Yazıçı-tərcüməçi
Kamran Nəzirlinin
hekayələr
kitabı Türkiyədə çap edilib
Yazıçı-tərcüməçi
Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə
çap edilib. Müəllif bildirib ki, Ankarada “Tulpars yayın
evi” nəşriyyatında işıq üzü görən
kitaba 20 hekayə və 7 miniatür daxil edilib. Nəfis tərtibatda
kütləvi tirajla buraxılan kitab yazıçının
Türkiyədə nəşr olunan ilk kitabıdır. Bundan əvvəl
Azərbaycan yazıçısının müxtəlif hekayələri
İstanbulda ədəbi almanax və jurnallarda dərc olunub.
Hekayələri türk dilinə Məhəmməd Riza
çevirib. Kitabın tərtibatçısı Biçer
Yıldırımdır.
Hekayələr
toplusu Türkiyənin “İLESAM” sədr müavinliyinin dəstəyi
ilə nəşr olunub.
Ədəbiyyat qəzeti.- 2018.- 8
sentyabr.- S.32.