Beynəlxalq poeziya günlərinə
dəvətli olan Məmməd
İsmayılın etirazı
18-20 aprel
2019-cu ildə Ryazanda
YUNESKO-nun təşkilatçılığı
ilə keçirilməsi
nəzərdə tutulan
Beynəlxalq Poeziya Festivalına dəvət almış həmyerlimiz,
şair Məmməd İsmayıl həmin tədbirdə iştirakından
imtina etməklə bərabər öz etirazını da bildirmişdir.
Belə ki, müxtəlif ölkələri təmsil
edən şairlər
siyahısında Məmməd
İsmayıldan öncəki
sırada Vardan Akepyan adlı erməni yazarının
"Dağlıq Qarabağ
Yazıçılar İttifaqının
sədri, əməkdar
incəsənət xadimi,
Dağlıq Qarabağ
Respublikası dövlət
himninin müəllifi"
kimi təqdim olunması təbii olaraq Azərbaycan şairini hiddətləndirmişdir. O, festivalın
təşkilatçısı Yelena Korneyevaya ünvanladığı
məktubda bildirir:
"Əvvəla, dünyada
Dağlıq Qarabağ
adlı dövlət yoxdur və bu qurum dünyanın
heç bir dövləti tərəfindən
tanınmayıb. Onun himni necə ola bilər?!"
M.İsmayıl daha sonra Rusiyanın
Dağlıq Qarabağı
erməni faşistləri
tərəfindən işğal
olunmuş Azərbaycan
torpağı kimi tanıdığını da
Yelena Korneyevanın nəzərinə
çatdırmış və
belə bir tədbirdə iştirakı
özünə təhqir
hesab etdiyini bildirmişdir.
Redaksiyadan: Festivalın təşkilatçıları Məmməd İsmayıla
yazdıqları cavab məktubunda Azərbaycan şairinin reallığı
əks etdirən bu haqlı etirazına
hörmətlə yanaşmış,
yanlışlığa yol
verdiklərini etiraf etmiş, erməni şairinin qondarma titullarını proqrama daxi etməyəcəklərini
bildirmişlər.
Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.3.