Gözlərinə deyərsənmi
Gözlərinə deyərsənmi, izn
versin,
O gözlərə həsrətdən
yol çəkməyə.
Gözlərinə deyərsənmi, izn
versin,
O gözlərə ümidlə
yol gəlməyə.
Tellərinə deyərsənmi, izn
versin,
Bircə dəfə qoxlamağa, oxşamağa.
Əllərinə deyərsənmi, izn
versin,
Bircə dəfə toxunmağa, tutmağa.
Ləblərinə deyərsənmi, izn
versin,
Şəkərindən, balından,
qaymağından dadmağa.
Qollarına deyərsənmi izn
versin
Həsrətindən bükülmüş boynuma
sarılmağa.
Tər sinənə deyərsənmi,
izn versin,
Sinən üstə baş qoyub uyumağa?
Lal köksünə deyərsənmi,
izn versin
Ürəyinlə gizli-gizli pıçıldaşmağa?
Eşqin ayaq səsləri
Səndəmi eşqi uzaqdan tanıyırsan?
Ayaq səslərini
səndəmi eşidirsən?
Səndəmi çaşıb qalmısan?
Nə edəcəyik
indi?
Ax, sən arxanı çevirib çıxıb
gedəcəksən,
Mənsə qollarımı açıb
üstünə qaçacağam...
Ən gözəl şeirim
Sən yazmaq istədiyim ən gözəl bir şeirsən,
Görəsən, necə yazacağam səni?
Həsrətli baxışlarımla?
Bəlkə titrəyən dodaqlarımla?
Yoxsa silə
bilməcəyin göz
yaşlarımla?
Bəlkə də hələ
yaşamadığım
bir atəşlə, hərarətlə?
Yoxsa qadağan edəcəksən
mənə
Dünyanın ən gözəl eşq şeirinin yazılmasını?
Amma, yox, yazacağam səni
keçib canımdan,
Ürək artıq əmr
eləyib qələmə!
Üçüncü kəs
Onu ilk dəfə gördüyümdə
Günəş kimi doğdu könlümün adasına,
Tezcə qaytardım onu buludların arxasına.
Bir az çətin
olsa da.
İkinci
dəfə onu gördüyümdə
Dan ulduzu kimi parladı
yenə
ruhumun zülmətində,
Ürəyimə əmr elədim
onu tezcə batırsın deyə.
Bu dəfə daha çətin oldu,
amma bacardım yenə.
Ax, onu üçüncü kəs gördüyümdə
isə
O andaca hiss etdim ki,
Güclü Amazonun qılıncı
bu dəfə düşəcək yerə.
Yad şəhər
O yad şəhərdə tanıdığım tək
sən idin.
Ziyarətinə gəldim.
Bir az söhbət
elədik
Gözlərinin dibinə endim.
Heç birimiz dinmədik.
Məni
qapıyacan ötürdün,
Sonra getdim küçə boyunca, susaraq.
Birdən-birə özünlə birlikdə
o yad şəhəri
Necə
doğmalaşdırdın mənə!
Bir gün
Bir gün mənimlə görüşsən,
Bütün dünya mənim olacaq.
Görəsən heç bağışlayarsanmı
ki,
Bu boyda dünyanı
birdən-birə mənə
sən?
Qərib
Onunla başqa şəhərdə
görüşdük -
Qısa,
ötəri, tələsik,
Sonra döndüm
öz şəhərimə.
Berlinin küçələri daha
geniş olmuşdu,
Ağacları daha yaşıl,
Evimin illərdir içimi donduran
divarları isinmişdi
sanki.
Bağçamda çiçəklər daha ətirli qoxuyurdu,
Və quşlar
eyvanımda daha şən oxuyurdu.
Bir saatda o qərib neynədi şəhərimizə?
Bunca zəhmətin boşuna
Sənə aşiq olmamı
əngəlləməkçün
nələr etmədin,
nələr!
Məktublarıma cavab yazmadın,
Sorularıma cavab vermədin,
Arzularıma, məhəl qoymadın,
Duyğularıma etinad eləmədin.
Yaşadığın uzaq şəhərə gəldim,
Evini axtarıb
tapıb, yaxınlığına
köçdüm.
Duydun, bildin, gördün, susdun və qaçdın,
Soyuq oldun, biganə qaldın,
Etina etmədin,
saymadın.
Qarşıma hasar hördün,
Sədd
çəkdin,
Qadağalar qoydun.
Hər şey etdin.
Qaçdın, qaçdın,
Var gücünlə qaçdın
məndən!
Ax…Minnətdaram sənə,
bu şair qəlbimi belə
coşdurub-daşdırmamaqçün,
Sənə dəlilər kimi
aşiq olmamı əngəlləməkçün,
Əlindən gələn hər şeyi etdin.
Minnətdaram gerçəkdən sənə,
Amma heyif, əzizim,
Bunca
zəhmətin boşuna
getdi!
O gecə, o şəhər
O gecə o şəhərə
güclü yağış
yağmışdı,
Tələbələr üsyana qalxmışdılar.
Sən ilk görüşə
gəlməmişdin.
Və mən yağışın
altında ayaqyalın
O çayın kənarında
itmiş
bir ruh kimi
dolaşırdım.
