Nəvəmə atamın
adını verib...
İtkisi ömrümü alt-üst
çevirib;
doyunca tutmadım ata əlindən,
nəvəmə atamın adını verib,
canımı qurtardım yetimçilikdən!
Dünyanın xoşbəxti baba olanlar;
ormanam, səhrayam, coşan dənizəm,
indi evimizdə
iki Əziz var -
nəvəm də Əzizdi, mən də Əzizəm!
Şükür, qismətimmiş babatək
yaşam,
artır həyatımın dadı ilbəil,
axı, mən özüm də nəvə
olmuşam,
nəvəlik etmək də asan iş deyil.
Nənəli, babalı illərim - şəkər,
indi -
gül ətirli xatirələrdi,
ata qəzəbinə
sipər idilər,
ana tənələri
boşa keçərdi.
Maşallah, günbəgün cücərir
boyu,
bir azdan -
üzündən qalxıb öpəcəm,
arzular zirvəsi - nəvələr toyu,
atamın toyunu görə biləcəm!
Bitəcək bağımda yeni gül,
çiçək,
nəslimə baharlar qaytaracaqlar,
dünyaya yeni bir Vahid gələcək,
sonra da,
Əzizlər boy atacaqlar...
Qalır...
Qış ora tez düşür,
dağların qarı,
ayrılıq gətirən payızdan qalır,
qıvraq qədəmlərin
ağırlıqları
"əlvida" -
müjdəli kağızdan qalar.
Oylağı o qədər - hansında
bitim?
anlamır, dünyada var ölüm-itim,
nə məndən əl çəkir biryolluq
gedim,
özü də nə ərkdən, nə nazdan
qalar.
Kaş bu il mənimlə
bitə savaşı,
qəlbin ağrısıdır, başımın
daşı,
Xəzər sularında mavi göz
yaşı,
Kürdə doluxsunan Arazdan qalır.
Dağları soyumaz ölənə kimi,
qocaltdı qədrimi bilənə kimi,
güldən - "yox" - cavabı gələnə
kimi,
qüvvədə: "gələrəm bir azdan" -
qalar.
İndi, Vahid Əziz, kim
qoçaq oldu?
qismət gen dolaşdı, bəxt qaçaq oldu,
qanlı savaşlardan qalan sağaldı,
qaysaq
bağlamayan - o qızdan qalar...
Qaralandı...
Qələmlər içində qələmi
çaldım,
tapdığım o qədər söz qaralandı,
sevgi dəftərinə
adımı saldım,
qısqanan çox imiş, tez qaralandı.
Sabaha körpüyəm, adlayıb
keçin,
solmayan çəmənəm, il boyu biçin,
üzə vurulmazdı hər dərdi için;
saçlar ağardıqca, üz qaralandı!
Sevinc qətrə-qətrə, qəm
udum-udum,
nahaq bu xəsisin
mehmanı oldum!
Əynimi bahalı ipəknən tutun,
Üzüağ gedərəm, bez
qaradandı!
Sevinc qətrə-qətrə, qəm
udum-udum,
nahaq bu xəsisin
mehmanı oldum!
Əynimi bahalı ipəknən tutun,
Üzüağ gedərəm, bez
qaradandı!
Yazıqlar almaya, nara,
armuda;
uydu
içindəki zəhərli qurda,
hər dəfə "qurbanlıq" gərək
olanda,
gendən Vahid Əziz tez qaralandı...
Ümid bağladım
gümana...
Axı, olmalıydı qısa!
yar yolu
bağlı, bağlımı?
Fələyin gözü kordusa,
kordu
qaralı, ağlımı?
Ümid bağladım gümana,
dindi,
ağladım kamana,
pambıq qalmaz bu zamana -
Füzulim hələ dağlımı?
Çiçək ola
- dərəm, gülə,
yandırsa, dönərəm külə!
elə bir zamanə gələ
dəyəri ola ağlıma.
Vahid Əziz, bax küləyə,
qoyma qəddin
səndələyə,
mələklərdən safam deyə -
Şeytan sevər sığalımı...
Bəlkə naşı
vaxtı
yazdığı
sözəm...
Ömrün yoxuşunda bal
kimi illər,
tutub əllərimdən
yeridir məni,
qəlbim kövrələndə xoş xatirələr
körpə əmziyitək kiridir məni.
Get-gedə azalır gözlərin nuru,
hansı cavan ürək bəyənər koru?
o uzaq
illərin atəşi, qoru,
içimnən şam kimi əridir məni.
Qəmi dərin olur erkən sevənin,
nə həmdərd tapılar, nə güvənənin,
cilovum əlimdə dəcəl nəvənin,
cavan
köhlən kimi səyridir məni.
Daha zümzüməmdə qəm şikəstəsi,
qəlbdə nə bayatı, nə ney bəstəsi,
nə yar baxışları, nə gül dəstəsi?
getməli yerim var, o güdür məni!
Dinlə, gidi dünya, var bir sualım:
"hökmün
itildibsə, nə cür korşalım?!
bir zaman həyata
güldürən zalım,
özümü-özümə güldürür məni.
Nə olsun, tanınmış Vahid Əzizəm?
vaxt ola
dünyanı yenidən gəzəm!
bəlkə, naşı vaxtı yazdığı
sözəm,
həyat dəftərindən sildirir məni...
Küləklər bir qəmli
bayatı
deyir...
Küləklər bir qəmli bayatı
deyir,
ruhuma
çökdükcə gözlərim dolur,
görünür - lələklə yazılan şeir
qələm yazdığından səmimi olur.
