"Baş" romanı Türkiyədə nəşr olundu

 

İki il bundan öncə xalq yazıçısı Elçinin "Baş" romanı çapdan çıxarkən mövzusu, orijinallığı yüksək bədii xüsusiyyətlərinə görə  oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi tənqid romanı mətbuatda geniş işıqlandırmış, ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdir.

"Baş" romanı artıq  xarici ölkələrdə böyük maraqla qarşılanmaqdadır. Belə ki, əsər rus dilində Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında nəşr olunmuş, eləcə "Yunost" jurnalında məşhur "Roman-qazeta"da təkrar dərc edilmişdir. Əsər Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişinyovda moldav dilində çapdan çıxmış, London Romada isə ingilis italyan dillərində nəşrə hazırlanır.

Bu günlərdə qardaş Türkiyə Respublikasının ən nüfuzlu nəşriyyatlarından biri olan "İş Bankası Kultur Yayınları" "Baş" romanını nəfis şəkildə nəşr etmişdir. Nəşriyyat kitabın sonunda əsərdə cərəyan edən hadisələrlə bağlı geniş şərhlər vermiş, Elçini "modern ədəbiyyatın ən önəmli təmsilçilərindən" biri kimi oxuculara təqdim etmişdir. Romanı türk dilinə Azad Ağaoğlu çevirmişdir.

"Baş" Elçinin Türkiyədə nəşr edilmiş 26-cı kitabıdır.

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 sentyabr.- S.23.