Nə vardı
Xatirə
Bu
dünyanın yalanı da düz idi,
Düzüb-qoşan,
özümüzdük, biz idik.
Aralıqda
hər nə idi, söz idi,
Sözdən-sözə
calanmağa nə vardı?!
Bir məhəbbət
nəğməsiydi hər bulaq,
Ömür
- nağıl, igidimiz - Nərbala.
Yolumuzun dərd
satanı - dərd alan,
O vaxt dərdə
qalanmağa nə vardı?!
Ürək
dolu arzulara yar idik,
Abır
idik, həya idik, ar idik.
Ağıl-kamal
bağçasında bar idik,
Baxışlarda
talamağa nə vardı?!
Ümidlərə
yol kəsəydi yüz kərə,
Can-ciyərdi
əyri gedən, düz gələn.
Qəlbimizdə
xəzinəydi söz-kəlam,
Bircə
sözlə can almağa nə vardı?!
2018
Bahar
Bax, indi
gündüzə kim qonaq gedir,
Gecədən
nə qalıb şeh yanağında.
Bir
qönçə qızılgül alyanaq gedir,
Öpür
incə-incə meh yanağından.
Nəfəsi
kəsilən ilkindi çağı,
Gündüzü
küçədən yığammır daha.
Yağsa,
yağışlar da çiçəkdən yağır, -
Göylər
təndirlənib, yağammır daha.
Təpələr
dərəyə axır ətəkdən,
Qaratikan
belə ağ gül gətirib.
Arı
zümzüməsi daşır pətəkdən,
Bağlar
budaq-budaq bülbül gətirib.
Baxıb
təbiətin cavanlığına,
Əli qələm
gəzir qoca şairin.
Yazdıqca
ayağı yerdən üzülür,
Xəyalı
göylərdən uca şairin.
2017
Kiçik çillə
Dünən
kiçik çillə çəkdi yükünü,
Elə
gözəl gəldi, gözəl də getdi:
Gördük
kiçiklərin böyüklüyünü, -
Gəlmişdi...
Yoluna düzəldi, getdi.
Gəlişi
ağappaq qar məkanıydı,
Gedişi
Günəşdən ərməğan idi.
Ay
çıxaran idi, gün doğan idi,
Fəslin
bir ağgünlü gözəli getdi.
Nağıldı;
bol idi düzüb-qoşmağı,
Qardan
çuxasıydı, buzdan başmağı.
Düzün
xalısıydı, dağın yaşmağı,
Məzəli
gəlmişdi, məzəli getdi.
Şəhər
qiyafəli, şəhər dəbliydi,
Üzü
yaza idi, qışın səbriydi.
Elə sənət
sözlü, şeir təbliydi, -
Ömrün
müxəmməsi, qəzəli getdi.
2017
Dünya sazlı, sözlüydü
Səməd
Vurğun var idi,
Rəsul
Rza var idi.
Hər
cür qanun var idi...
Var idi Məmməd
Rahim,
Osman
Sarıvəlli də.
Şeirlə
danışırdı,
Nağıl,
qaravəlli də.
Mirvarisi,
Nigarı,
Mədinəsi
haqq idi.
Onda
şeir yazan da,
Oxuyan da
xalq idi.
Balaş,
Söhrab və Qabil,
Sonra Bəxtiyar,
Nəbi,
Hüseyn,
Əli Kərim...
Dəyişdi
şeirin təbi.
Onların
qələmində
Bülbüllər
avazlıydı.
Bulaqlar
güzgülüydü,
Dünya
sözlü, sazlıydı.
2017
Durnalar qayıtdı
Baharda
oyanan xatirələrin
Qoluna
girib də kəndə qayıtdım.
Getmişdim
bir payız durna köçündə,
Durnalar
qayıtdı, mən də qayıtdım.
Bir dəstə
bənövşə, bir qom kol dibi,
Baxırdı
torpaqdan, dərim, dərməyim?!
Ruhumu
oyadan yaşıl yol oldu
Kəndə
qayıtmağım, kəndə gəlməyim.
Çox
şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə
idi bəs?.. Vallahi, heç nə.
Nə kənd
həmin kənddi, nə qonum-qonşu,
Dəyişən
nə imiş, İlahi? Heç nə!
Bu adlar,
soyadlar tanış gəlsə də,
O
vaxtkı deyildir kənd adamları.
Oğlanlar
- şortikdə, qızlarsa - cinsdə,
Həm kənd
başqalaşıb, həm adamları.
Uşaqlar
ağlını test ilə ölçür,
Qadınlar
danışır kişi səsilə.
Cavanlar
üzbəüz gəlsələr belə,
Salam-kəlam
edir esemes ilə.
Daban-dabanadı
hər qapı hər tin,
Bu evin o
evə həniri yetməz.
Mağar
da qurula, toy da vurula,
Qonşudan-qonşuya
səmiri yetməz.
Dəyişib...
Yazdığım şeirin belə
Üzündə
təbəssüm sətri qaçıb.
Təkcə
çiçəklərdi öz mizanımda, -
Nə rəngi
dəyişib, nə ətri qaçıb.
