Ötkür RƏHMƏT
Özbək xalqının tanınmış şairi,
publisisti Ötkür Rəhmət (Rəhmətov)
1948-ci ildə Səmərkənd
şəhərində anadan
olub. Səmərqənd Dövlət Universitetini və Daşkənd Dövlət Hüquq İnstitutunu bitirib. Özbəkistanın Televiziya və
radio komitəsində müxtəlif
yüksək vəzifələrdə
çalışıb. 1991-1999-cu illərdə Ö Rəhmətov Özbəkistan
Respublikasının prezidenti
yanında Dövlət
Müşaviri olmuşdur.
Ö.Rəhmətov uzun illər
jurnalist kimi fəaliyyət göstərib,
hal-hazırda "Xalq
sözü" və
("Narodnaya slova")
qəzetlərinin təsisçisi
və baş redaktoru vəzifəsində
çalışır. Bu il 70 yaşı
tamam olan Ötkür Rəhmətin
indiyə qədər
18 kitabı işiq üzü görüb. Azərbaycanda dərc edilən
bu kitab şairin 70 illik yubileyinə bir hədiyyədir.
Ehtiram
Səmərqənd şəhrində gəzir
elə bil,
Göylərin ərşində ulduzlar ilə.
Onun mehri, axı, qəlblərdə təbil,
O, axı, yaşayır bizlərlə birgə.
Qayğılar küləyi dayanmaq
bilmir,
Hər şey yarpaq olar onun
yolunda.
Amma könül bəzən nədənsə dolmur,
Hərdən dad deyirik tale əlindən.
Gah hər şeydən ağır gəlməkdə
həsrət,
Kirpiklər yaşlanar, ləblər titrəyər.
Uşaqtək sevincdən alırıq
ləzzət,
Dumantək dağılır qəmgin
ləhzələr.
Qədim
günbəzlərdir göyün
qardaşı,
Hər naxış, heykəldir şərəfə, şana.
Buralardan
qalxan Şərqin günəşi,
Sonra da qərq olar o Zərəfşana.
Ruhları nigaran gedənlər
döndü,
Öz yerini tapdı ar-namus vicdan.
Dan qızaran kimi, zülmətlər söndü,
Açıldı ümidə misli yox imkan.
Köksünü ötürər Əfrasiyab
da,
Xaraba altından
gələr sədalar.
Registan bağında başqa bir nida,
Durmadan səslənər
sirli nəvalar.
Bəlkə Əmir Teymur Bibixanımdan,
Hər axşam
muştuluq alar gizlicə.
"- Artıqdır bu yurda sevgim canımdan,
Nədən gülümsəmir bəs
tale bizə?!"
Seyrə
çıxmış kimi
böyük münəccim,
Ulduzlar qoynunda tapmaqda ənam.
Uzaqlardan
baxar bizə mülayim,
Göstərib nəsillər üçün
ehtiram.
Qaynayıb kükrəyən damarlarda
qan,
İstiqlal havası, dostlar havası.
Şeiriyyət ümmanı bağrında
tüğyan,
Nəvai babanın odlu nəfəsi.
Boranlar,
tufanlar gizlətdi üzün,
Əfsus, yuyammadı kimsə günahın.
Yenə
qalib gəldi mətanət, dözüm,
Özlüyümü daim qoru, ilahi.
Yanında gəzməkdə sanki
Səmərqənd,
Mavi göylərində
sonsuz məhəbbət.
Onun ruhu daim qəlblərə
peyvənd,
Ondan daim yağar ilham, hərarət.
Həmişə yanında gəzər
Səmərqənd,
Qanında, canında gəzər
Səmərqənd...
***
Atəşdən sıçrayan qığılcımlartək,
Uzaqdan diqqəti
çəkər zərrələr.
Kiməsə bu halət duyular zər tək,
Kiminsə qəlbində günəşdən
əsər.
Hər keçən gün salar sənə bir nəzər,
Xatirə oyadıb hər dəm, hər səfər.
Könül küçəsində yaşıllıq gəzər,
Qəlb titrər, kirpiklər səssiz nəmlənər.
Pıçıltı
Açılıb-saçılıb gülər
təbiət,
Həsrət dəmlərinin qalar nəfəsi.
Açıl, ürəyində coşsun
məhəbbət,
Qoy hamının
sənə gəlsin həvəsi.
Hər kəsin vardır öz gül açmaq anı,
Səbir kasası da dolar bir günü.
Sübhün nəsimləri öyrədər
danı,
Sonra yola düşər gizləyib
ünün.
Sular nəğmə deyib tələsər hər dəm,
Gah pünhan,
gah aşkar naz-qəmzə ilə.
Üfüqlərə tərəf yol alar xürrəm,
Kamın pıçıldayıb gətirər
dilə.
***
Uçaq
yerə qondu, təhlükə ötdü,
Artıq nigaranlıq arada qaldı.
Qəfildən canına düşən
üşütmə,
Dumantək dağılıb birdən
yox oldu.
Baxışım qalmışdı mat və məəttəl,
Bir xeyli pərişan idi əhvalım.
Sözlərim dilimə gəlməyən
məhəl,
Yerində deyildi huşum, xəyalım.
Tələsik ayağa qalxdı
hamı şad,
Kimi səs salaraq, kimi səmirsiz.
Cürətim elə bil qırılmış, qanad,
Könlümsə çəkirdi xəcalət,
əfsus.
Hardansa yadıma düşür izlərim,
Köksümü tuturam təlaş içində.
Qəfildən yol çəkir
gözlərim,
Elə bil can verir günəş
içimdə.
Bu sonsuz təlaşlar ömrümə qənim,
Bir ağrı
qurşayır düz
kürəyimi.
Yada düşür yenə doğma Vətənim,
Orda qoymuşammış mən
ürəyimi!
***
Gecə
yarısı, zəng:
bağrım yarılır,
Vücudumu birdən qorxu titrədir.
Bilmirəm, nə olub, harda qırılır,
Düşüncələr bir-bir, təlaşlar bir-bir.
Tələsik işığı yandırıram
tez,
Otağımın üzü gülür qəfildən.
Yaxın
ya uzaqdan bu soraq, bu
iz,
Hərdən gəlir, məqsəd nədir, görəsən?!
Gecəli-gündüzlü ömür yolları,
Nələri başından keçirmir,
axı,
Keçən gün yox idi zəngin əsəri,
İndi də istəyir, ucalıb, qalxıb?!
Gecə
pəncərəmin sırğasındadır,
Külək öz-özünə gəzir
dərbədər.
Nədənsə ümidim ah çəkib
ağır,
Dəstəkdən gözləyir yalnız xoş xəbər.
Özbək dilindən çevirəni:
Dayandur SEVGİN
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.30.