Babur-rübab
Siracəddin Seyyid (1958) - tanınmış
özbək şairi,
yazıçı, tərcüməçi;
Özbəkistan xalq şairi (2006), Özbəkistan
Yazıçılar Birliyinin
sədridir. "Ruhumun xəritəsi" (1985), "Sərin
qayalar ovcunda"
(1987) , "Sevgi məmləkəti"
(1989), "Qoruyun", "İstək qalacaq, məhəbbət qalacaq"
(1990), "Yandım" (1994), "Vətəni öyrənmək"
(1996), "Vətən əbədidir"
(2001), "Üstümüzdən ötən aylar"
(2003), "Anamın kömbələri"
(2017) adlı şeir kitablarının müəllifidir.
Şair
1999-cu ildə "Dostluq"
ordeni ilə təltif olunub.
Babur-rübab
Babur desəm bir yan dolar,
Rənci-əzab durub gələr.
Bir yandan da fəğan salar
Odlu rübab durub gələr.
İmarət
Hər söz-kündə
kimidir,
Hər söz-palçıqtək bişir.
Qan suvaran ürəyin
Sonunda sözlər bitir.
Gərək hər kəlmə bişə,
Bişə şeirin kərpici.
Şişib eşqə
yetişə
Qəlbin, sözün və sətrin.
Cani-dildən ibarət
Olarsa əgər
kitab
Əbədi bir imarət
Olar onda hər kitab.
Qəlb
Yeri ilə, göyü ilə
Bu dünyanı
Allah verdi.
Buğdasıyla, suyu ilə
Bu tarlanı Allah
verdi.
Anasıyla, dayəsiylə
Bu balanı Allah verdi.
Dərmanıyla, davasıyla
Bu ələmi
Allah verdi.
Qan qaraldan siyahıyla
Bu naləni Allah verdi.
Mürəkkəbi, canı
ilə
Bu qələmi
Allah verdi.
Bağ
Bu dünyada bağ salmağın hikməti var,
Bağ salan insan ömrünün
zinyəti var.
Ömründə bir tingi yerə əkməyibsə,
Bu insan ömrünün hansı
qiyməti var?
Bağlar heç
yerdə özündən
yaranmayıb,
Bu bağlarda
bağbanın öz xisləti var.
Bağban deyir: sizlərdən ad, bağlar
qalsın,
Belə ömrün çaylar kimi şiddəti var.
Böyüdülür övlad
kimi, hər bir ağac,
Bağ salmağın yüz min aləm möhnəti var.
İnsan əli gülə bənzər, çünki onun,
Bu həyata
məhəbbəti, ülfəti
var.
Naşükürlər hardan bilsin bağ qədrini,
Nankorların öz xalqına minnəti var.
Mir Əlişir babamızdan qalıb bu söz -
Bağbanın da Nəvaitək niyyəti var...
Hansı elin ki, var bu
cür bağbanları,
Həmin xalqın Vətəni, həm milləti var.
Qayıtmadı
Tərsinə axan gur çaylar qayıtdı,
Dağlarda yox olan haray qayıtdı;
Arxamca yol gedən yollar qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
Saman döyülməmiş,
payız çağında,
Saralan tərələr:
"Əlvida!" dedi.
Məni alıb
gedən köçlər
qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
Bu küçə,
bu həyət, bu ev, bu təndir,
Hər gün diksinərək səssiz ağlayır:
On il
yoxa çıxan it də qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
İtirib atdımmı
onu çöllərə
ya şiddətlə
buraxdımmı şövqlərə?
Hönkürüb çağırsam
da hey namələrlə
Uşaqlıq qayıtmadı. Qayıtmadı...
Qaranquşlar qayıtdı. Dayça at oldu,
Yurdun dağı-daşı qəlbdə
yad oldu.
Mənim "eh" deməyim
xatirat oldu,
Uşaqlıq qayıtmadı. Qayıtmadı...
Bəlalı dünyada
Əllərim budaqtək
zar qalan günlər,
Ürək getmişsə də, ar qalan günlər.
