Okan NAR
Nə sitəmlər gördük!
Amma
başımız əyilmədi,
əyilməyəcək!
Nə sitəmlər gördük
-
atam,
anam,
qardaşım,
bacım,
ölkəm,
xalqım...
Amma
başımız əyilmədi,
əyilməyəcək!
Ürəyimdə - od-alov
gözlərimdə - Qızıl
Alma,
yüyürürəm durmadan,
yüyürürəm yorulmadan...
Qırıram
qolumdakı bütün
zəncirləri!
Əllərim
qan içində,
ovuclarımda - Qızıl
Alma -
yüyürürəm durmadan,
yüyürürəm yorulmadan,
Qızıl Günəş batmadan
bir yetişsəm mənzil başına,
bir yetişsəm mənzil başına!..
Tərcümə etdi: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.15.