Bənövşə
rəngini gözümdə gördü,
Çəmən
yaşılını geydim əynimə.
Şəftəli
budağı tərpənişilə
Çəhrayı
şalını saldı çiynimə...
Getmişdim
bir payız durna köçündə,
Durnalar
qayıtdı, mən də qayıtdım.
2018
Dünyaya
Elnarə
Abdullayevanın
"Ana"
muğamını dinləyərkən
Ağlayım,
ürəyim boşalsın bir az,
Bir az
içərimdən daşım dünyaya.
Çoxdandı
dindirmir duyğular məni,
Yaman
qarışıbdı başım dünyaya.
Elnarə
ağlatsın, Qədir ağlatsın,
Rübabə
"Segah"a xətir ağlatsın.
Şeirimdə
bir qərib sətir ağlatsın,
Qardaşım
dünyaya, bacım dünyaya.
Mən də
bir sehrdə qapalı qalan,
Axşamda,
səhərdə qapalı qalan,
Obada,
şəhərdə qapalı qalan
Qəlbimlə
yenidən acım dünyaya.
Ya da bir
yalana qəlbim aldansın,
Ömürlə
savaşım, hərbim aldansın.
Bir dəli
sevdadan dərdim aldansın,
Yanılım
dünyaya, çaşım dünyaya.
Əl
edim, səsləyim ötən illəri,
Məni mənlə
bölüb itən illəri.
Qoparım
sonuncu ildən illəri,
Görüm
yaraşırmı yaşım dünyaya?!
Kənd şəhərə nəğmə
dedi
Ah, bu dəhşətli
gecənin
Sabahı
açıldı axır.
Buludlar
yırtıldı, Ayın
Qabağı
açıldı axır.
Sübhə
kimi şaqqaşaraq
Göy
üzünü qamçılayan
O
qarıcıq nənənin də
Yumağı
açıldı axır.
Bir
qızıl məcməyidimi, -
Günəş
qalxdı dan yerinə.
Axdı
lalə çöhrəsindən
Nur
süzüldü qan yerinə.
Səhərgülü
şeypur-şeypur
Al səhərə
nəğmə dedi.
Verdi
çiçək nəfəsini,
Kənd
şəhərə nəğmə dedi.
Bir köçəri
quşca olub,
Qayıtmadım
kəndə bu yaz.
Çökdüm
şəhər çəkisinə
Yekə-yekə
mən də bu yaz.
Ekranlardan
güldü mənə
Yaşıllığı
çöl-çəmənin.
Ətirini
duyammadım
Dekorativ
qönçələrin.
Ətəyimdən
nəydi çəkən
Ötəmmədim
mən özümü.
Arsız
teleekranlara
Örtəmmədim
mən gözümü...
Ötüb
keçdi yaz nəfəsi,
Yay istisi
qarsdı məni.
Sərinkeşin
qarşısına
"Pərdə"
deyib asdı məni.
2017
***
Sudur, elə
şır-şır axır,
Quma, gilə
qarışır, axır.
Ömrü
mənə qarşı axır,
Mən
hara axıb gedirəm?
Başımda-pirlik
havası,
Yox ta
"əl-ətək" həvəsi.
Gözümə
eynək əvəzi,
Canımı
taxıb gedirəm.
Səbrimdən
dözümü sıxıb,
Şeirdən
sözümü sıxıb,
Buluddan
gözümü sıxıb,
Şimşəkdən
çaxıb gedirəm.
2018
Niyə
Bu
ocağın odu sönmüşdü çoxdan,
Bu can bir
cəsədə dönmüşdü çoxdan.
Bu ruh
yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu
uyğudan oyatdın niyə?
At
üstündə çapan qara gün idi,
Vaxt
sürüydü, çoban qaragün idi.
İtirən
mən... Tapan qara gün idi,
Qara
gün içindən boy atdım niyə?
Bir az
sünbül idim taxıl baxtıma,
Dedilər,
iməklə, yıxıl baxtına.
Allah, məni
də yaz paxıl baxtına,
Ömrümə
sığmasın həyatım niyə?
Eylə dərdlərinə
mükafat məni,
Qəlbinin
küncündə ocaq çat məni.
Cənnət
də - biz bazar; apar sat məni,
Mən
kimi bir səhvə qayıtdım niyə?
Çökdü
vicdanına nəfsim, ağrıdı,
Dilləşdim
şerimlə, səsim ağrıdı.
Oldu bu
taleyə təslim, ağrıdı,
Susdu
qoşmam niyə, bayatım niyə?
2018
***
Gün
asılıb yaxasından,
Göylər
gündüzə çəkilib.
Batıb
gül-çiçək içində -
Dərələr
düzə çəkilib.
Gənclik
- anın gözəlliyi,
Ömür,
hanı gözəlliyin?
Düz
dünyanın gözəlliyi
Bircə
bu qıza çəkilib.
Sevmə
ağılsız sevgini,
Ağla
ağrısız sevgini.
Dilsiz-ağızsız
sevginin
Ağrısı
gözə çəkilir.
2018
Firuzə Məmmədli
Ədəbiyyat qəzeti.- 2018.- 8 sentyabr.- S.10.