiklərindən,
Ah çəkirəm
dərindən
Allahın təbəssümü
işıq salır
qəlbimə.
Ruhum qüdrət verir
dünyaya divan tutan
dözümümə, səbrimə
Uzanıram tabuta
Nuhun gəmisi kimi
Gəmi üzür
dalanda
Gedirəm o dünyaya
-
Bir də qayıtmaq üçün
İsrafil sur çalanda.
Qocalıram
İllər ötür
yavaş-yavaş,
Yaş üstünə
qalanır yaş,
Tökülür diş,
ağarır baş
Nüfuz artır,
ucalıram
Vaxt yetişir, qocalıram.
Artır ürəyimin
qəmi,
Gedir sevgilərin dəmi.
Toplu görürəm
aləmi
Hamıdan dala qalıram
Gündən-günə qocalıram.
Yuxum çəkilibdi
ərşə
Bir qulp qoyuram hər işə
Giley edirəm gərdişə
Tez-tez xəyala
dalıram,
Baba olub qocalıram.
Yuxu
Ölülər dəstə-dəstə
Gəlirlər qəbrim üstə.
Ağızlarında dua
Boğazlarında hava.
Biri baş əyib keçir,
Biri söz deyib keçir.
Biri bərəldir gözün
Biri gizlədir üzün.
Anamın qaş-qabağı,
Şirin sözlər deyirəm.
Eşitməyir qulağı,
Əyilib əzizləyir
Bir sarışın uşağı.
İyulsuz yay
Şair dostum
Ramiz Məmmədzadəyə
Bir qəribə yay idi
On yeddinin
yayı.
Yox idi orta ayı
Günlər tələsərək
Alov kimi axırdı.
Günəş qəzəblə bizi
Yandırırdı-yaxırdı.
İyulsuz bir yay idi
Kimsə qəzəbləndirib
Bu il gələn yayı
Düşüb itmişdi yaydan
Ən isti
iyul ayı.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2018.-20 oktyabr.- S.19.