Çayın üzərinə tökülən
yağış damlaları
sənin adını
yazırdı...
Zirə toxumu
Ürəyinin susuz torpağına
düşmüş
bir zirə toxumuyam.
Orada cücərməyim
imkansız.
bilirəm, əzizim,
söyləmə, nolur,
heç vaxt söyləmə!
Amma usulca götürüb bir dibçəyə
Ya da ömür bağçanın uzaq bir küncündə
bir yerə əkə bilərsən məni.
Heç
su vermə, bəsləmə!
Ara-sıra yanına gedib
"sənə su verəcəyəm" - söylə.
Zirə
toxumu su istəməz ki,
ümidlə yaşar,
heç bilirsənmi?
Ürəyinin susuz torpağına
düşmüş bir
zirə toxumuyam;
Məni
qoparıb sənsizliyin
zülmətinə atma,
nolur.
Dan ulduzuma
Bir gün gözlərinə
çatacağam, dan ulduzum!
Nərdivan dayamışam göylərə
Hər gün bir pillə
qalxıram,
Göylərin üzünə dirənə-dirənə.
Tanrıdan qopan işıq
Səni
ilk gördüyümdə
Tanrıdan qopan bir ışıq
kimi doğdun içimə.
O gündən o işığı
tutub gedirəm,
Bilmirəm hara?
Kim ki nuru, görə
bilib bir kərə
Bir daha istəməz ki, qaranlığa qərq olsun!
Məni
geri qaytarma, lütfən!
Kaş bir ehtiyacın
olaydı mənə
Kaş bir ehtiyacın olaydı mənə!
Hər hansı bir şeydə
Bir gərəyin ola
biləydim!
Yararlı ola biləydim sənə!
Bir tələbin olaydı!
Bir qayğın olaydı!
Bir sorunun olaydı,
Bir istəyin olaydı!
Bir əmrin olaydı!
Bir arzun olaydı keşkə
İmkansız bir şeyə!
Nə olursa-olsun,
Bir şey istə,
Bir şey dilə məndən!
Ulaşılamayacak bir şey tələb et,
Həyati
bir şey!
Məndən bir şey istə!
Elə bir şey ki
Bu boyda dünyada heç bir qadının
Sənin
üçün edə
bilməyəcəyi bir
şey!
Hələ ki, yaşaya
bilirəm sənsiz...
Elə bilmə, dünyam sənsiz daralıb,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Elə bilmə, günüm sənsiz qaralıb,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Çatmasa da sənə ünüm,
Görməsə də səni
gözüm,
Qəmdən saralsa da üzüm,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Dayana bilməsəm sənsiz,
Dünyam onda dağılacaq.
Yaşaya
bilməsəm sənsiz,
Evim onda yıxılacaq…
Hələ ki, yaşaya bilirəm sənsiz.
Kəsə yol
Sən mənim dan ulduzum,
Mən yorğun bir sarvanam,
Uzaq yoldan gəlirəm -
nabələdəm bu yola,
Səfərim uzaqlara.
Gözünün zülmətində
Azdırırsan, məni hey
Çaşıb qalmış yolçuyam.
Ürəyinin yolunu -
arayan, soraqçıyam.
Budur sevgimin yolu -
Eşqinlə içim dolu,
Gəl göstər öz xoşunla,
Qəlbinə çıxan ən
kəsə yolu!
Salma məni dağa-daşa!
Heç bir qadın
Heç
bir qadın belə gözəl "Yox" eşitməyib,
Heç bir qadın belə asan tərki-silah edilməyib.
Heç
bir sevgini belə
mehriban rədd etməyiblər,
Heç bir qadını belə səmimi ağlatmayıblar.
Heç
demədi məni sevə bilməyəcək,
Heç
demədi mənə ümid verməyəcək,
Heç
demədi bir daha gəlməyəcək,
Heç
bir qadın belə gözəl tərk edilməyib.
Hər gün məktublarımı
oxuyub, susdu,
Ah- naləmi duyub da, çarəsiz durdu,
Bir gün sözarası yazdı sevgilisi olduğunu,
Heç bir qadın qəlbinə belə xəncər saplanmayıb.
Hansı
qadın belə qəlbən rədd edilib?.
Hansı qadın belə içdən etiraz görüb?
Hansı qadın ürəyinə
belə məğlub edilib?
Heç
bir qadın!
Heç
bir qadın belə gözəl "Yox"eşitməyib!
Mənimlə bir dil tap
Qürrələnirsən ki,
"Neçə dil
bilirsən!"
Amma mənimlə
danışmağa bir
dil tapmırsan.
Heç
bir dildə bircə misra,
Bircə
kəlmə belə olsa yazmırsan mənə!
Nə dillər tapardım,
Hansı
dili desən öyrənərdim sənə
görə!
Gəl mənimlə bir dil tap,
Şeir
dili, səssiz haykıran bir ruhun dili,
Lap həsrətin dili
olsun bu dil.
Ya da sevən qəlbin sözsüz nəğmələrini
oxusun.
Bu qədər incitmə məni,
Gəl mənimlə bir dil tap!
Nuridə ATƏŞİ
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.14-15.