PELE
Dünya
çevrilərdi yaşıl
meydana
Elə ki çıxardı Pele ekrana,
Qibtə
eləyərdi ayağa
başlar,
Milyard göz baxardı teleekrana.
Dünya
başdan-başa yalan
olmasın
Futbol dünyasının
əfsanəsiydi.
Aldada-aldada diyirlətdiyi
Top deyil,elə bil
Yer kürəsiydi.
Qapıçı vardımı qan ağlatmasın?!
Aldatmaq imanı,
qollar diniydi.
Əbədi olaraq "Santos" kralı,
Futbol fəzasının
Qaqariniydi.
Topa şığıyanda
titrərdi hamı.
Ürəklərdə təlaş, gözlərdə maraq
Güclü zərbəsiylə deyərdin
Yeri
Bir göz qırpımında Marsa vuracaq.
Allahlıq edərdi yaşıl
meydanda
Sirli fəndləriylə
min hoqqasıyla.
Texnika əsrini ram eləmişdi
Özünün oyunu, texnikasıyla.
Qızıldan qıçına heykəl
qoyuldu.
Məəttəl qalmalı azmı
iş olub?
Aya ayaq basan Armstronq
da
Deyirlər Peleyə azarkeş olub.
Aldatmaq insanı gözdən
salsa da,
Çatdırdı Peleni şöhrətə, şana.
Həsəd aparırdı ağıllı
başlar
Ağlı "topuğunda" olan oğlana.
Düşdü
krallıqdan, Peleliyindən
Ancaq sübut etdi; Kim dana bilər?
İnsan
bir ömürdə ayağıyla da
Dünyada dahilik qazana bilər!
1974
Şahmar Əkbərzadə
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.19.