Bir gün gəlsən
yoxam
1976-cı ildə
Zəncanın Ağbulaq
kəndində dünyaya
göz açıb. Hazırda
Qum şəhərinin Elmi
hövzəsində fiqh
və fəlsəfə
üzrə təhsil alan Heydər
Bayat 2000-ci ildən ədəbiyyat sahəsində
elmi fəaliyyətə
başlayıb. O, 2003-cü ildə Qum şəhərində
"Türk Ədəbiyyatı
Otağı" adlı
mərkəz yaradıb.
Tanınmış yazar həmçinin
"Pəyam-i Qum" həftəlik
dərginin türkcə
bölümünün təsisçisidir.
O taylı-bu taylı Azərbaycanın
ünlü şairi dərin fəlsəfi məzmunlu şeirlərin,
bir çox məqalənin, həmçinin
türk dilində
"Alma yolu" adlı
şeir toplusunun və fars dilində
"İki ayna arasında alma" kitabının müəllifidir.
Bir gün gəlsən yoxam
Bir gün gəlsən, yoxam.
Sənə,
mənə,
hətta anamla Tanrıya
bağlı olmayan bir yoxluq.
Adəm, doğma
yurdu kimi
qonacaq üstümə
quş yumurtasına
qonar kimi.
Bir gün gəlsən,
mətnlərdə deyil,
hətta haşiyələrdə,
hətta ətək
yazılarında,
hətta kitabların
arasında
düşüb qalan cırıq kağızlarda,
qurumuş çiçəklərdə,
hətta pəncərədən
calanan işıqda
arama məni.
Bir gün gəlsən yoxam,
amma sən
yoxluğu yaxşı
tanırsan.
Gözlərini yumduğun
yerdən başlanır
gözlərinin baxmadığı
yerdən
vücudun yox bölümü...
***
Bir gun gəlməsən,
gəlmə də.
Payız ürəyindən
şərab çək
yoxluğumu içməyə
xəzəllərin əncmadində
dondur anılarımı,
tapşır Qafqaz dağlarının hərəzlərinə.
Köçərilərin yolda ölən cənazələri
kimi,
qar altında
quylansın anılarım
Gunəşin bəsirətindən
uzaq...
***
Yox olsam da,
bir yerlərdə
qalıram.
Sənin anılarında
sən varkən
mən varam
və acı budur...
Qarğanı duymaq
Fəlsəfə sona yetdi,
qarğa qanadlanırdı
zili.
Əsfar kitabının
üstündə
Kəhəkdən daha oyanlıq bir çayda
nə Bəlxə
baxdı,
nə Söhrəvərdə,
qar, qar, qar!
Nə daşlara
bir söz dedi,
nə kollara...
hamısı da eşitdilər,
mən də...
mən fikrə
getdim, qarğa nə deyir?
Daş, daş
idi,
kol, kol,
amma mən
mən deyildim...
bəzənmiş duyğumda
yerin
boş görünürkən
duyğum gücənməkdəydi
qarğanı duymağa.
Yalançılar
Uşaqlıqda
Ay əllərimi
aldatdı...
Cavanlıqda
Sən ürəyimi
aldatdın...
Həyətdə,
İndi baxıram
Yol ayaqlarımı
aldadıb
Küçədə...
Yenə də dilək
Çıxmaq üçün
endik
Olduğumuz zirvələrdən.
Qanadı verdilər
sənə,
Uçmaq nisgilini mənə.
Ayağı verdilər
sənə,
Çatnaq diləyini mənə.
İndi yalvarıram
sənə:
Ay sən!
Geri qaytar məni,
Olduğum zirvələrə.
Amma qız
Getmişdim alma dərəm
Sarımsaqlar yekəlmişdilər...
Bir qız ətəyi dolu sarımsaq
Baxıb dedi:
"İstidən saxlar
At ağzına,
İsti vurmadan saxlar"
"Amma qız,
Mənim hələ donum açılmayıb!"
Qaçıb anasına
dedi:
"Yazıq! Ana, o oğlan dəlidir!"
"Almalar?!
Almalar?! Hardadır?" -
sordum...
"Ağaclarını
kəsdik, alanı yoxdu!" -
dedi...
"Üzümlüklər necə?" -
Sordum.
"Sirkəsiz sarımsaq, bir şeyə yaramaz,
Üzümlüklər durur"
-
dedi...
Oğru
Tanrı coşdu,
Mən axdım,
Varlığın çayı
dalğalandı...
Tanrı şaxdı,
Mən saçdım,
Yoxluğun yurdu işıqlandı...
Tanrı baxdı,
Mən baxdım,
Mən alçaqlandım,
O ucalandı...
Yer-göy
Aralandı...
Sonra
Sol cibimdən
Həvvanı eşiyə
çıxardım.
Tanrı dedi:
"Ay oğru!"
Gözləri buludlandı...
Bu ölkə
Boynumu qucaqlamağa,
Bilirəm
Boyun çatmaz...
Bu ölkənin dar ağacları
Ucadır.
Belə ki, darları uca qururlar
Son görüşdə
Boynumu qucaqlamağa...
Bilirəm
Boyun çatmaz.
Heydər BAYAT
Ədəbiyyat qəzeti.-
2018.-20 oktyabr.- S.21.