Güneyimizi daha yaxından tanıyaq
Bu sayımızdan
etibarən "Günümüzün
Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə yaradırıq... Poeziya guşəsində
İran İslam İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
ondan sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş güneyli şairlərin poeziya örnəklərindən
seçmələr fərqli
janr və üslublarda qələmə
aldıqları şeir
və poemalara, yaxud onlardan müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün Güney
ədəbiyyatında baş
verən yeniliklərin,
ədəbi proseslərin
incəliklərini daha
yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
olduqca gərəklidirlər.
Esmira Fuad
Ədəbiyyat qəzeti.-
2018.-20 oktyabr.- S.21.