Sən getdin, buz oldu sağımla
solum,
Bəlalı dünyada bəlalı gülüm.
Sularda sədasız
sındılar aylar,
Ovsuntək, sakitcə axdılar çaylar.
Açıb düyünlərini
illər və aylar,
Ötdülər. Sən hələ dili düyünlüm,
Bəlalı dünyada bəlalı gülüm.
İncik sənəmlərdən
ürəyim bezdi,
Səndən sonra onlar qəlbimi əzdi;
Hündür dabanlarla
sinəmdə gəzdi,
Vaxtsız soldurdular, dəliyəm gülüm?
Bəlalı dünyada bəlalı gülüm.
Qaldı açılmamış
ümidin bağı,
Əbədi əzabdır sinəmin dağı.
Bağların tüstüsü,
zağcanın "qağ"ı,
Mənim fəğanımdır,
odumla külüm
Bəlalı dünyada bəlalı gülüm.
Görənlər halımı
təqdir, dedilər,
Qismət əzəllərdən həqdir,
dedilər.
Saf qəlblər həmişə təkdir,
dedilər,
Bu necə
sənətdir, bu necə elm?
Bəlalı dünyada bəlalı gülüm.
Şam sənə
gecələr qəmlər
gətirib,
Mənə dirilikdən xəbər gətirib.
Coşqun baharların
yerinə keçib
Yaşayır sinəmdə
ən gözəl ölüm,
Bəlalı dünyada bəlalı gülüm.
***
"Ey sarvan" - deyə
bir səda
yayılır
Sədi qəzəllərinin səhrasından.
"Ey sarvan..." - deyə
bir səda
dolanır qum üzərində...
"Karvan yoxdur" - deyə
Gülür yoxsul.
"Ey sarvan..."
Şəhərlər yanır.
Karvansaralarda tüstü.
Səhralarda hücum
çəkir karvanlara
Qasırğa,
Qasırğa,
Qasırğa.
...bunlar nə təpədi, nə barxan,
gömülmüş dəvələrdir,
dəvə qəbirləridi...
***
Mən doğulanda
mənim anam - bahar çoxdan var idi.
Dünyada artıq
var idi ildırımlar
-
mənim qardaşlarım
olan onlar
tonqallar yandıraraq
dağları dolanırdılar.
O gün nə qədər daş dil açdı,
ola bilər
yalnız mənə tanış olan bir dildə.
Üzü qırışlı qayalar göz yaşı axıtdı.
Hansı hərfi ilk dəfə dediyim yadımda deyil.
(Nə vaxtsa bu barədə
qardaşlarım danışarlar)
Mən doğulan
gün - nə böyük xoşbəxtlik!
-
ağaclardan cəsədlər
deyil,
süd cürdəkləri asılmışdı...
***
Sənin gözlərində
mən özümü
görürəm,
Yumruqlarında yumruğumu.
Sənin çiyinlərin mənim
cavan çiyinlərimdir.
Sənin qəzəbində
mənim
qəzəbim və ehtirasım...
Əgər sənə
tapşırıramsa öz
sürümüzü
Deməli, qorxmadan
qocalmaq olar!
Al, götür mənim dəyənəyimi,
oğul,
Canavarlar yaxşı
tanıyır onu!
Götür və unutma ki,
Bu təpələr,
bu dağlar sənin vətənindir!
Bu sürü də sənin vətənindir,
Qoru onu.
Canavarlar məni
yaxşı tanıyır
Onlarla üzbəüz
gələndə
Mən qurd kimi döyüşmüşəm...
Sona qədər itlərə etibar eləmə.
Axı, onlar da yuxulayır hərdən
O zaman sən özün köpəyə çevril
-
Mənim balam, heç vaxt
Quzu xislətli olma!
Tərcümə edənlər:
Dövranbəy Taciəliyev,
Günel, Şəhla
Qasımova,
Şahməmməd Dağlaroğlu
Siracəddin Seyyidin
Ədəbiyyat qəzeti.- 2018.- 1 sentyabr.- S.4.