Ulu kitablarda ülvi diləklər,
açdıqca behiştar qoxusu gəlir.
Didərgin durnalar salan lələklər,
hər cür mürəkkəbə uyuşa
bilmir.
Çırpındım misralar məngənəsində,
-
şükür ki, qəddimi Fələk əymədi!
Üsyankar şairlər məhkəməsində,
Divan-tərəzisi gözə dəymədi.
O qədər igidlər köçdü
dünyadan,
"Behişt" - dediyimiz Kişi yeridir!
Hərdən qələmləri gözlərdən
salan
məddah şairlərin şeirləridir!
Bu gidi dünya da bir ümman kimi;
burda
balığın da irisi qalır,
böyük Nəsiminin indiyə kimi
tarixdə soyulmuş dərisi qalır.
Kaş ki, öləcəyim
günümü billəm,
nə bilim, istəyim bəlkə
günahdı?
qılınca bərabər tutulan qələm,
qorxaqlar əlində qorxunc silahdı...
Payızda saralıb enərik
qışa...
Payızda saralıb enərik qışa,
cəmisi üçcə ay yay oldu, getdi.
Əllərim çatmayan barlar
qurd-quşa,
yağan yağmurlara pay oldu getdi!
Ümid bağladığım getdi, gəlmədi,
yetim
saxladığım qədir bilmədi,
alnımın tərini "ağam" silmədi,
zəhmətim, əməyim zay oldu getdi.
Ömür də bəlkə bir
şıltaq həvəsdi,
xoşbəxt səadət nə boyda bəsdi?!
Hicran aramızı əbədi kəsdi,
Dünən o gözələ toy oldu,
getdi.
Kiminin köksündə məhəbbət
dağı,
kiminin yaş olar gözünün yağı,
igidin
doğrandı əli, ayağı,
şairin dərisi soyuldu getdi.
Can çıxıb dağıdar
dünya qəfəsi,
hamı eşqin qulu, övlad fəhləsi,
kəsdi hıçqırıqlar, ağlaşma
səsi,
köç edən məzara qoyuldu, getdi.
Olsan da yaxşını-yamandan seçən,
yoxmuş, Vahid Əziz, gündüzün, gecən,
xoşbəxt o kəsdir ki, qəlbindən keçən
arzular, istəklər duyuldu, getdi...
Arasında...
Hara çıxsın bu kirpiklər?
qalıb sellər arasında,
dən düşənim gözə dəyər
qara tellər
arasında.
Arzularım nakam qalıb,
burda
bayquş qanad çalıb,
zalım olan qırğın salıb
qardaş ellər arasında?!
Bir az payız soyuyunca
qış buyurar qaça-qaça,
kaş ki, hərdən güllər aça
bu fəsillər
arasında.
Çoxlarına gərək olub,
yaxşı ki, bu ürək olub!
qocalığım dürmək olub,
dadlı illər-arasında!
Nəsil-nəsil soruşular,
söz yazar, nəğmə qoşular,
Vahid Əziz paylaşılar
çox sevənlər arasında...
Gedirəm...
Ayrılmağım ürəklərə
damanda,
gözlər dollar: "hayıf, əldən gedirəm",
ölüm gələ ağlım kəsən
zamanda,
başa düşəm-hansı dərddən
gedirəm.
Dərd qanana əsirgəmə heç nəyi,
mərd bacarar təqsirlərdən keçməyi,
şiş burnuna keçirərək çeşməyi,
bir yaramaz
gülər bərkdən: "Gedirəm!".
Təxəllüsüm "Vahid
Əziz" bir dənə,
ömrüm boyu yandım elin dərdinə,
gedən mənəm, kimdir varan fərqinə:
"İncimişəm, yoxsa ərkdən
gedirəm?".
Mən göylərin, torpaq yeyər bu
canı,
utanmadan salar, ağır hicranı,
köhlənimə tapşıraraq qamçını,
pay-piyada düşüb tərkdən, gedirəm.
Durna kimi qanad açıb yuvadan,
ayrılmadan doğma eldən, obadan,
ay
beşəlli yapışanlar dünyadan,
vəfasını bilərəkdən gedirəm...
Oralığam, qara torpaq çəksə
də,
vaxtın hökmü dizlərimi büksə də,
qəmli duman gözlərimə çöksə
də,
ayıraraq tükü-tükdən, gedirəm...
Qayıtma...
Ayrıldıqca, bütün yollar
qapandı,
hönkürərək yalvarsam da, qayıtma,
çıraq - sönən, şamlar - tirək
yanandı,
əldə Günəş axtarsam da, qayıtma.
El içində qınanarıq
qovuşsaq,
ev
yıxarıq, qan salarıq vuruşsaq,
bədxahları sevindirər bu yanmaq -
kainata od vursam da, qayıtma.
Kaş bu alov sən gedərkən sönəydi,
mən neynəyim? - bəxtin
üzü dönəydi!
bir halda
ki, bu nəğmələr sənəydi -
çeşmə kimi qurusam da, qayıtma.
Vaxtın soyuq soraqları telimdə,
söndü eşqin çıraqları selimdə,
ümidimin barmaqları əlimdə -
yıxılmaram, kor olsam da qayıtma!
Xeyli olub bu çeşmədən içənlər,
Vahid Əziz gülşənindən
keçənlər,
Yer sakini ola bilmir sevənlər
-
səmalarda vurulsam da, qayıtma...
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2018.-27 oktyabr.- S.17.